26 Oktyabr 2021, Çərşənbə axşamı
6 İyun 2016, 14:52 | Ana Səhifə - Yazılar - Faşizm, genosid, “Mersedes” istehlsalçısı
Faşizm, genosid, “Mersedes” istehlsalçısı

Hidayət Elvüsal

Bir neçə gün əvvəl Almaniya Federal Məclisi qondarma «erməni soyqırımı»nı tanıdı. Hamı «hə» dedi. Yalnız bir nəfər, qadın vəkil Bettina Kuola «yox» dedi. Ən sonda isə bir erməni deputat çıxış etdi və dedi ki, anası almanlardan «hə» gözləyir.  Nəinki almanlar, hətta 11 nəfər (!!!) türk deputatlar da o dığanın mamasını sevindirdilər, yəni «hə» dedilər.

Amma heç birinin ağlına da gəlmədi ki,  məhz o zamanlar Osmanlı ordusunun komandirlərinin bir çoxu məhz almanlar idi. Alman generallar amansız və qəddar idilər.  O zaman, məhz o zaman alman donanması rus gəmilərinə atəş açdı. Bu təxribat rus-türk müharibəsini yenidən alovlandırdı və ermənilər rus ordusunun yardımı ilə türkləri qırıb çatdı.

Bunu demədilər. Niyə? Ya bilmirlər, ya da xəyanətkardırlar.  Həmin o 11 türk deputat şəksiz-şübhəsiz kollaborasionistlərdir. Öz tarixini bilməyən bu satqınların ermənidən nə fərqi var?

Belə satqınlardan, türk düşmənlərindən bir mükafat almaq üçün «ermənilər soyqırıma uğrayıb» deyən, yazar Orxan Pamukdan daha nə gözləmək olar? Amma…

Amma elə ermənilər var ki, onlar belə türklərdən daha qeyrətli, ədalətli hərəkət edirlər. İstanbulun  ortasında qətlə yetirilən Qrant Dinki deyirəm. Yeri gəlmişkən, bəziləri mənə irad tuturlar ki, sən bu «Ağos» qəzetinin sahibini niyə tez-tez misal çəkirsən? Cavabını verdim, bir daha təkrar edirəm – Qrant Dink televiziya çıxışlarının birində deyir ( arxivlərdə və türk  TV-lərində var, maraqlananlar əldə edə bilərlər):

- Türklərin guya erməniləri soyqırıma uğratması Amerika Birləşmiş Ştatlarının və Qərbi Avropanın uydurması, yalanıdır. O zaman rus ordusuna qoşulan ermənilər türkləri öldürüblər, türklər də buna cavab olaraq onları. Hər bir millət özünü, dövlətini müdafiə etmək haqqına malikdir.

Yəni Qrant 1915-ci il hadisələrini xristian dünyasının təhriki ilə belə şişirdilməsini hər kəsə izah edirdi. Amma onun bir tarixi çıxışı da var. İllər öncəsi yenə bir TV-də deyir:

- Merkel Türkiyəni Avropa Birliyinə qəbul etməmək üçün erməniləri özünə siyasi alət halına salıb və gələcəkdə bu silahdan istifadə edəcək. Ermənilərin bu hala düşməsi məni utandırır.

Bax, mən buna görə məhz erməni yazarı Qrant Dinkdən bir neçə dəfə  misal gətirmişəm. İndi özünüz deyin, bu erməni haqlıdır, ya yox? Merkel  sonda erməni kartından istifadə etmədimi?

Bəziləri deyə bilər ki, frau Merkel o məclisdə iştirak etməyib. Bəli, etməyib! Bəs, Qərb siyasəti, xristian bicliyi, ikiüzlülüyü nəyə deyirsiniz?

Dünyada yalnız Almaniya geniosid törədən bir ölkə kimi tanınıb və özü də bunu qəbul edib. 4.000 000-dan çox yəhudini ən vəhşi üsullarla geniosidə məruz qoyan bir ölkə başqalarının barəsində belə qərar verə bilməz. Faşizmin beşiyi olan Almaniya milyonlarla insanın məhvinə səbəb olduğunu unudurmu? Yox! Unutmur! Sadəcə olaraq o, «genosid» tablosunda tək qalmaq istəmir. Türkiyəni erməni kartı ilə yanına almaq istəyir.

Sonda isə bir daha dəfələrlə söylədiyim sözlərin arxasında olduğumu təkrar edirəm – bütün bu bəlalar iqtidarda olan AKP-nin və şəxsən Rəcəb Tayyib Ərdoğanın inadının, eqoizminin, məshəbçiliyinin, bacarıqsızlığının, siyasi xətalarının nəticəsidir. Bu gün Türkiyənin az qala dostu qalmayıb – Ərdoğanın üzündən. Dünya tarixində bu qədər danışan, hər danışanda özünü inkar edən bir lider olmayıb. Ərdoğan bəzən gündə dörd dəfə danışır. Eyni sözləri, eyni fikirləri, bəsit düşüncələrini təkrarlayır. Səsini ucaldır, qışqırır, təhqir edir, hədələyir, bəzən söyüş həddinə çatır və… Qayıdıb din üzərindən, bir qadının hicabı üzərindən siyasət yeridir. İndi ən böyük ölkələr AKP hökumətinə ciddi nəzərlə baxmır. Ərdoğan  macəra həvəsində olan orta məktəb şagirdini xatırladır.

Meydanı belə boş,  müdafiəsiz görənlər isə Türkiyəni, türk millətini dünyaya başqa şəkildə tanıdır. Frau Merkel də onlardan biri, həm də təhlükəlilərdən biridir.

Merkel faşizm, genosid «Mersedes»… istehsal edən Almaniyanın konsleridir.  Unutmayın!

Onu da unutmayın ki, Atatürkün yaratdığı Cümhuriyyət Xalq Partiyasını ələ keçirmiş, erməni südü əmmiş Kamal Kılıçdaroğlu da boş dayanmadı. O da Merkel kimi ikiüzlülük etdi. PKK terror təşkilatının CHP-dən vəkili Sezgin Tanrıqulu az qala sevincindən atılıb düşəcəkdi.

Yemuşun oğlu Kılıçdaroğlunun CHP-dən Türkiyə Böyük Millət Məclisinə soxduğu erməni Selina Doğan isə tribunadan açıq-açığına bildirdi ki, türklər erməniləri genosid-genosid eləyiblər, hətta təhqir elədi: Türkiyə başını quma soxub gizlətməməlidir.

Tabloya bir də baxın – o Almaniya, bu da Türkiyə  Parlamenti.

Yox-yox! Diqqətlə baxın!!!

Məsələ bununla bitmir. Hitlerin özünə məlum saydığı Mussalinin İtaliyası hələ də türklərə qarşı düşmənçiliyini unutmayıb. Faşizm öz yerində. Polermanı xatırlayırsınızmı? Burası beynəlxalq mafiyanın beşiyidir. Məhz burada 40 000 türkün qanına bais olmuş erməni-kürd təşkilatı olan PKK-nın lideri Abullah Öcalana bir mükafat təsis edildi. Və bu mükafatı Türkiyə Böyük Millət Məclisində HDP tərəfindən seçilmiş Abdullah Öcalanın bacısı qızı qəbul etdi.

İndi baxın, Türkiyənin əleyhinə kimlər var: faşistlər, mafiozlar və genosid cəlladları. Kimlərlə üz-üzə qaldığımızı bir daha araşdırıb qiymətləndirə bilirsinizmi?

Bəs, Ərdoğanın rəhbərlik etdiyi AKP necə, bunu anlayırmı?

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında Zəngilanda görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar 26 Oktyabr 2021, 17:36 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP Ərazi Partiya təşkilatına sədr və müavin seçilib 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55