8 Oktyabr 2016, 09:58 | Ana Səhifə - Yazılar - Məzən olsun, Osman qağa
Məzən olsun, Osman qağa

Akif Cabbarlı


“Olur , olur, belə işlər də olur” silsiləsindən


Bir tanışım var, yalan danışmaqdan, el arasında deyildiyi kimi, hapa-gopa basmaqdan ötrü sinov gedir. Osman qağa ağıla belə gəlməyənləri elə bəzəyib-düzəyib danışır ki, fantast yazıçılar belə ona qibtə edərlər. Xəyali obrazlar, yalançı qəhrəmanların Don Kixotu geridə qoyan əfsanəvi tryuklari, hadisələrin pik nöqtəsinə qədər ardıcıllıqla izlənməsi, olub-keçənlərin paralellərlə təqdimatı populyar bir əsərin say-seçmə təsvir və motivləri ilə rəqabətdə udar ki, uduzmaz.

  Bu yalançı və gopçunun söylədiklərindən, daha doğrusu üyüdüb-tükdüklərindən bir-iki nümunə göstərmək kifayətdir ki, adamın əsl mahiyyətindən xəbər tutasan. Onu da deyim ki, danışdıqları əsasən həyatdan köçmüş insanlarla bağlı olur. Dirilərdən nə danışsın axı, kimsə şübhələnib hər hansı söhbətin axrına çıxmaq istəsə əsl həqiqət üzə çıxar və dostumuzun yalanları ifşa oluna bilər... O, bunu yaxşı dərk etdiyindən yalan-palanına qəhrəman kimi həmişə dünyasını dəyişən insanları seçir ki, yanmasın, üzü danlanmasın. Sözün düzü, hələ də anlaya bilmirəm ki, qardaş bu gopçuluqdan nə qazanır, hansı ləzzəti alır.

 Günlərin birində danışır ki, akademik Şirbala Nuhbalayevlə ( adlar şərtidir – A.C.) uçurlar Moskvaya. Aeroportda onları şəhər merinin müavini və Elmlər Akademiyasının vitse-prezidenti qarşılayır.

 -Apardılar bizi düz Kremlin yaxınlığındakı restorana. Xeyli yeyib-içdik, çıxdıq gördük qara “Jeep” pişvazımızdadır. Yollandıq Moskva çayının qırağındakı nəhəng “Mejdunarodnoye-1” otelinə. Hərəmizə bir lyuks otaq verdilər. Dedilər ki, dincəlin iki saatdan sonra aşağıda saunada sizi iki sarışın gözəl gözləyəcək. Düşdük. Qızlara söz ola bilməzdi, heç kinoda da belələrini görə bilməzsiniz. Nə isə, ləzzətli dincəldik, üç gün-üç gecə bu oteldə qaldıq. Sonra merin muavini dedi ki, bəlkə yerinizi dəyişək, bura sizin üçün adiləşib. Dedik ki, yox, qalsın gələn dəfəyə.

  Məzən olsun, ay Osman qağa, bir dəfə də danışır ki, gömrük sistemində çalışan dostu Saleh Salehovla gedib çıxıblar Belorusun paytaxtı Minsk şəhəri ətrafında sanotoriyada dincəlməyə. Hökumət rəhbərləri, jurnalistlər onları elə qarşılyaıblar ki, ağızları açıla qalıb. Azərbaycandan apardıqları ceyran balasını qarşılayanlardan birinə - nazir qızı Svetlana Petrovnaya bağışlayanda xanımın ürəyi tab gətirmir və ceyranı buraxır şəhərin küçələrinə. Ceyran qaçır, dostum qovur, zavallı heyvan haradasa yoxa çıxır, dostumun ürəyi tutur, yıxılır yerə. Xəstəxanada gözünü açanda başının üstündə Svetanı görür. Qız ağlaya-ağlaya nə desə yaxşıdır – Allah məni öldürsün Osmançik. Sənin bu gününü görməkdənsə elə gözlərim tutulaydı kaş. Mən isə hələ bu günədək Svetanın bu sözləri rusca necə ifadə etməsini beynimə yerləşdirə bilmirəm.

 Osman bir gün də məşhur polis rəislərindən olan Qulu Mamedoviçlə ova çıxmasını nağıl elədi bizə.

 -Getmişik Kür qırağına, Tuqay meşələrinə. Rəisin qoşalüləsi vardı, məndə də “Vinçester”. Amma silahım xoşuma gəlmirdi, gözümdən düşmüşdü. Bunu hiss edən rəis tabel silahını çıxardıb verdi mənə, dedi ki, Osman qağa, qoy elə həmişə səndə qalsın. Burada da hansı heyvanı, kimi istəyirsən aşır getsin. Qulu Mamedoviç bir dovşan, iki turac vurdu. Mənim girimə heç nə keçmədi. Əsəbiləşdim, meşəbəyini çağırıb qıçlarının arasından bir güllə vızıldatdım. Yaxşı ki, yaralanmadı, Allah balalarına bağışladı.

Osman qağanın sərgüzəştləri barədə yenə deyim? Yox, indi tələsiklikdir, həm də ki, axşamüstü Cavid bağında yığışıb çay içəsi, mırt vurasıyıq. Bəlkə lap təzə bir söhbət eşitdim Osman qağadan. Söz verirəm ki, yenə də oxucu qardaşlarımıza nağıl edəcəyəm onun qırıldatdıqlarını...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Vətən müharibəsində iştirak etmiş həkimlər Milli Məclisdə 4 Dekabr 2021, 00:00 Mişa ona qurulan məhkəməni “milli biabırçılq” adlandırdı - Hər larinin hesabatını verməyə hazıram 3 Dekabr 2021, 23:50 QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?