Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.
Modern.az xəbər verir ki, nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti qəfil pisləşib.
O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb. (Mənbə "Qafqainfo")
