14Oktyabr | Ana Səhifə - Yazılar - Nazirlərin qəbulları cazibəsini itirir
Nazirlərin qəbulları cazibəsini itirir

Vəfa Allahverdiyeva

Bölgəyə nazir gəlir! Çox yüksək səslənən nidadır. Bu tondakı çümlənin məzmununda, ümumiyyətlə, bu formatın özündə  bir cazibə var. Çünki nazir balaca adam deyil.  

Böyük adamlar böyük müşküllərin açarıdır-toplum psixologiyası həmişə belə qəbul edir.

Nazir hamı üçün böyük status sahibidir.

İcra başçıları həmin gün demək olar ki, bütün rayonu ayağa qaldırır: sübh tezdən, ya bir gün əvvəldən süpürgəçilərdən tutmuş digər işçilərə qədər hamısını  küçələrə töküb təmizlik və nəzarət, təhlükəsizlik  işlərini tənzimləyir.

Nazir rayona böyük bir əyalət heyətinin hörmət və ehtiramı, bir az da yaxşı mənada fobiyası altında daxil olur. 

Görüş keçirilən binanın qarşısında qələbəlikdir. Nazirlərdən qeyri-tərbiyəvi yanaşma ilə şəxsi cibdən maddi kömək umanlardan tutmuş, oğlunun, qızının, özünün dərdinə dövlətin imkanları ilə əlac axtaran sivil adamlara qədər, növbə qazanmaq kimi bir basabas yaşanır...     

Düz üç ildir ki, Nazirlər Kabinetinin üzvləri-yəni  siyasi komandanın əsas  məmurları vətəndaşın ayağına getmək siyasətindən kənara çıxmır. Qəbul qrafikində nizam-intizam məsələsi tənqidi məqamlarla müşahidə edilmir: heç kəs hansısa mühüm işinə, ötəri sağlamlıq durumuna görə bu görüşlərdən imtina etmək niyyətinə düşə bilməz, uzağı zamanı dəyişə bilər.    

Amma bu qəbulların getdikcə vətəndaşa daha çox fayda gətirməli olduğu halda,- özü də indiki çətin iqtisadi-sosial durumda-, minimum dəstəklə faktlaşması, getdikcə adi səviyyəyə düşməsi  öz üzərinə narazı rəylər götürməli olur, bunu da gizlətmək mümkün deyil.  

Əvvala, bu görüşləri zəruri edən prezidentin poçtuna daxil olan saysız-hesabsız şikayətlər, xahişlər  idi ki, ayrı-ayrı dövlət instansiyalarının, müxtəlif vəzifə sahiblərinin ismi hallandırılırdı, onların səlahiyyətini əhatə edirdi və şikayət yükünün, xahişlərin hər kəsin öz unvanına verilməsi ilə yüngülləşdirilməsi düzgün qərar idi. 

Bölgələrə hər nazirin, hər komitə sədrinin gedişi sosial kəsim üçün yaxşı bir həyəcan yaradırdı. Çünki söz demək, kömək istəmək yerini kilometrlərlə məsafədən lap yaxına, şikayətin eşidilməsi  xəyallarından gerçək nəticəyə  verirdi. Bəzi nazirlər bir gündə 50-60 adamı qəbul etməkdən usanmırdı. Hətta ortada bir qrup adama kömək anlayışının özü belə real idi.

Bu qəbullar uğurlu ideya kimi başlayanda, günlərin ilk qrafikləşməsi zamanında məmurların içinə əməlli-başlı məsuliyyət gətirmişdi. Rayon səfərlərinə hazırlıq ciddi xarakter daşıyırdı, çünki orada hər kəsin həll etməli olduğu məsələlər var idi və başlıcası, yuxarıların gözü bu qəbulların üzərində idi.  

Məsələlər indi də var, həm də əvvəlkindən iki qat artıq. Üstəlik, yuxarıların gözü bu görüşləri başlı-başına buraxmayıb.

Di gəl ki, məsuliyyət hissi, bölgə insanı ilə təmasa həvəs və qayğılara yardımçı olmaq cəhdi həminki   deyil. Sanki bu qəbullar epizodik bir proses, əhali qarşısında işləmək, xalq üçün çalışmaq obrazının bir imtahanı  idi, verildi və bitdi.

Hərçənd ki, problem olan yerdə bitən bir məsuliyyət, sona çatan bir qayğı yoxdur, bu qəbullar indi daha aktuallıq kəsb edir.  

