Modern.az

ABŞ-İran, Rusiya-Ukrayna müharibələri - Türkiyə və ərəbləri də cəlb etmək istəyirlər

ABŞ-İran, Rusiya-Ukrayna müharibələri - Türkiyə və ərəbləri də cəlb etmək istəyirlər

Analitika

Bu gün, 17:01

Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatına ciddi təsirləri fonunda və ABŞ-ın əvvəllər Rusiyanı zəiflətmək üçün müxtəlif addımlar atdığı bir şəraitdə, Moskvanın İranla bağlı mövcud qarşıdurmada bu ölkəyə müəyyən dəstək verməsi Vaşinqtona qarşı dolayı cavab strategiyası kimi qiymətləndirilir. Ümumilikdə, İrandakı gərginliyi Rusiya-ABŞ geosiyasi rəqabətinin yeni mərhələsi kimi xarakterizə edən bəzi ekspertlər, bu vəziyyəti ABŞ-Rusiya qarşıdurmasında 1:1 hesablı bərabərlik kimi dəyərləndirirlər. Belə ki, Rusiyanı da artıq müəyyən bir nəticə əldə edən tərəf kimi təqdim edənlər var.

Modern.az-a açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, Rusiya-Ukrayna və ABŞ-İsrail-İran müharibəsi arasında müəyyən parallelər aparmaq mümkündür:

“İstisna deyil ki, bu gün Rusiyanın İranla İsrail və ABŞ arasında müharibəyə dəstək verməsi dolayı yolla  Ukraynada olan hadisələrə adekvat cavabdır. Eyni zamanda nəzərə alaq ki, bu heç də belə də olmaya bilər. Çünki hazırda Rusiyanın İrana verdiyi dəstək, Çinin İrana verdiyi dəstək fonunda olduqca cüzi və hiss olunmazdır. Digər bir tərəfdən, Rusiya və Çin də öz növbəsində  Amerika Birləşmiş Ştatları və İsraili daha müdrik davranmağa, hadisələrə daha soyuqanlı yanaşmağa çağırıblar. Yəni bu münaqişə hələ ki ən qaynar fazasına keçməyib. Bbu mənim fikrimdir, səhv ola bilər.

Bəli, İranın İsrailin obyektlərini vurmasını, srağa gün Dimona şəhərində baş verən hadisələri nümunə gətirə bilərlər. Təbii ki, bunlar normaldır. Bütün bu hadisələrin fonunda gəlin unutmayaq ki, eyni zamanda həm İran, həm də ABŞ tərəfindən aparılan dezinformasiya müharibəsi də var. Yəni mən parallellərin aparılmasının qəti əleyhinəyəm. Aparmaq olar, amma gəlin unutmayaq ki, nə Rusiya, nə İran, nə İsrail bu münaqişədə əsas oyunçudur. Burada iki əsas oyunçu var: Çin və ABŞ. Məsələnin kökündə duran əsas nüans budur. Amma bu mövzu o qədər dərindir ki, Çin-Amerika Birləşmiş Ştatlar qarşıdurması fonunda digər mühüm hadisələr də yaşanır. Bura Ramazanla bağlı müvəqqəti atəşkəsin əldə edildiyi Əfqanıstan-Pakistan qarşıdurmasını, eyni zamanda bizim mediada təəssüf ki, elə də diqqət edilməyən hadisə- Hindistanın baş verən hadisələr fonunda əsas oxdan ayrılaraq İsrailə meyl etməsi, yəni Modinin İsrailə getməsi və orada keçirilən görüşlər, silah tədarükü, daha sonra elə Ermənistanın özündə keçmiş İsrail hərbçisinin baş nazir postuna namizədliyinin irəli sürülməsini nümunə göstərmək olar. Bütün bu nüanslar diqqətdən qaçan, lakin olduqca maraqlı faktlardır.  Bütün bunları nəzərə alaraq, tam əminliklə bölgədə olan savaş aktiv fazasına gəlib çatmayıb demək olar. Bu İranla da, Yaxın Şərqi bürüyəcək yeni müharibə dalğası ilə də bağlıdır”.

Siyasi şərhçi düşünür ki, digər yandan, Türkiyə və Ərəb ölkələrinin bu müharibəyə cəlb edilməsi məsələsi gündəmdədir:

“Bu haqda artıq pərdəaraxası danışıqlar gedir. Türkiyə xarici işlər naziri Hakan Fidanın Ər-Riyadda açıqlamaları var. İranla bağlı bu açıqlamalar əvvəlkilərdən daha fərqliydi. Bu çıxışlarda deyilirdi ki, müsəlman ölkələri niyə bomblanır, sənin problemin İsraillədirsə, onu vuracaqsan, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycanın və digər ölkələrin vurulması nə dərəcədə məntiqə uyğundur? Müharibə bitsə belə, İran İslam dünyası və müsəlman ölkələri qarşısında cavab vermək məcburiyyətində qalacaq. İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər müsəlman blokları İrandan hesabat istəyəcəklər. Dünya İran savaşından sonra çox fərqli bir mənzərə ilə qarşılaşacaq. Mən düşünürəm ki, hətta, NATO-nun belə parçalanması, bölünməsi yaxın vaxtda olmasa da, önümüzdəki onilliklərdə ehtimallar arasındadır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı