Modern.az

Müharibə mütləq olacaq, amma indi yox - TƏHLİL

Müharibə mütləq olacaq, amma indi yox - TƏHLİL

Analitika

18 Fevral 2026, 12:00

ABŞ administrasiyası İrana potensial hücumlarda İsrailin birbaşa hərbi iştirakını tələb edəcək.

Modern.az xəbər verir ki, İsrail artıq yalnız məhdud eskalasiyaya hazırlaşmır; regional müharibəyə hazırlaşır. Ölkə daxilində müxtəlif hava hücumundan müdafiə üçün 100-150 aktiv raket buraxılış qurğusu hazırlanıb və onlara 7 hava hücumundan müdafiə batalyonu xidmət göstərəcək. İsrail davamlı raket atəşinə tab gətirmək üçün raketdən müdafiə məüsədilə beş qat sədd hazırlayır. İsrail Hərbi Hava Qüvvələri uzun və intensiv İran hücumları zamanı belə davamlı döyüş qabiliyyətini təmin etmək üçün əməliyyat infrastrukturunu gücləndirir.

Baş nazir Netanyahunun əvvəllər Prezident Trampdan hava müdafiə qurğularının çatışmazlığı səbəbindən İrana hücumu təxirə salmasını istədiyi bildirmişdi. O vaxtdan bəri, ötən yay İsraili müdafiə edən sursatın xeyli xərclənməsinə və təchizatın doldurulmasında çətinliklərə baxmayaraq, bölgəyə əhəmiyyətli ABŞ qüvvələri yerləşdirilib.

Son həftələrdə İsrail və ABŞ arasında hərbi koordinasiya güclənib. İsrail Baş Qərargah rəisi Vaşinqtona səfər edib və ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri ilə görüşüb. İsrail hərbi kəşfiyyatı və Mossad rəhbərləri də sıx şəkildə ABŞ-a səfər etmişdilər.
ABŞ bölgəyə böyük bir dəniz qüvvəsi yerləşdirib: USS Abraham Linkoln və USS Gerald R. Ford təyyarədaşıyan gəmiləri, eləcə də bir neçə idarə olunan raket esminesi İran raketlərini və dronlarını ələ keçirəcək ərazilərdə yerləşdirilib.

THAAD və Patriot raketdən müdafiə sistemləri də İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki bazalarda, o cümlədən Əl-Udeid hava bazasında yerləşdirilir. Bölgəyə F-15E və F-35 qırıcı təyyarələrinin və EA-18G Growler elektron müharibə təyyarələrinin yerləşdirilməsi də məlumdur.

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC-yə bildirib ki, Tehran öz ərazisində uranın zənginləşdirilməsini sıfıra endirməyi mümkün hesab etmir və bunu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öz hüququ hesab edir. Bu arada, İran xarici işlər naziri Abbas Əraqçi bildirib: "İranın raket proqramı danışıqlara tabe deyil".

Donald Trampın uzunmüddətli müharibənin qarşısını almaq üçün İran rejiminin qısa zamanda çökəcəyi hərbi əməliyyat istədiyi  bildirilir.

Bu arada, İsrail hesab edir ki, İran rejiminin tezliklə çökməsi ehtimalı azdır. İsrail təhlükəsizlik xidmətləri daha geniş regional müharibəyə çevrilə biləcək bir dövrə hazırlaşır.

Hərbi mövcudluğun artırılması və müdafiə sistemlərinin hazırlanması hərbi ssenarinin real hesab edildiyi və artıq qərarlaşdırıldığını göstərir. Omanda keçirilən danışıqların isə hazırlıq və strateji manevrlər üçün istifadə edilə biləcəyi və vaxt qazanmaq üçün ediliyi təəssüratını yaradır.

Modern Analitik Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR