6 Yanvar 2017, 13:04 | Ana Səhifə - Yazılar - “Təzə” nəyə deyirsiniz?
“Təzə” nəyə deyirsiniz?

Hidayət Elvüsal


(Arkada Raykinin xatirəsinə)

 

Belə-belə işlər


Təzə il, təzə paltar, təzə arvad… Ə, o arvadın harası təzədi? 4 dəfə ərə gedib. 5-6-da oynaşı olub. Buralara gələndə 16 yaşı varmış. İndi dilimizi də əməlli-başlı öyrənib. Qonşulara deyirmiş ki:

- Vallah, lotu-potunun bəxti var. Onların oynaşı gələndə, əlində konfetdən, şokolatdan-zaddan gətirir. Mənim yanıma gələn… gedəndə deyir ki, ərindən qalan köhnə pencəkdən, köynəkdən varsa, ver geyinim. Sonra da orda-burda forslanırlar ki, təzə pencək almışam.

Hələ o yazıq kişi. Nə zamandır təzə ili köhnə paltosu ilə qarşılayır. Rəngi bom-boz olub. Paltonun da, şalvarın da cibləri yırtıqdı. Bənd olmur. Nəyi var ki, cibinə qoysun? Hələ yayda avtobusda gedərkən bir Sumqayıt cibgiri girişib kişiyə. Əlini uzadanda gedib lap… dərinə. Sonra da:

- Uyy, mama! – deyib, diksinib və özünü avtobusdan atıb yerə, başlayıb kişiyi söyməyə, - Düdük oğlu, düdük. Cibində ilan gəzdirir.

Nə isə!

Elə mən özüm. “Jiquli”m var. Ötən əsrin 70-ci illərində, SSRİ deyilən yekə bir ölkədə istehsal olunub. Çürüyüb, tökülür. Amma yeriyir. O gün gedib, işlənmiş təkər almışam. Əvvəlkilərin sapı çıxmışdı. Hamı təbrik eləyirdi:

- Mübarəkdi, müəllim! Təzə təkər almısan…

Mən də sinəmi qabardıb, maşının xarab olmuş qapısını 3-4 dəfə gücüm gəldikcə çırpıb, işarət barmağımla kapotun üstündəki quş pisliyini təmizləyirdim. Neynəyim?

İndi də başlamısız ki, təzə il gəlib Birincisi xoş gəlib. İkincisi nə gətirib?

O kasıb kişiylə palto gətirib? Mənə bircə dənə təzə təkər verib? Kiminsə banka olan borcu silinib? Ekranlarda təzə bir müğənni, aparıcı görmüsüz? Kimsə TƏZƏ şeir yazıb? Müsəlmanların həyatı necə, təzələnib? Daha bombalamırlar? O yekə ölkənin təzə prezidenti təzə bir iş görəcək?

Qardaşım!

O arvad o kişinin təzə zövcəsi deyil ki, növbəti zövcəsidir. Mənim maşınımın təkərləri də təzə deyil. Təzə şeir də qəhətə çəkilib. Təzə müğənni olmur, növbəti müğənni olur. Təzə iş olmur, növbəti il olur! Növbəti!

Bir iş ki, bu dünyaya, bir insana təzə bir şey vermir, gətirmir, onun nəyi təzədir?

Yəni hər şey növbətidir. Bu bayramlar da, uşaqların başını yozmaq üçün uydurulmuş bir şeydir, oyundur.

Hamı oynayır. Biz də!

Yəni o gün dediyim kimi – NÖVBƏTİ İLİNİZ mübarək1

Nətərdi?

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:27 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?