Modern.az

Milli təhsil sistemimizi niyə yarada bilmirik?

Milli təhsil sistemimizi niyə yarada bilmirik?

8 Sentyabr 2009, 10:59

MİLLİ TƏHSİL SİSTEMİMİZİ NİYƏ YARADA BİLMİRİK?

Demə indiyə qədər Azərbaycan təhsilinin əsasları qeyri-müəyyən imiş. Yəni ölkənin təhsil siyasəti, təhsil strategiyası və ümumiyyətlə, təhsilin hansı prinsirlər əsasında qurulması məlum olmayıb. Sadəcə, indiyədək keçmiş sovet təhsil sistemindən necə  yaxa qurtarmaq imkanı axtarılıb. Nəhayət, Təhsil Nazirliyi bilib ki, gələcək müəllimlərə "Təhsilin əsasları" fənnini tədris etməklə bu sahədə inqilab ədə etmək mümkün olacaq. Bu məqsədlə qərara alınıb ki, müəllim kadrı yetiışdirən ali təhsil müəssisələrində tələbələrə nə çox, nə az, düz 210 saat bu fənn tədris edilsin. Bunun üçün xeyli işlər də görülüb. Məsələn, hələlik 3 ali təhsil ocağından müəllimlər treninqlərə cəlb edilib, onlar necə lazımdır təlimatlandırılıb ki, "Təhsilin əsasları" fənni nədir, özündə nəyi cəmləşdirir. Hələlik bu fənn üzrə ölkədə heç bir mənbə yoxdur, lazımi kitabın gələcəkdə hazırlanması nəzərdə tutulur. Əlqərəz, həmin müəllimlər sertifikat əldə etməklə bu sahə üzrə mütəxəssis elan ediliblər. İndi onlar çalışdıqları ali məktəblərdə tələbələrə təhsil qanunu, təhsil siyasəti, təhsilin idarəedilməsi və ən nəhayət, təhsilin maliyyələşdirilməsi ilə bağlı bilgi verəcəklər. Ancaq əsas məsələ ondan ibarətdir ki, görəsən təlimatlandırılan müəllimlərin özləri bu sahədə nə dərəcədə mütəxəssis hesab olunurlar? Qəti əminliklə deyə bilərəm ki, nəinki həmin müəllimlər, hətta ali təhsil müəssisələrinin müəllimlərinin böyük əksəriyyəti "Təhsil haqqında" Qanun barədə kifayət qədər bilgiyə malik deyillər. Təhsilin idarəedilməsi, təhsil siyasəti və maliyyələşdirilməsi isə onların qətiyyən maraqlarında deyil. Çünki Azərbaycan təhsilində rəhbər vəzifə tutmaq bu bilgilər üzərində deyil, tamamilə başqa prinsirlər əsasında qurulub. Elə ona görə də pedoqoji universitetləri bitirən kadrlar ilk iş fəaliyyətinə əsil mütəxəssis kimi başlaya bilmirlər. Təhsil Nazirliyi hesab edir ki, bu fənnin tədrisi ilə gənc kadrlar hərtərəfli yetişməklə yanaşı, rəhbər vəzifələrdə də çalışmaq imkanı əldə edə biləcəklər. Qoy olsun, heç kim gənc kadrların irəli çəkilməsinə, onların inkişaf etməsinə qarşı çıxa bilməz. Amma bir məsələ qaranlıq qalır ki, tələbə oxuduğu dörd-beş il müddətində hər smestr imtahan və ya "zaçot" vaxtı müllimlə pul davası edirsə, ali təhsil aldığı müddətdə təhsili buraxıb imtahan üçün pul tapmaq axtarışına çixirsa, beləliklə, təhsil müddətində bütün davranış qaydaları pul üzərində qurulursa, bu zaman "Təhsilin əsasları" fənnini tədris etməklə hansı naliyyət əldə etmək olacaq? Doğrudanmı, bu fənnin tədrisi təhsildəki qeyri-etik hərəkətlərin qarşısını alacaq, gələcək müəllimləri vicdanlı, müəllim əxlaqına sahib bir mütəxəssis kimi yetişdirəcək? Bax, bu kimi məsələlər deməyə əsas verir ki, təhsildə hansısa fənnin tədrisi ilə aydan arı, sudan duru müəllim yetişdirmək qeyri-mümkündür. Yeri gəlmişkən, qeyd edim ki, birbaşa təhsilin ideologiyası ilə bağlı olmayan yeniliklərin tətbiqi on illərdir ki, heç bir müsbət nəticə verməyib. Məsələn, bir sıra dağ rayonlarında məktəblərə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məqsədilə kompüterlər verilib ki, hələ də bu texnika ilə davranmağı bacaran müəllimlər yoxdur, yaxud olduqca azdır. Elə bu səbəbdən informatika kabinetlərinin qapısı aylarla bağlı qalır. Yaxud, məktəblərdə ingilis-dilinin tədris keyfiyyətini neçə illərdir ki, artırmaq mümkün olmur. Baxmayaraq ki, hər iki sahə üzrə mütəxəssis müəllimlər il boyu tədris prosesini kurslarda keçirirlər. Bu səbəbdən artıq rus dili fənni Azərbaycan məktəblərində yenidən geniş yayılmağa başlyıb. Çünki ənənvi müəllimlər və tədris metodikası mövcuddur. Etiraf edilməlidir ki, ölkədə keyfiyyətli tədris, bacarıqlı və savadlı müəllim ordusunun yetişdirilməsi üçün  mütləq təhsil sitemi və təhsilə münasibət dəyişdirilməlidir. Bu isə nəticə etibarilə yenə də milli təhsil sistemindən yayınmaq məcburiyyəti yaradır. Çünki Azərbaycan Avropaya inteqrasiya edir, deyibən bütün millilərimizi əcnəbi sisteminə uyğunlaşdırmışıq. Mənə elə gəlir ki, bu gedışlə bundan sonra da bizdə müstəqil, milli təhsil strategiyasını yaratmaq  mümkün olmaycaq. Azərbaycan neçə illərdən bəridir ki, Boloniya siteminə keçidə hazırlanır. Demək olar ki, bu istiqamətdə bir sıra vacib addımlar atılıb. Biz inteqrasiyanı bütün milli ənənələrdən əl çəkmək, onları birdəfəlik silib atmaq kimi başa düşürük. Bununla da özümüzkünü itiririk, yenisini isə tapa bilmirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı