Modern.az

Fahişələr vergiyə cəlb olunacaq - hüquqşünas

Fahişələr vergiyə cəlb olunacaq - hüquqşünas

Analitika

Bu gün, 12:24

Dünyada fahişəliklə bağlı qanunvericilik ölkədən-ölkəyə ciddi fərqlilik göstərir. Bəzi dövlətlərdə fahişəlik tam leqallaşdırılıb və tənzimlənir, iş şəraiti və sağlamlıq standartları dövlət tərəfindən qorunur. Məsələn, Niderland, Almaniya, Yeni Zelandiya və bir sıra Avropa ölkələrində fahişəlik rəsmi olaraq icazəlidir, əmək müqaviləsi, vergi və tibbi nəzarət mexanizmləri ilə müşayiət olunur.

 Dünya üzrə trend göstərir ki, müəyyən ölkələr fahişəliyi tam qadağadan çıxarıb tənzimlənmiş fəaliyyətə çevirməyə meyllidirlər, əsas məqsəd isə cinayətkarlıq, insan alveri və sağlamlıq risklərini azaltmaqdır. Ümumilikdə, fahişəliyin leqallaşdırılması mövzusu həm sosial, həm hüquqi, həm də iqtisadi aspektlərdən müzakirə olunur və qlobal səviyyədə müxtəlif yanaşmalar müşahidə olunur.

Hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, fahişəliyin Azərbaycanda leqallaşması mümkün deyil.

Hüquqşünas bunun səbəbini Azərbaycanın müsəlman ölkəsi olmasında görüb. Və qeyd edib ki, hələ heç bir müsəlman ölkəsi belə addım atmayıb:

“Belə halların qanuniləşməsinin iqtisadi səmərəsi ola bilər. Xidmət göstərənlər qazancları müqabilində vergiyə cəlb olunacaqlar. Lakin mövcud vəziyyət Daxili İşlər Nazirliyinin nəzarətindədir. Müvafiq tədbirlər bu struktur tərəfindən həyata keçirilir. Dövlətçilik aspektindən baxarıqsa, qanuni iş olmadığına görə polisə əlavə missiya yaradır ki, bunu da mənfi hal hesab etmək olar”.

“Bununla belə fəhişəlik hər zaman hər yerdə olub, olacaq da”, - deyə Əkrəm Həsənov əlavə edib.  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada