Modern.az

Putin Paşinyanı nələrlə ŞANTAJ EDİR...

Putin Paşinyanı nələrlə ŞANTAJ EDİR...

Analitika

Bu gün, 12:10

Moskvada keçirilən Putin-Paşinyan görüşü ətrafında müzakirələr davam edir.

Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatında çıxış edən analitiklər diplomatik formulların kənara qoyulması və açıq şəkildə qarşılıqlı ittihamlar və şantaj dilinə keçməsi ilə müşayiət olunmuş görüşü misli görünməmiş, hətta sensasiyalı kimi qiymətləndirirlər.

Bildirilir ki, 2021-ci il seçkilərindən əvvəl Paşinyanın Cənubi Qafqazda gözlənilən tərəfdaş olacağına ümid edən Putin böyük səhv etdiyini artıq yəqinləşdirib və ona etibar etmədiyini Moskvada açıq şəkildə göstərib.

Erməni ekspertlər deyirlər ki, Putin açıq dialoqda Paşinyana Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı (Aİ) arasında seçim təklifi edib: Putin Paşinyana birbaşa xəbərdarlıq edib ki, ikisindən birini seçməlidir, əks halda vəziyyət başqa cür olacaq.

"Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə etdiyini görürük. Biz bu məsələdə çox sakitik. Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə maksimum əməkdaşlıq etməyə çalışır. Amma bu, lap əvvəldən açıq və dürüst olmalıdır. Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə birlikdə olmaq mümkün deyil", - deyə Putin bildirib və sonra Avropa üçün olduğu kimi, Ermənistan üçün də qazın qiymətini qaldıra biləcəklərinə işarə edib.

"Enerji daşıyıcılarının qiymətinə gəldikdə isə, Avropada qaz kəskin şəkildə artıb - min kubmetr üçün 600 dollar, Rusiya isə onu Ermənistana 177,5 dollara satır. Fərq çox böyükdür, əhəmiyyətlidir. Biz burada sizinlə tez-tez mübahisə edirik, bilirəm ki, enerji daşıyıcılarının qiymətlərinin bir az fərqli şəkildə müəyyən edilməsində israr edirsiniz, amma baxın: 600 dollar və 177,5 dollar", - Rusiya lideri vurğulayıb.

Paşinyan cavab olaraq bildirib ki, hər iki ittifaqa eyni vaxtda qoşulmağın mümkün olmadığını bilir.
"Bu mümkün olmadıqda və qərar qəbul edilməli olduqda, əminəm ki, Ermənistan vətəndaşları qərar verəcəklər".
Yeni nüvə elektrik stansiyasının tikintisinə gəldikdə isə Paşinyan bildirib ki, bu, Rusiya tərəfdaşları ilə yanaşı, digər ölkələrlə də müzakirə olunur, "biz Ermənistan Respublikası üçün ən sərfəli təklifi axtarırıq".

2022-ci ildən bəri Ermənistan-Rusiya münasibətlərində gərginliyə səbəb olan növbəti məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Putin bildirib ki, Ermənistan tərəfinin KTMT ilə bağlı şikayətləri olduğunu bilir.

"Amma düşünürəm ki, 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığınız zaman KTMT-nin artıq Azərbaycanın daxili məsələsinə çevrilmiş bu məsələyə müdaxiləsi heç də düzgün olmazdı".

Paşinyan isə “Mən artıq Ermənistanda açıq şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”, - deməklə Putinin şantajına cavab verib.

Putin Paşinyanı Rusiya pasportu olan bir şəxsin (iş adamı Samvel Karapetyan) siyasətlə məşğul olmağa cəhd etdiyinə görə Ermənistanda həbsxanaya salındığı üçün qınayıb.
“Bu sizin qərarınızdır, biz müdaxilə etmirik. Amma biz onların bu daxili siyasi işlərdə iştirak edə bilməsini istərdik”, - deyə bildirib və əlavə edib ki, Moskva həmişə erməni xalqının maraqlarını rəhbər tutur.

“Rusiyada çoxlu sayda erməni yaşayır. 2 milyondan çox. Ermənistanda Rusiyapərəst bir çox siyasi qüvvə var. Biz çox istərdik ki, bütün bu siyasi qüvvələr, siyasi fiqurlar seçkilər zamanı daxili siyasi işlərdə iştirak edə bilsinlər”.

Paşinyan isə Ermənistanın demokratik ölkə olduğunu deyib. Eyni zamanda xatırladıb ki, qanunvericiliyə görə, yalnız Ermənistan pasportuna malik olan şəxslər Ermənistan Respublikası seçkilərində iştirak edə bilərlər. Rusiya pasportuna malik olanlar isə nə deputat, nə də baş nazir vəzifəsinə namizəd ola bilərlər.

Politoloqlar deyirlər ki, Putin Moskvadakı görüşdə Paşinyanı əsasən üç mesajla şantaj edib:

Birincisi, Paşinyana seçim təqdim olunur: ya AİB, ya da Aİ və bu seçimin özündə enerji dəyəri olacaq;
İkincisi, bu gün Ermənistanda siyasi baxışlarına görə həbsdə olan insanlar, həmçinin Rusiya pasportuna malik vətəndaşlar var, onlara təzyiqlərə son qoyulmalıdır;
Üçüncüsü, Qarabağ məsələsi bu gün də Rusiya üçün həssas məsələ olaraq qalır, yəni Qarabağ məsələsii bağlanmayıb...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı