26 Oktyabr 2021, Çərşənbə axşamı
14 Oktyabr 2016, 12:29 | Ana Səhifə - Yazılar - Nazirlərin qəbulları cazibəsini itirir
Nazirlərin qəbulları cazibəsini itirir

Vəfa Allahverdiyeva

Bölgəyə nazir gəlir! Çox yüksək səslənən nidadır. Bu tondakı çümlənin məzmununda, ümumiyyətlə, bu formatın özündə  bir cazibə var. Çünki nazir balaca adam deyil.  

Böyük adamlar böyük müşküllərin açarıdır-toplum psixologiyası həmişə belə qəbul edir.

Nazir hamı üçün böyük status sahibidir.

İcra başçıları həmin gün demək olar ki, bütün rayonu ayağa qaldırır: sübh tezdən, ya bir gün əvvəldən süpürgəçilərdən tutmuş digər işçilərə qədər hamısını  küçələrə töküb təmizlik və nəzarət, təhlükəsizlik  işlərini tənzimləyir.

Nazir rayona böyük bir əyalət heyətinin hörmət və ehtiramı, bir az da yaxşı mənada fobiyası altında daxil olur. 

Görüş keçirilən binanın qarşısında qələbəlikdir. Nazirlərdən qeyri-tərbiyəvi yanaşma ilə şəxsi cibdən maddi kömək umanlardan tutmuş, oğlunun, qızının, özünün dərdinə dövlətin imkanları ilə əlac axtaran sivil adamlara qədər, növbə qazanmaq kimi bir basabas yaşanır...     

Düz üç ildir ki, Nazirlər Kabinetinin üzvləri-yəni  siyasi komandanın əsas  məmurları vətəndaşın ayağına getmək siyasətindən kənara çıxmır. Qəbul qrafikində nizam-intizam məsələsi tənqidi məqamlarla müşahidə edilmir: heç kəs hansısa mühüm işinə, ötəri sağlamlıq durumuna görə bu görüşlərdən imtina etmək niyyətinə düşə bilməz, uzağı zamanı dəyişə bilər.    

Amma bu qəbulların getdikcə vətəndaşa daha çox fayda gətirməli olduğu halda,- özü də indiki çətin iqtisadi-sosial durumda-, minimum dəstəklə faktlaşması, getdikcə adi səviyyəyə düşməsi  öz üzərinə narazı rəylər götürməli olur, bunu da gizlətmək mümkün deyil.  

Əvvala, bu görüşləri zəruri edən prezidentin poçtuna daxil olan saysız-hesabsız şikayətlər, xahişlər  idi ki, ayrı-ayrı dövlət instansiyalarının, müxtəlif vəzifə sahiblərinin ismi hallandırılırdı, onların səlahiyyətini əhatə edirdi və şikayət yükünün, xahişlərin hər kəsin öz unvanına verilməsi ilə yüngülləşdirilməsi düzgün qərar idi. 

Bölgələrə hər nazirin, hər komitə sədrinin gedişi sosial kəsim üçün yaxşı bir həyəcan yaradırdı. Çünki söz demək, kömək istəmək yerini kilometrlərlə məsafədən lap yaxına, şikayətin eşidilməsi  xəyallarından gerçək nəticəyə  verirdi. Bəzi nazirlər bir gündə 50-60 adamı qəbul etməkdən usanmırdı. Hətta ortada bir qrup adama kömək anlayışının özü belə real idi.

Bu qəbullar uğurlu ideya kimi başlayanda, günlərin ilk qrafikləşməsi zamanında məmurların içinə əməlli-başlı məsuliyyət gətirmişdi. Rayon səfərlərinə hazırlıq ciddi xarakter daşıyırdı, çünki orada hər kəsin həll etməli olduğu məsələlər var idi və başlıcası, yuxarıların gözü bu qəbulların üzərində idi.  

Məsələlər indi də var, həm də əvvəlkindən iki qat artıq. Üstəlik, yuxarıların gözü bu görüşləri başlı-başına buraxmayıb.

Di gəl ki, məsuliyyət hissi, bölgə insanı ilə təmasa həvəs və qayğılara yardımçı olmaq cəhdi həminki   deyil. Sanki bu qəbullar epizodik bir proses, əhali qarşısında işləmək, xalq üçün çalışmaq obrazının bir imtahanı  idi, verildi və bitdi.

Hərçənd ki, problem olan yerdə bitən bir məsuliyyət, sona çatan bir qayğı yoxdur, bu qəbullar indi daha aktuallıq kəsb edir.  

Əgər 60 adamı dinləyənlər bu rəqəmi 10-15-ə salıblarsa, verilən vədlər quru vədlərə çevrilirsə, ön qapıdan girib ön qapıdan çıxanlar, indi arxa qapıdan gəlib, arxa qapıdan getməyi seçiblərsə, qəbulların məzmunundakı, ruhundakı dəyişikliyi isbat edən məqamlar üçün başqa sübutlar ortaya qoymağa ehtiyac qalmır.

Nazir qəbulları artıq formalizm xarakteri daşıyır.  

Burada səbəbsə təkcə subyektiv deyil, həm də obyektivdir.



Obyektiv tərəfi iqtisadi tənəzzül, qeyri-neft sektorundakı yavaş temp  yaradır. Ölkədə pul defisitliyi yaşanır, paralel olaraq iş yerlərinin tapılması müşkül axtarışa çevrilib. Dolların məzənnəsindəki yüksəliş heç kəsin etirafa cəsarət etmədiyi bir bahalaşma yaradıb ki, dərmandan tutmuş geyimə, ərzağa qədər qiymət artımına, yarımçıq qalan təhsilə...  görə bu sahələrə rəhbərlik edən insanların yaxasından yapışmaqla da problemi çözmək mümkün deyil.

Beləliklə, nazirlər yemək istəyənə ucuz ərzağın, dərman istəyənə ucuz dərmanın, ödənilməyən təhsil haqqının,  iş axtarana iş çarəsini, problemlərdən real çıxış yollarını göstərməkdə  zorlanır.

Məsələnin subyektiv tərəfinə gəldikdə, ölkənin kefinin kök vaxtında da nazir olan bəzi isimlər əhaliyə yuxarıdan aşağı baxmaq xüsusiyyətini hətta qəbullarda da hiss etdirir, hər qəbulu, bunu  başdan etmək səyindən dürüst fəaliyyət müstəvisinə keçirməyə hazır ola bilmirdi.    

Obyektiv və subyektiv səbəblərin üst-üstə düşməsindən belə bir ritorik sual ortaya çıxır: nazirlər qəbullara nədən ötrü gedirlər?  Əgər verə biləcəyin bir şey yoxdursa, bu qədər məsafəyə, aldanışa nə ehtiyac qalır?      

Hal-hazırda Ədliyyə, Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin rəhbərləri istisna olmaqla,-çünki onların sahəsindəki məsuliyyət bilavasitə maddi vəsaitlə bağlılıq təşkil etmir-, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirləri üçün bu görüşlərdə xalqı razı salmaq, hər dərdlinin dərdinə məcun ola bilmək çətinləşib.

Xalqla təmaslarda ağırlıq mərkəzini bu qurumlar daşıyır, onların insanlara dünən verə bildikləri bu gün verə bildiklərindən xeyli cox idi. Sıradakı qəbullar arxada qalan qəbullardan daha çətindir.   

İnsanlara  bunların səbəbləri maraqlı deyil, maraqlı olan hansı islahat, hansı siyasətlə olur-olsun, problemlərdən çıxış yollarının tapılması, bu qəbulların aldanışlı deyil, gerçək faydalı nəticələr verməsidir.    

Obyektiv səbəblər sosial-ictimai vəziyyəti qəlizləşdirəndə, əyalət görüşlərinin mənasını öldürəndə, bunun anlayışlı izahatını səmimiyyət  və mənəvi yaxınlıq verə bilir.

Türkiyənin siyasi elitası illərdir, ehtiyaclı və bitib-tükənməyən problem içərisindəki türk cəmiyyətini bu yolla təskin edir: görüşə qalstuksuz gedir,  soydaşının yanında oturur, bir kəlmə xoş sözlə könlünü alır, toyuna xeyir-dua verir, elçi gedib qız istəyir, özünü bərabər hiss etdirir...toplumu beləcə çətinliklərin fikrindən, əzabından çıxarıb, mənəvi qayğının qoynunda saxlayır.

...Bəlkə qəbullara qalstuksuz, nazir ədası olmadan, türk siyasi elitasının üslubu ilə  gedək...gedək ki, islahat dediyimiz yollarla, maddi metodlarla alınmayan, hələlik ləngiyən işləri doğmalıq hissi, sadəlik və mənəvi dəstəklə yüngülləşdirə bilək: əyalətdəki qəbullara  yeni əhəmiyyət donu biçilsin,  cazibəsi üstündə qalsın...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında Zəngilanda görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar 26 Oktyabr 2021, 17:36 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP-ın Ərazi Partiya Təşkilatı hesabat verdi 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55 Aprel‌ ‌şəhidi‌nin ailəsi‌ ‌ziyarət‌ ‌olunub‌ 26 Oktyabr 2021, 15:50