Modern.az

Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?

Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?

Analitika

Bu gün, 12:31

“İspaniya hökuməti ABŞ-ın İrana qarşı hərbi əməliyyatda əməkdaşlıqdan imtina etdiyini açıladıqdan sonra İran Prezidenti Məsud Pezeşkian vaxrt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Məsud Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmazsa sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı”.

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu İran Prezidenti Məsud Pezeşkianın Naxçıvana dron hücumundan sonra susmasına münasibət bildirəkən deyib.

“Böyük ehtimalla Məsud Pezeşkian dünən gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib. Çünki Məsud Pezeşkian İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, “məsələ araşdırılır”. Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən SEPAH generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, susqunluğu onun İlham Əliyevlə arasındakı tərəfdaşlıq münasibətlərin üstündən xətt çəkir. Halbuki, iki ölkə Prezidenti arasında normal münasibətləri formalaşmışdı”, - E.Şahinoğlu bildirib.

Ekspertin sözlərinə görə, İran eyni ilə Rusiyanın yolu ilə gedir:

“Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də, kompensasiya ödənmədi, cinayətkarlar cəzalandırılmadı və buna görə iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki Rusiya kimi inkar edir, “Naxçıvana dron atmamışıq” prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə Məsud Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var”.

Sizə yeni x var
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada