16Dekabr | Ana Səhifə - Yazılar - Üz qarası!
Üz qarası!

Məhsəti Şərif


Mən neftçi deyilem! Neft buruqlarında işləməyin texniki qaydalarında bilmirəm. Amma bildiyim tək bir şey var. Qarda, çovğunda təhlükəsizlik tədbirləri almadan işçiləri o buruqlara çıxarmaq olmaz. Hətta qış, qar olmasa belə, Xəzərin küləyi, dəliliyi bəllidir. Azərbaycan neftçiləri nəyin qurbanı olur: məsuliyyətsizliyin, yoxsa qasırğanın? Qasırğaya dayanı1sız estakadaların uçması sualın cavabıdır.

Neftdən qazanılan milyonlarla pula estakadanı dəyişmək olardımı? Olardı! Niyə dəyişmirlər? Çünkü maraqlı deyillər! Çünkü ölən can onlardan deyil! Bir il əvvəl bu vaxtlarda Xəzərə qurban vermədikmi neftçiləri? Niyə dərs olmadı? Estakada niyə uçmaldır? Sizin səfasını sürdüyünüz neftin cəfasını çəkən fəhlə-neftçilərin bədənləri niyə buz kimi dənizdə donmalıdır? Siz də heç üzünüz qaralmadan çıxıb açıqlama verirsiniz? Açıqlamanızda bir tutarlı dəlil görmədim. Qara qızılın gəlirini bankınıza siz axıdın, ağ kəfənə fəhlələr girsin? Ədalətiniz nə qədər kiçilmiş…

Ramiz Rövşənin bir şerindəydi. Deyir ki, “Qara neftin qurtaranda ağ günə çıxacaqsan...”.  Neftin qarası üzünə çıxmış fəhlələrin hayatı bu qədər ucuzdu? Evinizin, ofisinizin, itinizin, pişiyinizin yuvasına xərclədiyiniz o pullardan bir az da estakadaların möhkəmləndirilməsinə xərcləsəydiniz, bu il neftçilərin ailəsinə qara gəlməzdi. Bundan sonra nə olacaq?


Bir neçə gün axtarışdan sonra neftçilərin cansız bədənləri Xəzərin müxtəlif yerlərindən çıxacaq. Başımız sağ olsun deyib, üç gün sonra hayatımıza davam edəcəyik. Açıqlama veriləcək ki, araşdırma aparılır. Əslində cavabdeh şəxslər bəlliykən, dəxli olmayan onuncu şəxs cəzalanacaq...
Sonra yeni il şənlikləri şousu və milli parkda atəşfaşanlıq. Sosial şəbəkələrdə ədalət deyə, bağıran insanların yeni il atributlarl ilə şəkilləri... Vəssalam.


Bir il sonra yenə xatırlayacağıq. Yeni faciələrdə işi statistikaya tökəcəyik. Bu qədər bəsitləşmiş proses…
Ramiz Rövşən nə qədər dogru deyib...

Üstündə neft ləkəsi, kim yuyacaq ləkəni?
Milyonçular ölkəsi, dilənçilər Vətəni…

İndi üzərinizə hopmuş neftçilərin qan ləkəsiylə yaşayın! Amma bir il sonra yenidən eyni faciəni yaşamamaq üçün düşünün...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bəzən uşaqlarda qurd xəstəliyinin kökünü kəsmək olmur - Baş pediatrdan XƏBƏRDARLIQ 22 Avqust 2019, 13:35 BMT-nin Baş katibi müraciət yaydı 22 Avqust 2019, 13:34 Şagird yerdəyişməsi necə həyata keçirilir? - Valideynlərin suallarına CAVABLAR 22 Avqust 2019, 13:27 10 Azərbaycan şəhərinə erməni mer seçiləcək 22 Avqust 2019, 13:21 Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çatlar əmələ gəlib - ŞƏRH 22 Avqust 2019, 13:08 Sabah Bakıda 38 dərəci isti olacaq 22 Avqust 2019, 12:52 Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - Atakişiyevlər ailəsindən REPORTAJ 22 Avqust 2019, 12:49 İran öz istehsalı olan raket sistemini təqdim etdi 22 Avqust 2019, 12:44 Ermənilər BMT-də Azərbaycana qarşı təxribata əl atdılar - FOTOFAKT 22 Avqust 2019, 12:28 BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı! 22 Avqust 2019, 12:14 Ermənistanda hindistanlı terrorçular saxlanıldı 22 Avqust 2019, 12:10 Rusiya “Fyodor”u kosmosa göndərdi - FOTO 22 Avqust 2019, 12:02 Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47