Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə meyxanaçının sənət dostları məlumat paylaşıblar.
Qeyd edək ki, meyxanaçı Kərimin səhhəti 2017-ci ildən pisləşmişdi. Həmin il martın 30-da o, beyininə qansızmadan insult olmuşdu. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiqdən əziyyət çəkirdi.
Ağır vəziyyətdə olan Kərim son illər yataq xəstəsi idi.
Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1991-ci ildə meyxana müsabiqəsinin qalibi olub.
Allah rəhmət eləsin!