Modern.az

İsrailli politoloq: İran Azərbaycanı regional münaqişəyə cəlb etmək istəyir

İsrailli politoloq: İran Azərbaycanı regional münaqişəyə cəlb etmək istəyir

Analitika

Bu gün, 18:24

Bu gün İran tərəfindən Naxçıvan aeroportu dron hücumuna məruz qalıb. Hadisə zamanı 4 vətəndaşımız xəsarət alıb, hava limanının infrastrukturuna ciddi zərər dəyib. 

Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

Baş verən hücumu Modern.az-a şərh edən israilli jurnalist və politoloq İqor Roytapel bildirib ki, İranın bu zərbəsinə Azərbaycanı daha geniş regional münaqişəyə cəlb etmək cəhdi kimi baxmaq olar:

"Naxçıvanın hədəf kimi seçilməsi, ehtimal ki, təsadüfi deyil. Birincisi, Naxçıvan Azərbaycan üçün xüsusi simvolik əhəmiyyətə malikdir. O, ölkənin hazırkı prezidentinin və xatirəsi Azərbaycanda dərin hörmətlə anılan əvvəlki prezident Heydər Əliyevin doğulduğu yerdir. Buna görə də belə bir yerə zərbə yalnız hərbi əməliyyat kimi deyil, həm də siyasi və simvolik mesaj kimi qəbul edilir. İkincisi, Naxçıvan İran sərhədindən çox qısa, bəzi yerlərdə on kilometrdən az məsafədə yerləşir. Hərbi baxımdan bu, dron imkanları ilə hədəfə nisbətən asanlıqla çatmağı təmin edir".

İqor Rytapellin fikrincə bu hücum ikiqat effekt yaradır:

"İran bununla bir tərəfdən Azərbaycana təzyiq göstərir və onun cavabını sınayır. Digər tərəfdən isə, zərbə xüsusi milli əhəmiyyət daşıyan bir əraziyə yönəldiyi üçün güclü psixoloji və siyasi rezonans yaradır. Daha geniş kontekstdə bu cür hərəkətlər güc nümayiş etdirmək və bölgədə gərginlik coğrafiyasını genişləndirməyə çalışmaq strategiyasının bir hissəsi ola bilər. Eyni zamanda, bu addımlar daha da eskalasiya riskini daşıyır və Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlı olan dövlətlərin beynəlxalq diqqətini və reaksiyalarını artıra bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır