18Oktyabr | Ana Səhifə - Yazılar - Bəs neyləyim, neyləyim?
Bəs neyləyim, neyləyim?

Qabil



Kəndimizdə qəşəng qız

Birdir, ikidir məgər?

Onları gecə-gündüz

Dəng eləyir elçilər.

 

Eləsi yoxdur ancaq

Bəyəndiyimdən gözəl.

Gözəl qız çoxdur, ancaq,

Gözaltımdır ən gözəl.

 

Heyranam göz-qaşına,

Alışıram, yanıram.

Evlərinin başına

Hər axşam dolanıram.

 

Qarşıma çıxmayanda

Könlümü bürüyür qəm.

Üz-üzə gələn anda

Özümü itirirəm.

 

Şeytan-şeytan gülərək

O keçir aram-aram.

Yəqin deyir: mənimtək

Varmı utancaq adam?

 

Üəyimdən keçəni

Necə açım söyləyim?

Başa salın bir məni

Bəs neyləyim, neyləyim?

 

1958

 

***

 

O qız məndən uzaqdır

 

Onda ki, deyirdim sənsiz soluram

Susuz, bağibansız bağça-bağ kimi.

Kimsəsiz oluram, qərib oluram

Obaları köçmüş bir yaylaq kimi.

Sən məni duymurdun zərrə qədər də,

Qəlbim əriyirdi qəmdə-kədərdə.

 

Arzumun zirvəsi səni sanırdım,

Yoxdu taleyimdən özgə istəyim.

“Xoşbəxtlik” deyəndə səni anırdım;

Gülərmi – deyirdim – sənsiz ürəyim?

Əfsus, iztirabım sənə yad idi,

Möhnətim, əzabım sənə yad idi.

 

Keçdi o zamandan on il, on bir il,

Saç qara qalsa da, mən yaşa doldum.

Çıxdın xatirimdən, bu gizli deyil.

Həyatda həm qəmgin, həm də şad oldum.

Çatdım neçə-neçə arzu-kama mən,

Əlçatmaz zirvətək qaldın fəqət sən.

 

Budur, görüşürük səninlə yenə,

Can alan nazından qalmamış əsər.

Nə qədər mehriban olmusan mənə,

Yadından çıxıbmı o işgəncələr?

Mən həmin adamam, həmin, əzizim!

Səni eyləyirəm əmin, əzizim!

 

Ruhumu oxşamır, açıq deyim qoy,

Peşman baxışların, gecikmiş nazın.

Camaat dağılıb, qurtarıbdır toy,

Nə mənası vardır qavalın-sazın!

Yox, yox, tənə deyil söylədiklərim,

İnan ki, alışır, yanır ciyərim.

 

Əlim saçlarında gəzsə də bəzən,

Köhnə xatirəylə o gəzir ancaq.

Oduna yandığım deyilsən ki, sən

O qız yenə məndən uzaqdır, uzaq.

Uzaq zirvələrdə qalan qar kimi,

Uzaqdır əlçatmaz ulduzlar kimi.

 

1958

 

 

Deputat Parlamentlərarası İttifaqa müraciət etdi: “Bəzi dövlətlərin əməlləri BMT-nin Nizamnaməsinə ziddir” 16 Oktyabr 2019, 15:58 Təbiətə ziyan vuranlar CƏRİMƏLƏNDİ  16 Oktyabr 2019, 15:44 Nazirlik Dövlət Nəzarət Təhükəsizlik Departamentini Baş Prokurorluğa ŞİKAYƏT ETDİ 16 Oktyabr 2019, 15:41 183 min tondan çox pambıq təhvil verilib 16 Oktyabr 2019, 15:30 820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir 16 Oktyabr 2019, 15:16 9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib 16 Oktyabr 2019, 15:14 MİDA 570 mənzili 1 dəqiqədə satdı 16 Oktyabr 2019, 15:11 Azərbaycanın dollardan imtina etməsi mümkün deyil - RƏY 16 Oktyabr 2019, 15:05 Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ 16 Oktyabr 2019, 15:05 Nazir müavini səfirə orden təqdim etdi - FOTO 16 Oktyabr 2019, 14:58 Ərdoğan iclasda Qarabağı misal gətirdi 16 Oktyabr 2019, 14:40 İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB 16 Oktyabr 2019, 14:40 Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI 16 Oktyabr 2019, 14:39 “Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov 16 Oktyabr 2019, 14:22 Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması BAŞA ÇATDI 16 Oktyabr 2019, 14:19 Nazirlikdən XƏBƏRDARLIQ: “Balıqları məhv edənlər bilsin və qorxsun” 16 Oktyabr 2019, 14:15 Naftalanda piyada vuruldu – qaçan sürücü saxlanıldı 16 Oktyabr 2019, 14:14 “İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ 16 Oktyabr 2019, 14:11 Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO 16 Oktyabr 2019, 13:58 Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ 16 Oktyabr 2019, 13:44 160 milyona yaxın qardaşlıq ailəsi 16 Oktyabr 2019, 13:32 Mehmetçikdən türk idmançılarına mesaj var - VİDEO 16 Oktyabr 2019, 13:32 Fuad Qəhrəmanlıya cinayət işi açıldı 16 Oktyabr 2019, 13:23 “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin XATİRƏLƏRİ 16 Oktyabr 2019, 13:19 Sabahın HAVASI: 29 dərəcə isti olacaq 16 Oktyabr 2019, 13:16 Zakir Həsənov: "NATO ölkəmizin ərazi bütövlüyünə siyasi dəstək verir" 16 Oktyabr 2019, 13:08 ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı müzakirə olundu 16 Oktyabr 2019, 13:00 9 ayda Azərbaycana 40 minə yaxın avtomobil gətirilib 16 Oktyabr 2019, 12:54 Prokuror Elinanın direktoruna cəza istədi 16 Oktyabr 2019, 12:31 Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır 16 Oktyabr 2019, 12:23 Türk ordusu Suriyada 637 terrorçu zərərsizləşdirilib 16 Oktyabr 2019, 12:18 Tanınmış azərbaycanlı iş adamı avtomobil qəzasında öldü 16 Oktyabr 2019, 12:18 Jurnalistikada Azərbaycan və Türkiyə əməkdaşlığı müzakirə olundu - VİDEO 16 Oktyabr 2019, 12:08 İcra Hakimiyyətində yeni TƏYİNATLAR 16 Oktyabr 2019, 12:07 Deputat: “Prezident daha bir mesaj verdi” 16 Oktyabr 2019, 12:00