Modern.az

Azərbaycanlı jurnalist xaricdə vəfat edib

Azərbaycanlı jurnalist xaricdə vəfat edib

Allah rəhmət eləsi̇n

Bu gün, 10:40

Əslən Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov (Əli Xasayoğlu) dünən Almaniyada vəfat edib

Modern.az xəbər verir ki, bu barədə onun dostu Vahid Səfərov sosial şəbəkədə bildirib.

Mərhumun 59 yaşı vardı. 

Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. O, 1990-cı illərin ortalarından 2010-cu ilədək Əli Xasayoğlu imzası ilə “Azərbaycan işıqları”, “Azərbaycan”, “Zaman”, "Xalq cəbhəsi" qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra ailəsilə birgə Almaniyaya köçüb və orada yaşamağa başlayıb…

Mərhumun Almaniyada - Berlində dəfn olunacağı bildirilib. Jurnalistin bir oğlu, bir qızı yadigar qalıb.

Allah rəhmət eləsin! 

Whatsapp
Bizə yazın!
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi