2 Dekabr 2016, 10:34 | Ana Səhifə - Yazılar - İnsan faktoru
İnsan faktoru

Mansur Piriyev


Həyatımızın bütün sahələrinə istiqamət verən bir çox fəaliyyət növləri var ki, burada gözləntiləri boşa çıxaracaq və ya xəyalları kercəkləşdirəcək çox zaman diqqətdən kənarda qalan bir amil var - İnsan faktoru.

Bəli, insan faktoru çox vacib amildir.  Hələ günümüzdə…

Yaşdığımız bazar iqtisadiyyatı şəraitində insna, insan faktoruna  ənənəvi mahiyyətindən fərqli olan yanaşma tərzi formalaşmaqdadır. İndi insanları qiymətləndirərkən əsasən onun bilik, bacarıqları, xarici görünüşü, informativlik qabiliyyəti, xarici dil, kompüter bilikləri hətta fiziki imkanları daha çox diqqətə alınır. Təbii ki, sadalanan göstəricilər insanın imkanlarını genişləndirir və məhsuldarlığının artırması üçün şərait yaradır.

Ancaq söhbət insan mahiyyətindən gedəndə sadalanan amillərin təsir qüvvəsi  nisbətən azalır və arxa plana keçir, daha doğrusu keçməlidir…

Sual oluna bilər  nə üçün ?

Son  yüz ildə cəmiyyətin bütün sahələrində baş verən inkişafın əsas səbəbi  insan şürunda, bəlkə də intibah dövrü ilə müqayisədə  daha sürətli baş vermiş şüur sıçrayışı ilə bağlıdır. Bu inkişaf  qısa zamanda bəşəriyyət tarixində  misili görünməmiş dəyişikliklərə gətirib çıxardı. Əsrlərin, minilliklərin təcrübəsini silərək,  ictimai mühitdə, idarəetmədə yeni münasibətlər meydana çıxdı. Bu o qədər sürətli baş verdi ki, insanlar bəzən bunun fərqində belə olmadılar.

Elmi-texniki inkişafın həyatın bütün sahələrində tətbiqi yaşam tərzimizi, məişətimizi, düşüncə və hadisələrə yanaşma tərzimizi  kökündən dəyişdirdi.

Bəs bu dəyişiklik cəmiyyət həyatında insan faktoruna necə təsir etdi?

Hal-hazırda insan faktoru şüur və hisslərlə hansı mütənasibdədir, yaxud şürumuzun inkişafı hislərimizin idarə olunmasında bizə üstünlüklər qazandırdımı ?

Bu konteksdə tarixə nəzər salsaq, insan faktorunun, şəxsiyyət amilinin tarixi hadisələrdə həmişə həlledici rol  oynadığını və bu zaman  insan faktorunun şüurdan daha çox hisslərlə bağlı olduğunu görərik.

Gözlənilənin əksinə hərəkət etmək, hamıya qarşı çıxmaq, iradənin diqtəsi ilə hərəkət etmək, məntiqsiz olanı seçmək, bilinməyən bir asılılıq və ya məcbur olduğunu düşünərək hərəkət etmək, qərar vermək əslində hisslərimizin bizi idarə etməsindən başqa bir şey deyil.

İnsanın əsl mahiyyəti də məhz bu kimi stuatsiyalarda üzə çıxır və həlledici rol oynayır.

Elə günümüzdə də, gözləninlənin əksinə hərəkət edib, hər kəsi təəccübləndirmiş, ictiamiyyətin hər zaman hörmətlə yanaşdığı nə qədər ziyalı-yazıçı, alim və siyasətçilər var.

Hətta bir az da irəli gedib söyləmək olar ki, məhz tarixi şəxsiyyətlərin olduğu əsrlər daha çlox tarix kitablarına yazılmış və bu gün tarix dərsliklərində daha çox həmin dövr  yer alır. Məsələn Azərbaycan tarixində dahi Nizami Gəncəvi ilə bağlı  XII, Şah İsmayıl Xətai ilə bağlı XVI əsrin xüsusi yer tutur.  Yaxud dünya tarixində hər dönəmi tədqiq olunan intibah dövrü məhs şəxsiyyətlərlə bağlı olmuşdur.

Həm də ona görə ki, cəmiyyət həyatını dəyişən tarixi hadisələr konkret şəxsiyyətlərlə bağlıdır və bu qərarlar çox zaman şəxsi iradə və hisslərə söykənib.

Deməli, insan  faktoru tarixin bütün dövrlərində daha çox hisslər, şəxsi iradə ilə bağlı olmuş və hər zaman həlledici rol oynamışdır.

Şüur nə qədər inkişaf etsə də, hisslər insanın özünü və cəmiyyəti idarə etməsində ilk günkü mahiyyətini qoruyub saxlamaqdadır. İnsanın şüurunun əsas mahiyyəti  isə onun genetik tərkibi ilə bağlıdır.

 

İnsan faktoruna günümüz reallığından baxaq:

Əvəlki dövürlərdən fərqli olaraq, indi baş verən qəzalar, ölüm halları daha çox  təbii fəlakətlərlə yox, insan faktoru ilə bağlıdır.

İndi internetdə, sosial şəbəkələrdə bir video və ya fikir paylaşmaqla ictimi rəyi dəyişmək mümkündür. Və nəzərə alsaq ki, dəyişən dünyamızda ictimai rəy cəmiyyətin alt şüurudur və cəmiyyəti gizli şəkildə idarə edir, deməli insan faktorunun indiki şəraitdə öyrənilməsinin nə qədər vacib olduğu aydın olur.

Ona görə də, bütün sahələr üzrə insan faktorunun öyrənilməsi və idarəetmə sistemlərinin  bu amilə uyğunlaşdırılması vacibdir.

Nəzəri biliklərdən uzaqlaşmaq üçün, gündəlik həyatımızda, məişətdə hamımızı maraqlandıran  insan faktorunun meydana çıxardığı bir çox problemlərə diqqət yetirək:

Avtomobil idarə edən şəxs telefonla danışır, qəza törədir və nəticədə bir insanın həytına son qoyur.

Ərzaq istehsal edən müəssisə kefiyyətsiz məhsul istehsal edir və insanlar xəstələnir.

Meyvə -tərəvəz əkən kəndli  məhsulu artırmaq üçün zərərli kübrədən istifadə edir, nəticədə tanımadığı onlarla insanı zəhərləyir və ya öldürür. v.s.

Bu missallar  insanların təbii və dəyişməyən  xüsusiyyətlərinin nələrdən ibarət  olduğu göstərməklə yanaşı insan faktorunun  araşdırılmasının aktuallığını göstərir.  

Hazırda, dünyanın bir sıra ölkələrində bu istiqamətdə müəyyyən nəzəri və praktiki işlər həyata keçirilməkdədir.

Məsələn  telefon ekranlarını istehsal edən şirkət insanın təbii olaraq  göz hərəkəti trayektoriyasını nəzərə alıb məhsulun kefiyyətini və alıcılıq qabiliyyətini artırır.

İnsan faktorunun öyrənilməsi və praktik tətbiq olunması günümüzdə daha çox problemlərin yaşandığı ictimai iayişə, ictimai nəqliyyat və müxtəlif xidmət sahələrində irəlləyişə gətirib çıxarar. Ictimai münasibətlərin idarə olunmasına və ya tənzimlənməsinə şərit yaradar.

İnsan faktorunun öyrənilməsində qabaqcıl ölkələrin təcrübəsinə diqət yetirsək,  bu sahədə mənfi tendesiyaların  mövcud olduğunu da görərik.

Bəzən iri şirkətlər daha çox gəlir əldə etmək və müştəriləri daimi asılı vəziyytdə saxlamaq üçün müəyyən istiqamət üzrə insan faktorunun öyrənilməsi üçün tədqiqatlar aparır və kefiyyətdən asılı olmayan asılılıq yarada bilirlər.

Məsələn, insanların getdikcə daha çox alüdə  olduğu, hətta asılı vəziyyətə düşdüyü   kompüter texnologiyaları sahəsində ən müasir əyləncə proqramları hazırlanarkən insan faktoru  öyrənilir. Bu proqramlarda insanların təbii təlabat və maraqları, zövqləri, psixoloji keyfiyyətləri öyrənilərək, onların idarə olunması, asılılığı hədəflənir. Bu sahədəki  “inkişaf” isə getdikcə insanı gerçək, real həyatdan uzaqlaşdırmağa gətirib çıxarır. Xüsusən uşaqların, yeniyetmə və gənclərin bu proqramlar tərəfindən asılı hala  salındığının şahidi oluruq. Bu cür asılılıq isə zamanla insanlarda hisslərin, emossiyaların ölməsinə, ətraf mühütlə əlaqənin kəsilməsinə və özünə qapanmaya gətirib çıxarır.  Əlbəttə cəmiyyətlə bağlarını qoparmış, özünə qapanmış birisi artıq insan faktorunu yarada bilməz.

Paradoks ordadır ki, insanı real həyatdan uzaqlaşdıran onu aldadan elə onun inkişaf etmiş şürüdur. Hisslərdən, emossiyaladan arınmış praqmatik şüuru…

 

 

Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?