Modern.az

Rafael Qvaladze vəfat edib

Rafael Qvaladze vəfat edib

Allah rəhmət eləsi̇n

15 Yanvar 2026, 12:08

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi Rafael Sergeyeviç Qvaladze 15 yanvar 2026-cı il tarixdə uzunsürən xəstəlikdən sonra vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

Rafael Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışıb, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edib.

Fəaliyyəti dövrü əzrində Rafael Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.    

Onun oğlu Otari Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır