15mart | Ana Səhifə - Yazılar - Öpüşməyi də bacarmırıq
Öpüşməyi də bacarmırıq

Hidayət Elvüsal



Dünya gör-götür dünyasıdır. Görmürsünüz, hər iclasda, yığıncaqda deyirik ki, filan məsələ Amerikada belə həll olunur. İngiltərədə elə, Fransada elə-belə.


Mən də bunun qızğın və lap çılğın tərəfdarıyam. Məsələn, soyuqqanlı ingilislərdə o qədər görüb-götürməli şeylər var ki, gəl görəsən. Bu mədəni, arıq, sapsarı ingilislər görəndə ki, avtobusda biri o birisinin cibinə girir, veclərinə də almırlar. Başa düşürlər ki, o şey ki, mümkündür, baş verə bilər. Bəs biz neynəyirik? Bir də görürsən camaat yığışıb kiminsə başına. Nə var, nə var, bir qadın xeylağını ya döyüblər, ya da bıçaqlayıblar, ya da məsələn, uzaq başı söyüblər. Nə olsun, balam? Adamı söyərlər də, döyərlər də, hələ yıxıb qarnının üstünə də çıxarlar. Niyə gözlərinizi bərəldirsiniz?


Yaxud götürək cavanlarımızı, bir də görürsən ki, bağın, bulvarın, parkın qaranlıq, gizli bir yerinə çəkilib eşqbazlıq edirlər. Polislər də onları güdür-güdür və öpüşən kimi “Ahhaaa”! deyib kəsirlər başlarının üstünü. Məşuqun yanındaca aşiqdən iyirmi-otuz manat qapazlayıb öpdüyünü burnundan gətirirlər. Yaxşı eləyirlər. Çünki bizim cavanlarımız fransızlardan öpüşmək mədəniyyətini öyrənməyiblər. Əzizim, fransızlar günün-günorta çağı küçənin ortasında, metroda, avtobus dayanacağında hamının gözü qabağında sarmaşıq kimi bir-birinə sarılıb doyunca öpüşürlər. Nə polis yaxın gəlir, nə də milis. Çünki bizimkilər kimi özlərini qaranlığa verib oğurluq vüsal üçün polislərə iyirmi-otuz manat rüşvət vermək istəmirlər.


Yaponlar, yaponlar… Ah, bu qıyıqgözlər. Gör nələr düzəldirlər? Ona görə düzəldirlər ki, nə qoyun ətini, nə mal ətini, nə də toyuq ətini bizim qədər yemirlər. Vaxtı ilə mal-qoyun ətindən o qədər tıxmışıq ki, başımız “priboy” işləyir. Amma yaponlar nə əti yesələr yaxşıdır? Qurbağa! Ona görə də başları kompüter kimi işləyir. İstədiklərini də düzəldirlər, istəmədiklərini də. Çünki qurbağa ətində elə sehr və hökm var ki, bircə şiş yeyən kimi cibəgirən robot icad eləmək olur. Tutulanda da cəhənnəmə tutulsun, təzəsini düzəlt və burax camaatın canına.


Bax belə, ay mənim əzizlərim, gözlərimin işıqları, biz çox geri qalmışıq. Ən mədəni, inkişaf etmiş xalqların, ölkələrin belə gözəl keyfiyyətlərini qoyub, axmaq-axmaq, lazımsız işlər görmək istəyirik. Məsələn, camaatı dubinka ilə döyürük ki, ağıllansın, sözəbaxan, başıaşağı, əliyuxarı olsun. Halbuki, onları ingilislər kimi soyuqqanlı eləsək, fransızlar kimi küçədə öpüşdürsək, yaponlar kimi qurbağa yedizdirsək, nə çörək istəyərlər, nə də tətil-filan edərlər. Ölkəmiz də gündən-günə çiçəklənər.


Bu elmdən, mədəniyyətdən, yeni istehsalat texnologiyasından, təbiətin mühafizəsindən, hüquq normalarından, kompüterləşdirmədən, nə bilim nədən, nədən və nədən bir şey çıxmaz, bacıoğlu.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ölkədə qanunsuz yaşayan miqrantlar – say AÇIQLANDI 18 İyul 2019, 12:57 1211 nəfər Azərbaycana readmissiya edilib 18 İyul 2019, 12:35 Azərbaycan dili aşiqlərin dilidir... 18 İyul 2019, 12:30 TRT-nin bir qrup əməkdaşı rus səfirinin qətlinin görüntülərinə görə saxlanıldı 18 İyul 2019, 12:27 Paşinyanın doğulduğu rayonda polisə hücum: 13 nəfər saxlanıldı 18 İyul 2019, 12:19 Məsləhət Onundur 18 İyul 2019, 12:03 Bu il 75 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib 18 İyul 2019, 12:02 Azərbaycanda daha çox qaçqın statusu almaq istəyən ölkələrin vətəndaşları - SİYAHI 18 İyul 2019, 11:59 Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 18 İyul 2019, 11:48 Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 18 İyul 2019, 11:40 Nazirlikdə kadr dəyişikliyi - Şöbə müdiri işindən getdi 18 İyul 2019, 11:35 Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 18 İyul 2019, 11:30 Kamal Abdulla: “ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir” - MÜSAHİBƏ 18 İyul 2019, 11:27 Məhkəmədən Prezidentə şikayət – Bizi intihar həddinə çatdırıblar 18 İyul 2019, 11:18 Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 18 İyul 2019, 11:17 4219 abonent qazsız qalacaq 18 İyul 2019, 11:10 100 kiloqram yararsız ətin satılmasının qarşısı alındı 18 İyul 2019, 11:05 Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib   18 İyul 2019, 11:00 “Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir 18 İyul 2019, 10:59 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZIR 18 İyul 2019, 10:44 Nazirlik jurnalistləri Şəkiyə apardı 18 İyul 2019, 10:33 Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ 18 İyul 2019, 10:24 Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş rejimə keçir 18 İyul 2019, 10:15 Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı 18 İyul 2019, 09:53 Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb 18 İyul 2019, 09:37 Məmur olmaq istəyənlər sınağa çəkilir 18 İyul 2019, 09:34 Vergilər Nazirliyi sosial reklam hazırladı - VİDEO 18 İyul 2019, 09:20 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA 18 İyul 2019, 09:03 Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ 18 İyul 2019, 08:58 Azərbaycan jurnalistikasının dörd “muşketyoru”... 18 İyul 2019, 08:45 Manat və dolların bugünkü məzənnəsi 18 İyul 2019, 08:45 Natalia Bourjali: “Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir” 18 İyul 2019, 08:30 “Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı 18 İyul 2019, 08:13 “Vahid Mustafayev çoxdan avtomobil idarə etmir” - ANS Şirkətlər Qrupundan saytlara ETİRAZ 18 İyul 2019, 07:41 Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı - Bütün NƏTİCƏLƏR 18 İyul 2019, 07:30