31 May 2016, 16:56 | Ana Səhifə - Yazılar - Gərək burda olaydım
Gərək burda olaydım

- Qonşu, sən evdə yox idin. Balkonda oturmuşdum. Bir də baxdım küçədə bir mərəkə qopdu, gəl görəsən.

- Həə? Nə olmuşdu?

- İki xuliqan camaatın gözü qabağında cavan bir qadına hücum elədi.

- Axx, gərək burda olaydım!

- Qadın elə cığırırdı ki, səsi şəhərin o başında eşidilirdi. Amma bircə nəfər köməyə gəlmirdi. Hamı özünü görməməzliyə vururdu.

- Axx, gərək  burda olaydım!

- Qadın qaçıb özünü bax, o qapıdan içəri atmaq istədi. O siqaret satan kişi də tez evə girib qapını bağladı.

- Axx, gərək  burda olaydım!

- Sonra qadın küçənin düz ortasına çıxıb maşın saxlamaq istədi. Amma hamı qaz verib, aradan çıxırdı.

- Axx, gərək  burda olaydım!

- Xuliqanlar qadını tutub divara dirədilər. Biri onun qollarını burub arxasında saxladı. O birisi isə əvvəlcə qadının sırğalarını çıxardı.

- Bahalı idi?

- Qonşu, qızıl idi də…

- Axx, gərək  burda olaydım!

- Sonra layka plaşını soyundurdular.

- Neçə razmer olardı?

- Belə də qırx səkkiz, bəlkə də əlli.

- Axx, gərək  burda olaydım!

- Sonra çəkmələrini çəkib çıxardılar. Otuz altı, otuz yeddi razmerə oxşuyurdu.

- Axx, gərək  burda olaydım!

- Sonra corablarını.

- Mən ölüm?

- Vallah! Qadının gözü mənə sataşdı və qışqırdı ki, ay qardaş, gəl mənə kömək elə, kişi deyilsən?

- Axx, gərək  burda olaydım!

- Corablarını çıxaranda baldırlarını gördüm. Sənin canınçün ağappaq yumurta kimi idi.

- Axx, gərək  burda olaydım!

- Birdən gördüm adə, qadının donunu çıxarmaq istəyirlər. Bir az dartışdırdılar. Sən öl, qonşu, ömrümdə belə əntiqə şey görməmişdim.

- Axx, gərək  burda olaydım!

- Amma biveclər bacarmadılar. Arvad təpiklə birinin qarnına vurdu, o birisinin  də qolunu dişlədi.

- Axx, gərək  burda olaydım!

- Xuliqan köpək uşaqları aradan çıxdılar. Qadın taqətdən düşüb oturdu, bax, odey, o səkinin üstündə. Sonra mənə yalvardı ki, ay qardaş, sənə qurban olum, ciyərim yanır, heç olmasa bircə qurtum su ver içim.

- Axx, gərək  burda olaydım!

- Dedim, bacı, mən qələt eləyərəm, belə cəncəl işə qarışaram. Nə işimə qalıb? Keçdim evə, balkonun da qapısını bərk-bərk bağladım.

- Axx, gərək  burda olaydım!

-  Qonşu, bura bax. Bayaqdan özünü didib tökürsən ki,  «Axx, gərək  burda olaydım, gərək burda olaydım». Burda olsaydın neyləyəcəkdin?

- Ihı, ühü, həə… Burda olsaydım ı…. ı…. mən də öz balkonumda durub baxacaqdım.

- Necə? Adə, mən də elə bildim. Xa-xa-xa…

- Demirsən əntiqə şey idi? Baldırları yoğun, ağappaq, yumurta kimi…

- Hə, sən öl, belə aləm şey idi. Məcun idi, məcun. Qeyrətsizlərin ikisinin gücü bir qadına çatmadı.

- Əşi, adını kişi qoyan elə qeyrətsizlər var ki, adam onların yerinə lap xəcalət çəkir e, qonşu.

- Axx, doğrudan gərək burda olaydın, qonşu. Konsert idi, konsert. Pulsuz-parasız, biletsiz-filansız konsert. Belə konsertə baxmaq hər kişiyə qismət olmur. Xa-xa-xa. Adə, baldırları baax, o yoğunluqda idi, sən öl. Özü də ağappaq, yumurta kimi…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək?.. 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31 Erməni qoşunlarını Qarabağdan çıxaracaq SƏNƏD 24 Oktyabr 2021, 00:02