Modern.az

"İslam NATO"su YARADILIR

"İslam NATO"su YARADILIR

Analitika

19 Yanvar 2026, 12:46

Türkiyənin Səudiyyə Ərəbistanı-Pakistan Strateji Qarşılıqlı Müdafiə Sazişinə (2025-ci ilin sentyabrında imzalanıb) qoşulmaq üçün danışıqlar apardığını bildirir.

Modern.az xəbər verir ki, bu sazişə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə bəndi daxildir: "üzvlərdən birinə hücum bütün üzvlərə hücum hesab olunur".

Qərb mediası Ankara ilə razılaşmanın reallaşma ehtimalının yüksək olduğunu vurğulayır.

Türkiyə bu hərbi birliyə qoşularsa, blok əhəmiyyətli dərəcədə təsir qazanacaq: Səudiyyə Ərəbistanının maliyyəsi və diplomatiyası, Pakistanın nüvə potensialı və ordusu, üstəgəl Türkiyə silahlı qüvvələri və müdafiə sənayesi bu hərbi bloku "İslamın NATO"suna çevirəcək.

Türkiyəli ekspertlərin fikrincə, ABŞ-ın getdikcə öz və İsrail maraqlarına diqqət yetirdiyi bir vaxtda Türkiyə üçün bu, müstəqilliyini gücləndirməyin bir yoludur.

Razılşma hələlik rəsmi təsdiq olunmasa da, prosesin sürətlə getdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən mətbuat konfransında bu suala cavab vermişdi. O, "hazırda görüşlər və müzakirələr aparılır, lakin hələlik heç bir razılaşma imzalamamışıq", - deyə açıqlama vermişdi.

Fidan prezident Ərdoğanın vizyonunun daha geniş: "bütün ölkələrin təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edə biləcəyi, bir-birinə etibar edə biləcəyi və problemləri xarici müdaxilə olmadan həll edə biləcəyi inklüziv regional platforma yaratmaq" olduğunu vurğulamışdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV