Modern.az

STM-in üzə çıxardığı böyük sosial problem - AÇIQLAMA

STM-in üzə çıxardığı böyük sosial problem - AÇIQLAMA

Analitika

17 Dekabr 2025, 16:25

“Sosial Tədqiqatlar Mərkəzinin ən aktual araşdırması azad olunmuş ərazilərlə bağlı “Böyük qayıdış” prosesinin tədqiqi, strategiyanın müəyyənləşdirilməsi və ictimai rəyin öyrənilməsi istiqamətində gördüyü işlərdir”.

Bu sözləri Modern.az-a Mərkəzin mətbuat katibi Əziz Əlibəyli bildirib.

O qeyd edib ki, Vətən müharibəsinin nəticələrinin qiymətləndirilməsi də əsas istiqamətlərdən biri kimi önəm daşıyır:

“44 günlük müharibə Azərbaycan dövləti ilə Azərbaycan xalqı arasında formalaşmış bir ictimai müqavilənin nəticəsidir və qazanılan qələbə həmin müqavilənin məntiqi davamıdır.

Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy əsasında dövlət rəsmilərinin imicinin müəyyənləşdirilməsini əks etdirən inam indeksi formalaşdırılıb. Bu yanaşmanın dünya təcrübəsində mövcud idi, Azərbaycanda isə ilk dəfə biz yaratdıq.

Eləcə də miqrasiya və təhsil sahəsində aparılan tədqiqatlar, dezinformasiyalarla bağlı araşdırmalar mühüm istiqamətlər sırasında yer alır. Ailə və uşaq problemləri üzrə tədqiqatlar da xüsusi vurğulanır. Bu sahələr üzrə mərkəzin yüzlərlə nəşr və sənədi mövcuddur.

Araşdırmalar nəticəsində əsas sosial problemlər kimi məşğulluq məsələsi, gənclərin əmək bazarına inteqrasiyası və bölgələrdən mərkəzə miqrasiya daha qabarıq şəkildə üzə çıxıb.

Təşkilat 2019-cu ilin fevral ayında Prezidentin fərmanı ilə yaradılıb.

Ölkə rəhbəri hesabatlarında Mərkəzin araşdırmalarına dəfələrlə istinad edildiyi qeyd olunur. Qurumun rəsmi statusu və institusional imici digər dövlət orqanlarının bizim nəticələrimizə əsaslanmasına imkan yaradır.

Qapalı siyasi arayışlar və ictimai müzakirələr də qurumun fəaliyyətinin mühüm tərkib hissəsidir.

Mərkəz ölkədə ən peşəkar sosial tədqiqat qurumlarından biri olaraq statistik məlumatlar təqdim etsə də, araşdırmalar Dövlət Statistika Komitəsindən fərqli olaraq dövlət qurumlarının sənədləri ilə deyil, birbaşa ictimai rəy əsasında aparılır.

Hazırda mərkəzdə aparılan hesablamaların arxitekturasında süni intellektin tətbiqinə başlanılıb. Süni intellektin araşdırmaya tam inteqrasiyası hələ reallaşmayıb. Çünki süni zəka özü hələ inkişaf mərjhələsini yaşayır. Gələcək illərdə məhsuldarlığın artırılması məqsədilə bu texnologiyadan daha geniş istifadə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır