“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya daha bir ağır itki üz verib.
Modern.az xəbər verir ki, jurnalistin bacısı bacısı Zəminə Ağayeva ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, bu, Şəmşad Ağanın həbsdə olduğu müddətdə ailəsində baş verən üçüncü ölüm hadisəsidir.
Bu ilin yanvar ayının sonunda onun anası parkinson xəstəliyindən vəfat etmişdi.
Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.
Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.
Şəmşad Ağa 2025-ci ilin fevralında saxlanılıb.