21Oktyabr | Ana Səhifə - Yazılar - Arif Rəhimzadə və digər rəsmi şəxslər
Arif Rəhimzadə və digər rəsmi şəxslər

Mahir Qabiloğlu

 

Keçən il, parlament seçkiləri qabağı qəribə bir kampaniya başladı mətbuatda. Deputatlardan biri “sapı özündən olan baltalıq” edərək rektorların deputat seçilməyinin əleyhinə çıxdı.  O boyda vəzifəli, deputat-məmurlar qala-qala alimlərimizə, müəllim və həkimlərimizə ilişdi. Mən də əsəbiləşib “ŞƏXSİYYƏT Əhliman Əmiraslanov” adlı  məqalə yazdım. Seçkilər başa çatdı. Baxdım ki, o hayqıran deputat “qutudan çıxmayıb”. Əleyhinə danışdıqları rektorlar isə yenidən deputat seçilib. Bircə “rektor” sözü qabaqlarından silinib. Alimliklərini, müəllimliklərini, həkimliklərini, ziyalılıqlarını isə heç kim əllərindən almayıb. Yenə həmin, əvvəlkindən də artıq şan-şöhrətlərindədirlər.

İndi də oxuyuram ki, 1991-ci ildə 31 deputat – bəziləri sağdır, bəziləri rəhmətə gedib – "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyiтшт Bərpası haqqında” Konstitusiya Aktına səs verməyib. Ümumilikdə isə belə deputatların sayı 102 nəfər olub.  Düzü inanmadım bu xəbərə. Şübhələndim ki, yəqin yenə nəyisə təhrif ediblər. Bir də bu informasiyanın indi, məhz o tarixdən 25 il sonra yayılması səbəbi də məni maraqlandırdı.  Axı bu bayramın yubiley tarixləri çox olub. Silsilə yazılarımı davam etdirimmi? “ŞƏXSİYYƏT Arif Rəhimzadə”, “ŞƏXSİYYƏT Zeynəb Xanlarova”... Yox. Yazmaqla bitməyəcək. Çünki o təlatümlü  Ali Sovetin iclaslarında şəxsiyyətlər çox idi. İstər səs verən, istərsə də səs verməyənlər arasında. Mən onların hamısını tanımırdım. Sonrakı tarix bəzilərini üzə çıxardı. Bəziləri qaymaq oldu, bəziləri ayran. Sonradan “nehrə” bir də çalxalandı. Ayrana qatılanlar da oldu, qaymağı üzə çıxanlar da... Bu bizim yeni tariximiz idi.
Bəlkə də xəbər ötürənlər 1991-ci ilin martın 7-i ilə oktyabrın 21-də olan səsverməni bilərəkdən səhv salaraq mətbuatı yalana sürükləyiblər? Ya da ki, elə mətbuatın özündə şok xəbər kasadçılığı hökm sürür. Belə olmasaydı 5 il qabaq bir qəzetdə çap olunan informasiyanı yanlış başlıqla dövriyyəyə buraxmazdılar.  

HAŞİYƏ: “Bir qayda olaraq mediada “istiqlalçı deputatlar” kimi 43 nəfər adamın adı hallanır. Son günlər mətbuatda da yazılan yazılarda məhz 43 deputatın adı hallandı. Azərbaycan xalqının müstəqillik istəyinə 1991-ci ildə parlamentdə məhz həmin 43 nəfər səs verdiyi qeyd olundu.

Ancaq qeyd etmək lazımdır ki, adları xatırladılan 43 nəfər millət vəkili dedikdə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktına qol çəkmiş insanlar deyil, ondan 7 ay əvvəl 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanəın müstəqil olmasına səs verən insanlar nəzərdə tutulur. Həmin vaxt Ali Sovetdə keçirilən səsvermədə 350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

"Aşağıdakı siyahıda isə həmin vaxt SSRİ-nin saxlanılmasına və faktiki olaraq Azərbaycanın istiqlaliyyətinə qarşı çıxan deputatlardan bəzilərinin adlarını qeyd edirik:

1.Arif Rəhimzadə - Deputat, Milli Məclisdə komissiya sədri 
2. Yaşar Əliyev - Azərbaycanın BMT-dəki nümayəndəsi 
3. Abbas Abbasov - Baş nazirin sabiq birinci müavini 
4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti 
5. Samur Novruzov – sabiq nazir, vəfat edib.............

Cəmi: 31 nəfər.  Müəllif – KƏNAN “Yeni Müsavat” 19 oktyabr 2011-ci il. (SON)

 

Səhv etmirəmsə “26-lar” filmindədir bu kadrlar. Çar əsgəri görür kü, bolşeviklər hücuma keçir. Deyəsən qalib gəlmək üzrədirlər. Tez paqonunu cırıb yerə atır. Bolşeviklər urrayla gəlib səngəri keçirlər o yana. Bir az keçir. Çar ordusundan könüllü imtina etmiş bu əsgər görür ki,  yox, ağ qvardiyanın arxa cəbhədə pusquya yatmış əsgərləri qırmızıları sıxışdıra-sıxışdıra geri qaçmağa məcbur edirlər. Tez paqonlarını yerdən götürüb qoyur çiyninə. Təxminən belə bir dövr idi. İndi deyəcəksiniz ki, Mahir, buna şəxsiyyət yox, şəxsiyyətsizlik deyərlər. Bu günlərdə mətbuatda gedən məlumata əsaslansaq düz deyirsiniz. Çünki martın 7-sində Ali Sovetdə baş verən bir səsvermə,  bilərəkdən və ya da bilməyərəkdən oktyabrın 18-i tarixdə verilib. Həm də səhv formulirovka olunub. Məsələn:

1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,

2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri,

3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,

4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov – sabiq nazir, vəfat edib

6. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü

və digərləri. Səhv bu şəxslərin qarşısında o vaxtkı yox, bugünkü tutduqları mövqelərinin verilməsidir.  Gəlin bu şəxslərə mənim baxış prizmamdan nəzər yetirək.

Kim idi Arif Rəhimzadə o vaxt?  Tanımırdım. Bəs nə vaxt  tanıdım? 1993-cü ildə. “Papaq altında yatan oğlanlar” bölümündə bu barədə qısa danışacağam. Suala cavabı bilmədiyim üçün Vikipediyanı açıram. 1987-89-cu illlərdə Qubanın raykom katibi. İndiki dildə desək, icra başçısı. 1989-cu ildən isə Mərkəzi Komitədə şöbə müdiri. İndiki dildə desək, Prezident Administrasiyasında şöbə müdiri. Həm də deputat, komitə sədri.

Kim idi Samur Novruzov o vaxt? Zam zavotdel SK. İndiki dildə desək, Prezident Adminstrasiyasında şöbə müdirinin müavini.

Kim idi Abbas Abbasov o vaxt? Abşeronun raykom katibi. Yəni ki, İcra Hakimiyyətinin  başçısı.

Kim idi Əhməd Əhmədzadə o vaxt? Şəkinin raykom katibi – İcra Hakimiyyətinin başçısı.

Kim idi Həsən Həsənov o vaxt?  Nazirlər Sovetinin sədri.

Bəs ümumilikdə götürəndə Ali Sovet kimlərdən ibarət idi? O vaxtlar Ali Sovetə bütün rayonların raykom katibləri, prokurorları, Mərkəzi Komitənin yüksək vəzifə tutan şəxsləri deputat seçilirdilər. Sosialist Əməyi Qəhrəmanı olan əməkçilər, fəhlə və kəndlilər, ahıl yaşlı xalq yazıçısı və xalq şairləri, bəzi yaradıcı təşkilatların rəhbərləri də bu əvvəlcədən təyin olunmuş siyahıda idi. 1990-cı il çağırışında bir yenilik tətbiq olundu ki, o da tərkibə demokratik qüvvələrdən olan şəxslərin salınması idi. Səhv etmirəmsə 43 nəfər idi.


Özü də adları bu gün səhvən hallandırılan bu 31 deputat (254 nəfərdən yalnız onların adı qabardılıb) Müstəqillik Aktının əleyhinə yox..,

 

HAŞİYƏ: Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

“Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələləri üzrə SSRİ referendumunun təşkili və keçirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər haqqında” SSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. Müəyyən edilsin ki, “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçiriləcək SSRİ referendumunun mərkəzi respublika komissiyasının səlahiyyətini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirir.

2. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına tövsiyə olunsun ki, SSRİ referendumunda səsvermənin keçirilməsi üçün Azərbaycan Respublikasında rayonların, rayon bölgüsü olmayan respublika tabeli və vilayət (DQMV) tabeli şəhərlərin sərhədləri hüdudunda dairələr təşkil etsin.

3. Müəyyən edilsin ki, SSRİ referendumunun dairə komissiyalarının səlahiyyətlərini Azərbaycan   Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə ötən seçki kampaniyası dövründə beş il müddətinə təşkil olunmuş rayon və şəhər seçki komissiyaları həyata keçirirlər.

4. Azərbaycan Respublikası xalq deputatları Sovetləri və onların rəyasət heyətləri “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununa uyğun olaraq ən geci 1991-ci il martın 10-dək SSRİ referendumu məntəqələrinin yaradılmasını və məntəqə  komissiyalarının  təşkilini  təmin  etsinlər.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E.  QAFAROVA.

 

Bakı şəhəri, 7 mart  1991-ci il.

№ 88—XII.

(SON)

 

... Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında

Azərbaycan  Ali Sovetinin Qərarının lehinə səs veriblər. Bununla da bugünkü mətbuatın “qəhrəman”larına çevriliblər. Referendumun keçirilməsi vaxtını təyin etmək, “ay xalq, SSRİ-nin saxlanmasını istəyirsən, ya yox?” sualını səsverməyə çıxarmaq günah, qəbahət, cinayətdirmi? Xalq o vaxt o suala niyə müsbət cavab verdi, yaxud da ki,  referendum  saxtakarlıqla müşaiyət olundu – bu başqa bir mövzunun söhbətidir.

 

PAPAQ ALTINDA YATAN OĞLANLAR

 

31 nəfərlik siyahıya baxıram. Bu təhrif olunmuş siyahıda Arif Rəhimzadə, Yaşar Əliyev, Zeynəb Xanlarovanın adlarını bəh-bəhlə çəkib müzakirəyə çıxaranlara baxıb lap xəcalət çəkirəm. Bilirsinizmi kimlərə lağ edirsiniz? Onlar o şəxslərdir ki, Azərbaycanın müstəqilliyinin təhlükə altında olmasını görüb sinələrini irəli vermişdilər. Heydər Əliyevin adının çəkilməsi belə qorxulu olan bir dövrdə, ali tribunada “Heydər Əliyev” demişdilər. Onlar deyən də həyata keçdi. Mübarizə aparıb, nail oldular. Bu cür uzaqgörən siyasətçilərin bu gün də siyasət meydanında olmalarını alqışlayıram. İndi də deputatdırlar. Yaşar Əliyev isə eks-səfir. Ən əsası isə mənim üçün əqidələrinə sadiq insanlardır.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22 Tanınmış müğənni Türkiyəyə köçdü 13 Oktyabr 2019, 17:07 Metroda tapdığı pulu polisin köməyi ilə sahibinə qaytardı   13 Oktyabr 2019, 16:50 Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək   13 Oktyabr 2019, 16:30 Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır 13 Oktyabr 2019, 16:09 Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi - FOTO 13 Oktyabr 2019, 16:00 Ərdoğan sabah Azərbaycana gəlir   13 Oktyabr 2019, 15:50 İsa Qəmbərlə namizədlər arasında mübahisə yaranıb   13 Oktyabr 2019, 15:00 Ronaldunun adı stadiona veriləcək 13 Oktyabr 2019, 14:45 Nyu York qatarında sürpriz evlilik təklifi-VİDEO 13 Oktyabr 2019, 14:31 Qənirə Paşayeva gənclərə çağırış etdi VİDEO 13 Oktyabr 2019, 14:16 "Liderlik Məktəbi"nin açılış mərasimi keçirilib 13 Oktyabr 2019, 14:00 Bu ölkələr Türkiyəyə silah satışını dayandırdı - SİYAHI 13 Oktyabr 2019, 13:45 Prezident ailəsinin istirahət FOTOLARI   13 Oktyabr 2019, 13:30