Modern.az

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

10 Dekabr 2025, 09:58

Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib.

Modern.az xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum Qazaxda dəfn edilib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı