23 Noyabr 2016, 12:42 | Ana Səhifə - Yazılar - “... Sevgiyə, sevdaya vətəndir könlüm”
“... Sevgiyə, sevdaya vətəndir könlüm”

Akif Cabbarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Gəray Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir- nasir şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd bir insan, vətəndaş idi Gəray müəllim. Mən Gəray müəllimi sıradan bir şair, söz adamı kimi tanımırdım. Onun bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat yoldaşı idi. Yaxşı yadımdadır, Qəbələ rayonunun Hacıallı kənd orta məktəbində oxuyurdum. Bir gün səs yayıldı ki, məktəbə Bakıdan şairlər qonaq gəlir. Həyəcanla gözlədik. Fasilə vaxtını Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişi hesabına direktorumuz bir saata qədər uzatdı. Amma Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması poeziya məclisinə qəribə , kədərli və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin müharibə illərində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızılgülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...

O, çox qısa danışdı, bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlıardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında “Azərbaycan gəncləri” qəzetində “uğurlu yol” yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.

Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalistikaya meylim ilə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Günü bu gün də Gəray müəllimin,  mühəndis və jurnalist kimi yaxşı tanınan əmim Ələsgər müəllimin tövsiyə və məsləhətləri karıma gəlir – istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost  - yoldaş arasındakı münasibətlərdə. Gəray müəllim 1925-ci ilin noyabrında Dağıstanın Rutul rayonunda dünyaya gəlmişdi. 1995-ci ilin soyuq noyabr günlərinin birində isə Bakıda əzizlərindən və dostlarından əbədi olaraq ayrıldı. 70 illik ömründə Gəray müəllim çox məshuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürmüşdür. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda müalicə almışdır. Ordudan tərxis olunduqdan sonra Pedeqoji İnistitutda təhsil almışdır. 1953 – 1957 – ci illərdə Qax rayonunda müəllimlik etmişdir. 1957 – ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdır. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim “Ölkəm”, “Mənim səsim”, “Təzə ünvan”, “İldirımlı dağlar”, “Kəhrəba işığında”, “Səadətin ünvanı”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı”, “Xatirəli dünyam”, və s. kitabları ilə oxucuların görüşünə gəlmişdir. “Portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazan Gəray müəllim 1991-ci ildə  “Hikmət” , 1992-ci ildə “Axtarış”, 1993-cü ildə isə “Kəndin səsi”qəzetlərinə redaktorluq etmişdir.

1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri hasqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdirlər. Gəray Fəzlinin şair və yazıçı dostları arasında Qabilin, Əliağa Kürçaylının, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray müəllim hörmətli şairin xatirinə öz oğluna Qabilin adını vermişdi. Nəriman Həsənzadə dostunun şərəfinə “itirilmiş səs” poemasını yazmışdı.

 Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən oxuya bilməsə də onun sözlərinə yazılmış mahnılarını Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar oxudular. Azərbaycan Televiziyası və Radiosunun fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir. Təbbi ki, bu qədirbilənliyə görə kollektivin rəhbərliyinə və əməkdaşlarına alqışlar düşür.

Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib, sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehinində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedoqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılsın. Bu rayonun sakinləri bilsinlər ki, vaxtı ilə bu torpağın üstündə addımlayan, çörəyindən-suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.

Sonda Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları oxucuların diqqətinə çatdırmaq istərdim...

 

                              Özüm də sirrini bilmirəm nədir-

                              Bir dərya etibar bir ümman səbir-

                              Elə bil tək mənim ürəyimdədir...

                              Səmadır, səhradır, çəməndir könlüm,

                              Sevgiyə, sevdaya vətəndir könlüm.

   ***

                              Ona Füzalidən ariflik qalıb,

                              Leylinin eşqindən zəriflik qalıb,

                              Hələ çəkilməyən neçə yük qalıb...

                              Demirəm hər yükü çəkəndir könlüm,

                              Yalnız el yükünə vətəndir könlüm

                                                    ***

                             Yadlar məclisində görünən deyil,

                             Özgə qapısında sürünən deyil,

                             Naxələf kürkünə bürünən deyil...

                             Alçalsa özünə kəfəndir könlüm,

                             Əzmə, dəyanətə vətəndir könlüm.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ucarda zəncirvari yol qəzası - xəsarət alan var 21 İyun 2021, 20:58 Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI 21 İyun 2021, 20:43 ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar 21 İyun 2021, 20:33 “Hər dəqiqə ərzində 250 yoluxma, 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?