27 May 2016, 16:02 | Ana Səhifə - Yazılar - Professor Qurban Bayramova TƏBRİK
Professor Qurban Bayramova TƏBRİK

Əvvəllər məktəb və ya tələbə yoldaşlarım məni görəndə belə bir söz işlədirdilər: “Mahir, hər dəfə atanı televizorda göstərəndə sən yadımıza düşürsən. Evdəkilərə deyirik ki, bax, mən bu kişinin oğluyla oxumuşam”.

Aylar keçdi, İl dolandı. Artıq atam həyatda deyildi. Görəsən yadda qalmışdımmı? Ara-sıra atamı tanıyanlarla küçədə rastlaşırdım. Birinci cümlələri belə olurdu: “Salam, Qabil!” Mənim adımı yada salmaq üçün yaddaşlarını çox da zorlamırdılar. Bəlkə də  məni görüb, Qabil yadlarına düşürdü. Üç il qabaq intensiv yaradıcılığa başlayanda ifadələr, yanaşma da dəyişdi. Artıq  “sağ ol,  Mahir, yazılarınla, təxəllüsünlə, sözü sərrast, açıq demək qabiliyyətinlə  yaşadırsan atanı” söyləyirdilər.

Onlardan biri yox, birincisi  professor Qurban Bayramov idi. Diqqətlə izləyirdi yaradıcılığımı, oxuyurdu. Yox. O, sadəcə oxucu deyildi. Oxuyub zövq almaq, yaxud da növbəti elmi məqalə və əsərinə mövzu axtarmırdı. Oxuyurdu ki, iradını bildirsin. Yolumu azaramsa düz yola qaytarsın. Məsləhətlərini versin. Axı Qurban Bayramov alimdir, ədəbiyyatşünasdır, tənqidçidir. Amma məni oxuyan Qurban Bayramov həm də mənəvi  əmisi Qabilin ruhu qarşısında borcunu yerinə yetirirdi. “Mahirdir də... birdən ağzınagələni yazar. Biabır olarıq nəsildə”.

Həmişə rastlaşanda deyir ki, bəs atan məni qardaşoğlu çağırırdı. Deməli, sən də mənim əmimoğlusan. Balacaydım. Qurban müəllim qapıbir qonşumuz Xalq yazıçısı Bayram Bayramovgilə gələrdi. Bayram əminin qardaşı Fərmanın oğludur. Həm də ədəbiyyat adamı idi. Bayramov ədəbi soyadının davamçısı sayılırdı. Ona görə digər yazıçılar da  onu evin adamı, doğma  bilirdilər. Yazıçı, şair olmasa da, ədəbiyyatımızın gələcək keşikçisi kimi yüksək qiymətləndirilirdi. Çünki , o vaxtın ədəbi tənqidçilərinin gözündən xırda bir səhv də yayınmırdı. Bəzən elə olurdu ki, ədəbi tənqid böyük bir əsəri “brak” edib, arxivə tullayırdı. Ədəbi tənqid yazıçıların və onların əsərlərinin polisi,prokuroru, hakimi idi.  Bəzən isə yazıçıya gələcək həyata vəsiqə verirdilər. Bir ifadə var: “Puşkini Puşkin edən Belinski olub”. Yazıçını yazıçı edən tənqidçi olmalıdır. Əfsus ki, müasir dövrümüzdə mizan-tərəzi pozulub. Kitab oxuyurlar ki, hələ bu kitab haqda yazılan yazıya da əhəmiyyət versinlər?

Hər şey dəyişib. Əvvəllər kitab çıxanda onu paylayırdılar yazıçılara. Əsər oxunurdu. Bir-iki aydan sonra isə yığışıb əsəri müzakirə edirdilər. Bəzən bir fikrə görə qırğına da çıxırdılar. Bəs indi necə? Kitab təqdimatı, imza günü, xoş sözlər, uğurlar, gül-çiçək, març-muç və sonda şəkil çəkdirib feysə qoymaq. Vəssalam. Kitabın içində nə var, nə yox?.. – bu heç kimçün maraqlı deyil.  Heç kim anlamır ki, əsas kitab, kitabın dizaynı, kağızın sarı və ya ağ olması, şriftlərin böyüklüyü-kiçikliyi, yerləşdirdiyin şəkil deyil. Bunlar sadəcə dizayndır, maddi imkandan asılı göstəricilərdir. Əsas əsərdir, yazdığındır.

Pessimizmə qatılıb tənqidçilərimizin işini sıfıra endirmək istəməzdim. Onlar öz işlərindədirlər. Yazırlar, tənqid edirlər. Qurban Bayramov kimi ədəbiyyatşünaslarımız  köhnə ənənələri davam etdirirlər. Çünki onlar belə görüblər, onları belə öyrədiblər, onlar nəhənglər məktəbinin yetirmələridirlər. Bugünkü cılız dünyada yaşamaq qismətlərinə yazılsa da.

Mənim Qurban Bayramovun fikirlərinə böyük ehtiyacım var. Təkcə tənqidçi kimi yox. Qonşum Bayram əminin qardaşı oğlu kimi. Bilirəm ki, boğazdan yuxarı söz deməyəcək. “Tərifləyim,yoxsa həvəsdən düşər” prinsipiylə addım atmayacaq. Çünki nə əmisi Bayramdan, nə də mənəvi əmisi Qabildən saxtakarlıq görməyib. Cövhərində saxtakarlıq yoxdur. Tələbkarlığa  birinci elə özünkündən başlayır.

Bu gün 70 yaşı tamam olur. Gözəl yaşdır. Mən də təbriklərə qoşuluram. Nə olsun ki, ağsaqqaldır,ahıldır. Ruhunun cavanlığını qoruyub saxlayır. Əgər mənim kimi “sandığı açsa”... 1970-ci ildən bu yana çox şeylər görüb. Yanında çox şey danışıblar. “Özümüzküdür. Bayramın qardaşıoğludur” deyərək.

Tez-tez zəng edirəm. Bəzi məsləhətlərə ehtiyacım olur təbii ki... Ayda bir dəfə zəng etmək isə artıq protokoldur. Yazılarım haqqında fikrini öyrənirəm.  “Yaz, sən yaz. Əgər nəsə bir neqativ şey görsəm özüm həmən zəng edəcəyəm. Hər şey qaydasındadır. Yaz” deyir.

SON

Küçədə rastlaşmışıq. Çaşıb Qabil deyir mənə. Mən də birinci Bayram əminin familiyasını yadıma salıram. Sonra Qurban adı yadıma düşür. Çünki Qurban müəllim tanınmış Bayramovlar soyunun görkəmli nümayəndələrindən biridir.

Görüşürük. Bir-birimizdən əhval tuturuq. Lap nəvaxtsa Qabil və Bayram Bayramov görüşən kimi.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40