Modern.az

“Yeni Azərbaycan”ın kollektiv oyun quran heyəti

“Yeni Azərbaycan”ın kollektiv oyun quran heyəti

9 Sentyabr 2009, 12:40

BİR NÖMRƏLİ PARTİYANIN QƏZETİNDƏ GÖRDÜKLƏRİM VƏ EŞİTDİKLƏRİM

İndiyədək mediada qəzet redaksiyalarının bir günlük fəaliyyəti ilə bağlı müxtəlif layihələr işlənilib. Bir az ciddi, bir az da zarafatyana. Həmin yazılarda redaksiyalardakı iş ahəngi, jurnalistlərlə bağlı müxtəlif məqamların təqdimatı maraqla qarşılanıb. «Modern.az» olaraq biz də həmkarlarımızın fəaliyyətindən bəhs edən yazılar təqdim etməyi qərara almışıq. Hətta bizdən öncə reallaşdırılan layihələrlə oxşarlıq oısa belə. Amma bizim seçəcəyimiz ünvanlar təkcə qəzet redaksiyaları olmayacaq, agentliklərə, televiziyalara, radiolara da gedəcəyik. Layihəmizin bu dəfəki ünvanı Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin redaksiyasıdı.

Baş redaktor kitab oxumağa da vaxt tapır

Saat 09:50-də artıq “Yeni Azərbaycan”da idim. Redaksiyada məni qəbul otağının «sahibəsi»  Sevinc xanım qarşıladı. Gəlişimin səbəbini öyrənən kimi baş redaktor Hikmət Babaoğlunun yanına qaçdı. Deyəsən bircə o, reportaja gələcəyimi bilmirdi. (Sonradan öyrəndim ki, Sevinc xanımın icazəsi olmadan nəinki kənar şəxslərin, müxbirlərin də baş redaktorun otağına keçməyə ixtiyarı yoxdu). Nəhayət “Yeni Azərbaycan”ın çağırılmamış qonağı olan mənə baş redaktorun otağına keçməyə icazə verildi. Hikmət müəllimin otağına daxil olmaq üçün dalbadal iki qapı açmalı oldum. (Sonradan Sevinc xanım mənə izah etdi ki, içəriyə səs-küyün daxil olmaması üçün baş redaktorun otağına ikiqat qapı qoyulub).
İçəri daxil olanda Hikmət müəllim gündəlik qəzetləri oxuyurdu. Hələ “Notebook”unu da açmamışdı. Mənimlə salamlaşandan sonra bir azdan planlaşdırmanın başlayacağını xatırlatdı. Qısa söhbətimiz zamanı fürsət tapıb otağa göz gəzdirdim. Təmirli və səliqəli idi. Rəflərə və stolun üstünə düzülmüş kitabların çoxluğu diqqətimdən yayınmadı. Görəsən gündəlik qəzetə rəhbərlik edən baş redaktor kitab oxumağa necə vaxt tapır? Hikmət müəllim cavab verdi ki, imkan daxilində mütaliəyə də zaman ayırır.
Nəhayət saat 10.00-da baş redaktorun çağırışı ilə yaradıcı heyət planlaşdırmada iştirak üçün onun otağında toplaşmışdı.

Qaydalar onları pozmaq üçün deyil

Planlaşdırmada baş redaktor da daxil olmaqla 9 nəfər iştirak edirdi. Müzakirələrdə hamıdan aktiv qəzetin stajlı əməkdaşı Kəbutər xanım idi. Qısa diskussiyadan sonra müxbirlər müxtəlif təkliflərlə çıxış etdilər, axırda baş redaktor öz sözünü dedi və mövzular verdi. Həə, yadımdan çıxmamış onu da qeyd edim ki, planlaşdırmada baş redaktor müavini Aqşin Şahinoğlu ötən həftə verilən tapşırığı hazırlamadığı üçün rəhbərlik tərəfindən bir balaca tənbeh  olundu. Bir şeyi də başa düşə bilmədim ki, kommersiya direktoru ılə mühasib köməkçisinin yaradıcı heyətin planlaşdırmasında nə işləri vardı. Olmaya olar say artırmaq üçün çağırılmışdılar?...
Beləcə planlaşdırma başa çatdı, müxbirlər seçdikləri mövzuları işləməyə başladılar, mən də redaksiyada yazacağım məqalə üçün məlumat toplamağa girişdim.
Hikmət müəllim əməkdaşları barədə sualımı “bizim müxbirlər çox çalışqandılar”-deyə cavablandırdı: “Yay mövsümü hələ başa çatmayıb. Bəzi qəzetlərin həcmi, dövriyyəsi azalıb, ancaq biz bunların heç birini etmədik. Günün nəbzini tutmağı bacaran yaradıcı kollektivik. Kollektivdə ixtisaslaşma aparılıb, hər kəsin öz yazdığı sahəsi var. Redaksiyamıza iş üçün müraciət edənlər çox olur, ancaq onlar arasından seçim edirik. Kollektivin ən stajlı üzvləri Kəbutər, Elbrus, Nardardı”.
Baş redakor işçilərini tərifləməkdən yorulmurdu: “Müxbirlərin hər biri istedadlı və bacarıqlıdı. Hər kəs öz sahəsində aktivdir. Amma verilən tapşırığı ən tez yerinə yetirənlər Aqşin Şahinoğlu (deyəsən baş redaktor bayaq tənbeh elədiyi müavinini bu dəfə tərifləməklə onun könlünü almaq istəyirdi), Ramil Vəlibəyovdu”. Hikmət müəllimin sözlərindən belə məlum oldu ki, müxbirlərdən hansısa redaksiyada problem yaradıb ərköyünlük edirsə, “Yeni Azərbaycan” dərhal ondan xilas olur: “Biz redaksiyada kollektiv oyun qurmuşuq. Bu oyunun qaydalarını pozmaq olmaz”.

Tanımadığım Nadir Azəri və boş kreslo

“Yeni Azərbaycan”ın müxbirləri həm də operator vəzifəsini yerinə yetirirlər. Hər kəs öz yazısını kompüterdə özü yığır.
Baş redaktor müavinlərinin oturduğu otağa keçdim. Bayaq baş redaktordan həm tənqid, həm də tərif «yeyən» Aqşin Şahinoğlu artıq kompüterin arxasına keçmişdi. Onun digər həmkarı Nadir Azərinin kreslosu isə boş idi. Boş kreslonu göstərən A.Şahinoğlu əvvəlcə ciddi-ciddi «rəhmətlyin yeridi» dedi, sonra zarafat elədyini söylədi. Məlum oldu ki, «Yeni Azərbaycan»da müxbirlərin «gününü göy əskiyə bükən» (israrla adlarının çəkilməsini istəməyən əməkdaşlar belə dedilər-G.M.) Nadir müəllim şəxsi işlərilə əlaqədar bir neçə günlüyə icazə alaraq doğulduğu Yevlax şəhərinə gedib.
Aqşin Şahinoğlu müxbirlikdən redaktor müavini postuna öz bacarağı sayəsində yüksəlməsindən pafosla danışdı: «2002-ci ildən bu redaksiyada çalışıram. Həmkarlarımla elə bir ciddi problemim olmayıb. Bizim davamız da zarafatyana olur». Onun fikrincə, redaksiyanın ən qoçaq müxbiri Elbrus Cəfərlidir. Amma sonra məlum oldu ki, bu, təkcə onun fikri deyil, E.Cəfərli doğrudan da “Yeni Azərbaycan»ın aktiv əməkdaşıdı.

ardı səh.2-də

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir