Modern.az

Azərbaycanda gənclərin orduya marağı artıb

Azərbaycanda gənclərin orduya marağı artıb

Analitika

25 Noyabr 2025, 17:35

Son müşahidələr onu deməyə əsas verir ki, gənclər arasında hərbiyə maraq əvvəlki illərlə müqayisədə daha da artıb. Bunu müxtəlif amillərlə bağlayanlar var. Bəziləri düşünür ki, bu 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra özünü daha çox büruzə verib.

Maraqlıdır, orduya marağın artmasının əsas səbəbləri nələrdir?

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycan xalqı mentalitet etibarilə ordu xalqdır:

“Əldə etdiyimiz tarixi zəfər genetik kodlarımızda olan ordu xalq olmaq keyfiyyətini bir qədər də qabartmış oldu.  Nəticə etibarilə, Zəfərin gətirdiyi motivasiya, ökəmizdə qəhrəmanlığın təbliğ olunması, ərazi bütövlüyünün bərpa olunması gənclərdə yeni bir əhval-ruhiyyə yaradıb. Aərbaycan xalqı olaraq, ordu intizamını, ordunun nəyə qadir olduğunu dövlətçilik şüuru ilə dərk edən xalqıq. Mənə elə gəlir ki, indiki mərhələdə bu, tendensiyanın daha da güclənməsi əldə  etdiyimiz tarixi zəfərlə, xalq olaraq qarşımızda duran milli məqsəd və vəzifələrimizin yeni yetişən nəsil tərəfindən dərk olunması ilə bağlıdır. Doğrudur, biz ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa etmişik. Amma Azərbaycan xalqı yeni milli ideyalar, məqsəd və vəzifələr mərhələsinə qədəm qoyub ki, bu da təhlükəsizliyimizi təmin edən ordu olmadan mümkün deyil. Nəticə etibarilə XXI əsrdə baş verən müharibələr  göstərir ki, güclü  ordusu olmayan xalq özünü və təhlükəsizliyini təmin edə bilmir. Bu  həm də milli özünümüdafiə instiktinin gətirdiyi  keyfiyyətdir ki, gənclərimizin günü-gündən orduya artan həvəsini müşahidə edirik”.

Parlamentari vurğulayıb  ki, də ordu mənsubumuz, xüsusi təyinatlı qüvvələrimiz olacaq gənclərimizin  ev, ailə, sosial təminatı kimi bəzi maddi təşviqedici kompanentlər də nəzərdə tutulur:

“Azərbaycan Prezidenti Zəfərimizin 5 illiyi münasibətilə keçirilən paradda xüsusi təyinatlı qüvvələrimizn sayını dəfələrlə artırdığımızı və bu prosesin belə də davam edəcəyini bildirib. Mənə elə gəlir ki, bu təşviqedici fikirlər həm də ordu mənsubumuz, xüsusi təyinatlı qüvvələrimiz olacaq gənclərimizin ev, ailə, sosial təminatı kimi bəzi maddi təşviqedici kompanentləri də nəzərdə tutur. Ona görə də, bu da özünəməxsus şəkildə bir faktora çevrilir. Amma bütövlükdə hərbiyə marağın artması millətsevərlik və dövlətsevərlik təfəkkürünün nəticəsidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU