06İyun | Ana Səhifə - Yazılar - Faşizm, genosid, “Mersedes” istehlsalçısı
Faşizm, genosid, “Mersedes” istehlsalçısı

Hidayət Elvüsal

Bir neçə gün əvvəl Almaniya Federal Məclisi qondarma «erməni soyqırımı»nı tanıdı. Hamı «hə» dedi. Yalnız bir nəfər, qadın vəkil Bettina Kuola «yox» dedi. Ən sonda isə bir erməni deputat çıxış etdi və dedi ki, anası almanlardan «hə» gözləyir.  Nəinki almanlar, hətta 11 nəfər (!!!) türk deputatlar da o dığanın mamasını sevindirdilər, yəni «hə» dedilər.

Amma heç birinin ağlına da gəlmədi ki,  məhz o zamanlar Osmanlı ordusunun komandirlərinin bir çoxu məhz almanlar idi. Alman generallar amansız və qəddar idilər.  O zaman, məhz o zaman alman donanması rus gəmilərinə atəş açdı. Bu təxribat rus-türk müharibəsini yenidən alovlandırdı və ermənilər rus ordusunun yardımı ilə türkləri qırıb çatdı.

Bunu demədilər. Niyə? Ya bilmirlər, ya da xəyanətkardırlar.  Həmin o 11 türk deputat şəksiz-şübhəsiz kollaborasionistlərdir. Öz tarixini bilməyən bu satqınların ermənidən nə fərqi var?

Belə satqınlardan, türk düşmənlərindən bir mükafat almaq üçün «ermənilər soyqırıma uğrayıb» deyən, yazar Orxan Pamukdan daha nə gözləmək olar? Amma…

Amma elə ermənilər var ki, onlar belə türklərdən daha qeyrətli, ədalətli hərəkət edirlər. İstanbulun  ortasında qətlə yetirilən Qrant Dinki deyirəm. Yeri gəlmişkən, bəziləri mənə irad tuturlar ki, sən bu «Ağos» qəzetinin sahibini niyə tez-tez misal çəkirsən? Cavabını verdim, bir daha təkrar edirəm – Qrant Dink televiziya çıxışlarının birində deyir ( arxivlərdə və türk  TV-lərində var, maraqlananlar əldə edə bilərlər):

- Türklərin guya erməniləri soyqırıma uğratması Amerika Birləşmiş Ştatlarının və Qərbi Avropanın uydurması, yalanıdır. O zaman rus ordusuna qoşulan ermənilər türkləri öldürüblər, türklər də buna cavab olaraq onları. Hər bir millət özünü, dövlətini müdafiə etmək haqqına malikdir.

Yəni Qrant 1915-ci il hadisələrini xristian dünyasının təhriki ilə belə şişirdilməsini hər kəsə izah edirdi. Amma onun bir tarixi çıxışı da var. İllər öncəsi yenə bir TV-də deyir:

- Merkel Türkiyəni Avropa Birliyinə qəbul etməmək üçün erməniləri özünə siyasi alət halına salıb və gələcəkdə bu silahdan istifadə edəcək. Ermənilərin bu hala düşməsi məni utandırır.

Bax, mən buna görə məhz erməni yazarı Qrant Dinkdən bir neçə dəfə  misal gətirmişəm. İndi özünüz deyin, bu erməni haqlıdır, ya yox? Merkel  sonda erməni kartından istifadə etmədimi?

Bəziləri deyə bilər ki, frau Merkel o məclisdə iştirak etməyib. Bəli, etməyib! Bəs, Qərb siyasəti, xristian bicliyi, ikiüzlülüyü nəyə deyirsiniz?

Dünyada yalnız Almaniya geniosid törədən bir ölkə kimi tanınıb və özü də bunu qəbul edib. 4.000 000-dan çox yəhudini ən vəhşi üsullarla geniosidə məruz qoyan bir ölkə başqalarının barəsində belə qərar verə bilməz. Faşizmin beşiyi olan Almaniya milyonlarla insanın məhvinə səbəb olduğunu unudurmu? Yox! Unutmur! Sadəcə olaraq o, «genosid» tablosunda tək qalmaq istəmir. Türkiyəni erməni kartı ilə yanına almaq istəyir.

Sonda isə bir daha dəfələrlə söylədiyim sözlərin arxasında olduğumu təkrar edirəm – bütün bu bəlalar iqtidarda olan AKP-nin və şəxsən Rəcəb Tayyib Ərdoğanın inadının, eqoizminin, məshəbçiliyinin, bacarıqsızlığının, siyasi xətalarının nəticəsidir. Bu gün Türkiyənin az qala dostu qalmayıb – Ərdoğanın üzündən. Dünya tarixində bu qədər danışan, hər danışanda özünü inkar edən bir lider olmayıb. Ərdoğan bəzən gündə dörd dəfə danışır. Eyni sözləri, eyni fikirləri, bəsit düşüncələrini təkrarlayır. Səsini ucaldır, qışqırır, təhqir edir, hədələyir, bəzən söyüş həddinə çatır və… Qayıdıb din üzərindən, bir qadının hicabı üzərindən siyasət yeridir. İndi ən böyük ölkələr AKP hökumətinə ciddi nəzərlə baxmır. Ərdoğan  macəra həvəsində olan orta məktəb şagirdini xatırladır.

Meydanı belə boş,  müdafiəsiz görənlər isə Türkiyəni, türk millətini dünyaya başqa şəkildə tanıdır. Frau Merkel də onlardan biri, həm də təhlükəlilərdən biridir.

Merkel faşizm, genosid «Mersedes»… istehsal edən Almaniyanın konsleridir.  Unutmayın!

Onu da unutmayın ki, Atatürkün yaratdığı Cümhuriyyət Xalq Partiyasını ələ keçirmiş, erməni südü əmmiş Kamal Kılıçdaroğlu da boş dayanmadı. O da Merkel kimi ikiüzlülük etdi. PKK terror təşkilatının CHP-dən vəkili Sezgin Tanrıqulu az qala sevincindən atılıb düşəcəkdi.

Yemuşun oğlu Kılıçdaroğlunun CHP-dən Türkiyə Böyük Millət Məclisinə soxduğu erməni Selina Doğan isə tribunadan açıq-açığına bildirdi ki, türklər erməniləri genosid-genosid eləyiblər, hətta təhqir elədi: Türkiyə başını quma soxub gizlətməməlidir.

Tabloya bir də baxın – o Almaniya, bu da Türkiyə  Parlamenti.

Yox-yox! Diqqətlə baxın!!!

Məsələ bununla bitmir. Hitlerin özünə məlum saydığı Mussalinin İtaliyası hələ də türklərə qarşı düşmənçiliyini unutmayıb. Faşizm öz yerində. Polermanı xatırlayırsınızmı? Burası beynəlxalq mafiyanın beşiyidir. Məhz burada 40 000 türkün qanına bais olmuş erməni-kürd təşkilatı olan PKK-nın lideri Abullah Öcalana bir mükafat təsis edildi. Və bu mükafatı Türkiyə Böyük Millət Məclisində HDP tərəfindən seçilmiş Abdullah Öcalanın bacısı qızı qəbul etdi.

İndi baxın, Türkiyənin əleyhinə kimlər var: faşistlər, mafiozlar və genosid cəlladları. Kimlərlə üz-üzə qaldığımızı bir daha araşdırıb qiymətləndirə bilirsinizmi?

Bəs, Ərdoğanın rəhbərlik etdiyi AKP necə, bunu anlayırmı?

MÜƏLLİFİN DİGƏR YAZILARI
"Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01 “Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir” - İlham Əliyev 25 May 2020, 20:47 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16 Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54