Modern.az

İranın müqaviməti sıfıra yaxınlaşır - ŞƏRH

İranın müqaviməti sıfıra yaxınlaşır - ŞƏRH

Analitika

Bu gün, 12:33

Ötən gün İranın Türkiyə hava məkanınan istiqamətlənən raket hücum etməsi ciddi narahatlıq doğurub. İran Prezidenti hadisədən sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək hücumla bağlı danışıb və məqsədin Türkiyənin vurulması olmadığını deyib. Buna baxmayaraq, prezidentin sözlərinin öz təsdiqini tapmaması müxtəlif suallar doğurur. Bəzi analitiklər yaranan vəziyyəti ölkədə mərkəzi hakimiyyətlə güc sturkturları arasındakı münasibətlə, başıpozuqluqla izah edirlər. 

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müharibə başlayandan sonra İran hakimiyyət orqanları ilə güc strukturları arasında böyük fikir ayrılıqları olduğu aşkar formada ortaya çıxmağa başlayıb:

"Ölkə prezidentinin qonşularının ərazi bütövlüyünü, suverenliyini tanıması, onlara zərbə endirilməməsi barədə açıqlamaları olsa da, demək olar, İran tərəfindən bütün qonşu ölkələrin ərazilərinə kifayət qədər ciddi təhdidlər yaradılıb, çox sayda raket və PUA  zərbələri endirilib. Bu zərbələrin bəziləri də Azərbaycan və Türkiyə ərazilərinə qarşı vurulub. İranın dövlət strukturu kifayət qədər ziddiyyətlidir. Ölkənin seçilmiş prezidenti olduğu halda onun iradəsindən kənar SEPAH-ın atdığı addımları görürük. SEPAH prezidentin dediklərini birbaşa təkzib edəcək, fəaliyyətlərlə məşğuldur. SEPAH-la yanaşı Prezidentin üzərində Ali Rəhbərin başçılıq etdiyi qurum mövcuddur.  Belə anoloji idarəetmə sisteminə dünyanın heç bir ölkəsində rast gəlinmir". 

Ekspert İranın daxildə və xaricdəki güc balansından da danışıb:

"Güc balansına gəldikdə, daxili proseslərdə ən böyük təsir gücü SEPAH-a aiddir. SEPAH-ı da Ali Rəhbər idarə edir. İranın xarici ölkələrlə apardığı müharibəyə gəldikdə isə, burada güc balansından danışmağa dəyməz. İranın Hava Hücumundan müdafiə sistemləri yox vəziyyətindədir. Bu ölkənin hərbi dəniz qüvvələri böyük itkilərə məruz qalıb.

Müharibənin ilk günü ilə 10-cu günü arasında fərqə baxsaq, atılan raketlərin sayında 10 dəfəyə yaxın azalma  müşahidə edərik. Bir aydan sonra İranda müqavimət potensialının sıfıra yaxınlaşdığını müşahidə edəcəyik.  Yəqin ki, İran ABŞ-nin irəli sürdüyü daha ağır şərtlələri qəbul edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada