Tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev sosial şəbəkədə paylaşım edib.
N. Hüseynov 1952-ci ildə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.
Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.
Allah rəhmət eləsin!
