Modern.az

Təyyarəmizi qəzaya uğradanların cəzalandırılacağı şübhə doğurur - Deputat

Təyyarəmizi qəzaya uğradanların cəzalandırılacağı şübhə doğurur - Deputat

Analitika

5 Dekabr 2025, 17:08

Azərbaycanın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasının 1 ilinin tamam olmasına sayılı günlər qalıb.

Bir neçə ay əvvəl Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə Düşənbədə keçirilən görüşü zamanı bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Mövzunu şərh edən Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, istintaqın vaxtında başa  çatması gözlənilir:

“Cənab Prezidentimiz Putinlə görüşən zaman bu məsələlərə aydınlıq gətirildi. Rusiya Prezidentinin etirafları, üzrxahlığı və söz verməsi problemin həllinə güman yaratdı. Hazırda istintaq gedir. Vladimir Putin rəsmi şəxsdir, Rusiya kimi böyük dövlətin prezidentidir. Mənə elə gəlir ki, cənab Putin sözünün üstündə durar, yalançı çıxmaz. Beynəlxalq qanunlar, konvensiyalar öz yerindədir, həm də cənab Putin özünün şəxsiyyətinə və tutduğu vəzifənin məsuliyyətinə görə sözünün üstündə durmalıdır. İstintaqla məsələlər rəsmi təsdiqini tapdıqdan sonra  günahkarlar mütləq cəzalandırılmalıdırlar, təzminat məsələləri həll olunmalıdır. Dövlətlərarası münasibətlərə uyğun olaraq üzrxahlıq məsələləri rəsmi şəkildə həllini tapmalıdır, elə-belə sözlə yox. Ən əsası da günahkarlar, icraçılar və o komandanı verənlər kimlər olubsa, onlar müvafiq qanunlarla ciddi şəkildə cəzalandırılmalıdır”.

Deputat vurğulayıb ki, günahkarların cəzalandırılacağı şübhə doğurur:

“Ukrayna-Rusiya müharibəsi 4 ildir davam edir. Gedən proseslərə baxırıq, müxtəlif dövlətlərin ərazisində aparılan danışıqları izləyirik, şimal qonşumuzun sürüşkənliyi, sözünün üstündə durmaması və özünü sovet dövründəki kimi hegemon kimi aparması bu məsələnin həllini tapmasına şübhə yaradır. Bir az səbrli olub, nəticələri gözləyək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi