23 May 2016, 14:49 | Ana Səhifə - Yazılar - Əllərə baxın
Əllərə baxın

Belə-belə işlər…

Əllər cürbəcürdür – təmiz, natəmiz, uzun, gödək, dolu, boş…

Təmiz əllər qabarlı olur. Yarıqlarına arabir mazut, torpaq da dolur. Onlar güclüdür, möhkəmdir, amma… heç yerə çatmır. Nə böyüklərin ətəyindən tuta bilir, nə də restoranların qapısını açır.

Natəmiz əllər ağappaq, yumşaq, ətirli, pulludur. Bu əllər alır, verir, qol çəkir, böyük-böyük adamların əllərini sıxır. Bu əllər təmiz əllərdən sonuncu tikəni oğurlayır. Bu əllər Vətəni, milləti, torpağı, bircə imza ilə satır.

Uzun əllər onun-bunun süfrəsinə, cibinə, ölkəsinə uzanır. Bu əllər hökmlü, güclü dövlətlərin bədənində olur. Bu əllər hələ də bizim boğazımızdan, yaxamızdan yapışıb, buraxmır ki, buraxmır.

Titrəyən əllər yaltaqların, qorxaqların, üzüqaralarındır. Böyüklərin qarşısında bellərini ikiqat əyənlərin əlləri payız yarpağı kimi əsir. Bir də… xəsislərin belə əlləri var. Bircə manat pulu çıxanda, canını ondan əvvəl tapşırır…

Dolu əllər rüşvətxorlarınkı, oğrularınkıdı. Onlardan  pul, pay-püşk əskik olmur. Dolu əllər təmiz əllərin qənimidi. Dolu əlləri təmiz əllər doldurur.

Boş əllər… hə, bax bunlar yaman çoxdur. Qabarlı  əllərdən tutmuş, təmiz əllərə kimi hamısı boşdur. Natəmiz əllərdən üzülən bu əllər başı öz arasına alıb gecə-gündüz xiffət eləyir. İşləməkdən, qurmaqdan, qəpik saymaqdan qabar bağlayıb. Natəmiz, uzun, titrəyən, dolu əllər bu əllərin hesabına yaşayır və həm də bu əllərdən qorxurlar.

Qorxurlar ki, günlərin birində boş əllər o biri əllərin arxasını yerə qoyub, yapışalar onların sahiblərinin boğazından və deyərlər «Zilli sultan, bura say, döyüb aldıqlarını…»

Boş əldə çox şey görünə bilər. Məsələn, kəndir, silah, çomaq, daş. Və başqa əllərin heç biri bu əllərin zərbəsindən bir də natəmiz olmaz, uzana bilməz, dolmaz, titrəməz.

Çünki bu əllər xalqın əksəriyyətinin əlləridir. Bu əllər kişi əlləridir!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda yoluxma 1000-yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24 Əhaliyə göstərilən tibbi xidmətlərin STATİSTİKASI 4 Avqust 2021, 16:22