Modern.az

Paşinyanın peraşki yeməsi təsadüfi deyil - Politoloq

Paşinyanın peraşki yeməsi təsadüfi deyil - Politoloq

Analitika

Bu gün, 11:08

Ermənistan Baş naziri son günlər müəyyən hərəkətləri ilə  ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, İran-İsrail müharibəsi, qlobal səviyyədə baş verən ciddi geopolitik və geosiyasi proseslər fonunda Ermənistan Baş nazirinin qarğıdalı, peraşki yeməsi, Gürcüstana səfəri zamanı barabanda ifa etməsi birmənalı qarşılanmır. 

Paşinyanın hərəkətləri bir çox hallarda obraza girmə, siyasi imici üçün PR kimi dəyərləndirilir. Bəziləri isə bunu onun təbii xarakteri olduğunu düşünürlər.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyanın hərəkətləri yaxınlaşmaqda olan parlament seçkilərinə hesablanıb:

"Nikol Paşinyanın peraşki yeməsi, barabanda ifa etməsi, mahnı oxuması, dükanlara getməsi, piyada gəzməsi iyunda keçiriləcək parlament seçkilərinə hesablanıb. Çünki Paşinyanın populyarlığı, reytinqi azalıb. Buna görə də, Baş nazir populyarığını artırmaq üçün özünü sadə olduğunu, vətəndaşdan fərqli olmadığını göstərmyə çalışır. Niyə əvvəllər bu cür hallar baş vermirdi. Çünki seçki olmadığından Paşinyanın belə PR-a ehtiyacı yox idi. Lakin indiki şəraitdə onun PR-a ehtiyacı var. O, sadəliyini göstərməyə çalışır ki, seçicilərinin sayını artırsın".

 

Politoloq Paşinyanın seçkilərdən gözləntisindən də danışıb:

"Ümumilikdə baxdıqda, Ermənistanda yaxınlaşmaqda olan parlament seçkilərində yenidən Paşinyanın partiyasının qələbə qazanma ehtimalı yüksəkdir. Bəli, buna baxmayaraq, Baş nazirin əvvəlki kimi səs toplaya bilməməsini müşahidə edə bilərik. Sadəcə olaraq, Paşinyanın hədəfi başqadır. O, elə səs toplamaq istəyir ki, topladığı səslə təkbaşına hökumət formalaşdırsın, yəni hər hansı koalisiyaya ehtiyac qalmasın". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada