ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 9-11 fevral tarixlərində Azərbaycana və Ermənistana səfəri tarixi hadisə olmaqla yanaşı, Vaşinqtonun regiondakı iştirakının dərinləşməsini göstərdi. Hazırda Cənubi Qafqazda strateji bir yenidənqurmanın: ABŞ-nin Cənubi Qafqazda ikinci dərəcəli oyunçu rolundan daimi tərəfdaş roluna keçidi və uzunmüddətli geoiqtisadi şəbəkələr formalaşdırdığının şahidi oluruq.
Vensin səfəri isə bu yenidəmqurmanı - 2025-ci il 8 avqust tarixində Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən sülh razılaşmasının müzakirələrdən möhkəmləndirilməsinə və konkret inteqrasiya layihəsinələrinə keçidi rəsmiləşdirdi.
Eyni zamanda, Vaşinqton sadəcə Cənubi Qafqazdakı iştirakını genişləndirmir, həm də Rusiya və İran üçün regional ekosistemi onilliklər ərzində dəyişdirir. Vensin Ermənistan və Azərbaycana səfəri Vaşinqtonun iqtisadi və infrastruktur müqavilələri vasitəsilə Rusiya və İranın mövcudluğuna meydan oxumaqla regionun geosiyasi xəritəsini yenidən formalaşdırmaq istəyini də nümayiş etdirir. Bu zaman digər geosiyasi oyunçulardan fərqli olaraq ABŞ hər iki ölkəyə konkret əməkdaşlıq modeli, investisiyalar və texnoloji dəstək vəd edir.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstan Vensin səfər proqramında yox idi, lakin bu, respublikanın ABŞ üçün dəyərini itirdiyi anlamına gəlmir. Vaşinqton hazırda sadəcə olaraq daha tez və əlaqəli öhdəliklər götürmədən əldə edilə bilən məsələlərə üstünlük verir. Burada əsas prioritet Cənubi Qafqazdan keçən tranzit oxu olan "Tramp Marşrutu"dur. Bu marşrut vasitəsilə ABŞ öz struktur təsirini genişləndirir və Rusiya və İranı keçərək Orta Asiyadan Avropaya tranzit axınları üzərində nəzarəti ələ keçirir.
Elnur ƏMİROV