Modern.az

Azərbaycan Bəndər-Abbas limanına çıxış əldə edəcək

Azərbaycan Bəndər-Abbas limanına çıxış əldə edəcək

Analitika

Bu gün, 16:40

“Zəngəzur dəhlizinin açılması dəmir yolu nəqliyyatı imkanlarımızı genişləndirəcək”

Bu sözləri Modern.az-a açıqlamasında Millİ Məclisin üzvü Fazil Mustafa deyib.

O qeyd edib ki, dəmir yolu infrastrukturunun inkişafı birbaşa iqtisadi və ticarət imkanlarının genişlənməsi deməkdir:

“Dəmir yolu nəqliyyatı hansı ölkələrdə inkişaf edirsə, həmin ölkələrdə daşımaların və ümumilikdə nəqliyyat infrastrukturunun inkişafından danışmaq mümkündür. Azərbaycan da əsas hədəf kimi Zəngəzur dəhlizinin açılmasını qarşıya qoyub”.

Fazil Mustafa qeyd edib ki, Bakı–Qars dəmir yolu istifadəyə verildikdən sonra alternativ istiqamətlərin sayını artırmaq vacibdir:

“Bölgələrdə dəmir yolu xətlərinin mövcudluğu müəyyən dərəcədə daha sürətli və rahat daşınma imkanları yaradır”.

Deputatın sözlərinə görə, İranla dəmir yolu xətlərinin daha intensiv işləməsi ticarətin güclənməsi deməkdir:

“Bəndər-Abbas limanına çıxış həm də Çin və Afrika ölkələri ilə əlaqələrin genişlənməsinə şərait yarada bilər. Ona görə də bu kimi görüşlər real məzmun daşıdıqca, nəqliyyat imkanlarının inkişafına da fayda verəcək”.

Fazil Mustafa ümid etdiyini bildirib ki, müəyyən məsələlərdə İran tərəfinin mövqeyində də pozitiv dəyişikliklər olacaq:

“Bakı–Astara dəmir yolu xəttinin daha işlək hala gəlməsi, layihənin sonrakı inşa prosesinin başa çatdırılması, eyni zamanda Zəngəzur dəhlizinin açılması Azərbaycanın bu imkanlardan daha səmərəli istifadə etməsinə şərait yaradacaq”.

Qeyd edək ki, 23 Fevral 2026-cı ildə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.

Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!