Əgər 60 adamı dinləyənlər bu rəqəmi 10-15-ə salıblarsa, verilən vədlər quru vədlərə çevrilirsə, ön qapıdan girib ön qapıdan çıxanlar, indi arxa qapıdan gəlib, arxa qapıdan getməyi seçiblərsə, qəbulların məzmunundakı, ruhundakı dəyişikliyi isbat edən məqamlar üçün başqa sübutlar ortaya qoymağa ehtiyac qalmır.

Nazir qəbulları artıq formalizm xarakteri daşıyır.  

Burada səbəbsə təkcə subyektiv deyil, həm də obyektivdir.



Obyektiv tərəfi iqtisadi tənəzzül, qeyri-neft sektorundakı yavaş temp  yaradır. Ölkədə pul defisitliyi yaşanır, paralel olaraq iş yerlərinin tapılması müşkül axtarışa çevrilib. Dolların məzənnəsindəki yüksəliş heç kəsin etirafa cəsarət etmədiyi bir bahalaşma yaradıb ki, dərmandan tutmuş geyimə, ərzağa qədər qiymət artımına, yarımçıq qalan təhsilə...  görə bu sahələrə rəhbərlik edən insanların yaxasından yapışmaqla da problemi çözmək mümkün deyil.

Beləliklə, nazirlər yemək istəyənə ucuz ərzağın, dərman istəyənə ucuz dərmanın, ödənilməyən təhsil haqqının,  iş axtarana iş çarəsini, problemlərdən real çıxış yollarını göstərməkdə  zorlanır.

Məsələnin subyektiv tərəfinə gəldikdə, ölkənin kefinin kök vaxtında da nazir olan bəzi isimlər əhaliyə yuxarıdan aşağı baxmaq xüsusiyyətini hətta qəbullarda da hiss etdirir, hər qəbulu, bunu  başdan etmək səyindən dürüst fəaliyyət müstəvisinə keçirməyə hazır ola bilmirdi.    

Obyektiv və subyektiv səbəblərin üst-üstə düşməsindən belə bir ritorik sual ortaya çıxır: nazirlər qəbullara nədən ötrü gedirlər?  Əgər verə biləcəyin bir şey yoxdursa, bu qədər məsafəyə, aldanışa nə ehtiyac qalır?      

Hal-hazırda Ədliyyə, Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin rəhbərləri istisna olmaqla,-çünki onların sahəsindəki məsuliyyət bilavasitə maddi vəsaitlə bağlılıq təşkil etmir-, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirləri üçün bu görüşlərdə xalqı razı salmaq, hər dərdlinin dərdinə məcun ola bilmək çətinləşib.

Xalqla təmaslarda ağırlıq mərkəzini bu qurumlar daşıyır, onların insanlara dünən verə bildikləri bu gün verə bildiklərindən xeyli cox idi. Sıradakı qəbullar arxada qalan qəbullardan daha çətindir.   

İnsanlara  bunların səbəbləri maraqlı deyil, maraqlı olan hansı islahat, hansı siyasətlə olur-olsun, problemlərdən çıxış yollarının tapılması, bu qəbulların aldanışlı deyil, gerçək faydalı nəticələr verməsidir.    

Obyektiv səbəblər sosial-ictimai vəziyyəti qəlizləşdirəndə, əyalət görüşlərinin mənasını öldürəndə, bunun anlayışlı izahatını səmimiyyət  və mənəvi yaxınlıq verə bilir.

Türkiyənin siyasi elitası illərdir, ehtiyaclı və bitib-tükənməyən problem içərisindəki türk cəmiyyətini bu yolla təskin edir: görüşə qalstuksuz gedir,  soydaşının yanında oturur, bir kəlmə xoş sözlə könlünü alır, toyuna xeyir-dua verir, elçi gedib qız istəyir, özünü bərabər hiss etdirir...toplumu beləcə çətinliklərin fikrindən, əzabından çıxarıb, mənəvi qayğının qoynunda saxlayır.

...Bəlkə qəbullara qalstuksuz, nazir ədası olmadan, türk siyasi elitasının üslubu ilə  gedək...gedək ki, islahat dediyimiz yollarla, maddi metodlarla alınmayan, hələlik ləngiyən işləri doğmalıq hissi, sadəlik və mənəvi dəstəklə yüngülləşdirə bilək: əyalətdəki qəbullara  yeni əhəmiyyət donu biçilsin,  cazibəsi üstündə qalsın...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46