Modern.az

Türkiyə-Ermənistan dostluq qrupu yaradılacaq?

Türkiyə-Ermənistan dostluq qrupu yaradılacaq?

Analitika

22 Noyabr 2025, 17:29

8 avqust Vaşinqton zirvə toplantısından sonra Azərbaycanla Ermənistan münasibətlərində normallaşma prosesi sürətləndiyi kimi, paralel olaraq Türkiyə ilə ermənistan münasibətlərinin  yumşalması istiqamətində də müəyyən addımlar sürətlənməyə başlayıb. Türkiyə ilə Ermənistan nümayəndələri görüşüblər.

Maraqlı nünanslardan biri də Türkiyə parlamentində Ermənistanla dostluq qrupunun olub-olmamasıdır.

Araşdırmamız nəticəsində məlum oldu ki, Türkiyə Böyük Millət Məclisində Türkiyə-Ermənistan dostluq qrupu yoxdur.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, digər sahələrdə olduğu kimi parlament sahəsində də əməkdaşlıq müzakirə mövzusuna çevrilə və Türkiyə-Ermənistan Dostluq Qrupu yaradıla bilərmi?

Modern.az-a açıqlmasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf  Partiyasından olan deputatı Yıldırım Tuğrul bildirib ki, Ermənistanla dostluq qrupu olsa da, bu, elə də bir məna kəsb etməz:

“Türkiyə Böyük Millət Məclisində 100-dən artıq ölkə ilə dostluq qrupları mövcuddur. Xüsusi vəziyyətlərə baxmadan, hər ölkə ilə parlamentlərarası dostluq qrupları var. Ermənistanla da parlamentlərarası dostluq qrupu ola bilər. Lakin bu bir məna ifadə etməz. Çili və Venezuela ilə də dostluq qrupu mövcuddur. Yəni bu, parlamentin gündəlik işlərindəndir. Dostluq qrupunun olması münasibətlərin normallaşması üçün xüsusi töhfə vermir”.

Türkiyəli deputat Ermənistanla quru sərhədlərinin açılması məsələsinə də toxunub:

“8 avqust Vaşinqton zirvə toplantısında cənab Prezident İlham Əliyev Ermənistan Baş naziri ilə anlaşdılar. Azərbaycanla əlaqələr yaxşı səviyyədə olarsa, Türkiyədə Azərbaycanla bağlı olaraq Ermənistanla bütün məsələləri tənzimləyə bilərik. Amma hazırda Ermənistan konstitusiyasıda bizə qarşı dümənçilik ehtiva edən maddələr var. Bunları çıxartmalıdırlar. Cənab İlham Əliyevin "heç bir problem yoxdur deməsi" ilə birlikdə Türkiyə Ermənistanla sərhədləri aça bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?