Modern.az

Zəfər paradına bu ölkələr də qatıla bilər - ADLAR

Zəfər paradına bu ölkələr də qatıla bilər - ADLAR

Analitika

22 Oktyabr 2025, 16:56

Noyabrın 8-də Bakıdakı Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Artıq parada hazırlıq işlərinə başlanılıb.

Azadlıq meydanında sonuncu parad 2020-ci il dekabrın 10-da Vətən müharibəsindəki zəfərin şərəfinə keçirilib.

2023-cü il noyabrın 8-də isə Zəfər paradı Xankəndi şəhərində təşkil olunub. Bəs budəfəki parad nə ilə yadda qala bilər?

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitsəinin sədri Arzu Nağıyev bildirib ki, bu il keçiriləcək Zəfər paradı çox mühüm hadisədir:

"Bu, üçüncü Zəfər paradı olacaq. Bu fakt dövlətçilik və ordu quruculuğu üçün milli qürur hissinin möhkəmlənməsində çox mühüm məsələdir. Hərbi parad qələbəmizin davamlılığını, Azərbaycan reallığını və sülhü təmin edən güc amilini göstərən faktdır. Orada nümayiş edilə biləcək texnika, eyni zamanda qoşun növləri bir daha Azərbaycanın hansı qüdrətli hərbi potensiala malik olduğunu göstərir".

Komitə sədri qeyd edib ki, parad düşmənə də, dosta da mesajdır:

"Paradda Azərbaycan vətəndaşı sülhün qarantı olan ordumuzu, qoşun hissələrini görəcək. Yəni bu, tək hərbi nümayiş deyil, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən ordu üçün ayrılan vəsaitin yeni texnologiya, yeni müdafiə sənayesinin inkişafının nəticəsi üçün nümayişdir. Ola bilsin ki, bu paradda Türkiyə, Pakistan, Macarıstan, eləcə də Qazaxıstan, Qırğızıstan və başqa türk dövlətləri də iştirak etsin. Onların hərbi nümayəndələrinin iştrakı gözlənilə bilər. Təbii ki, burada akkreditasiya olunmuş səfirliklərin hərbi attaşeləri və ümumiyyətlə, onların peşəsinə uyğun olan şəxslərin iştirakı mümkündür. Mən bir daha Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin üzərində dayanmaq istəyirəm. Onların bayraqlarının tribuna önündən keçidi birlik rəmzi ola bilər. Ermənistanla Azərbaycan arasında hazırda müharibə yoxdur. Bir sıra ölkələrin rəhbərləri də bu paradda iştirak edə bilər. Ehtimal ola bilər ki, bizim dost dövlətlərin rəhbərləri də parada qatıla bilərlər. Bu gün Azərbaycan Ordusu dünya orduları sırasında ilk "50-lik"dədir. Güc mərkəzləri ilə balanslaşdırılmış əlaqələrimiz var. Paradın möhtəşəm keçməsi Azərbaycan xalqının ruh yüksəkliyini, əzmini nümayiş etdirəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!