Modern.az

Azərbaycanın 126 ölkə ilə ticarət əlaqəsi var

Azərbaycanın 126 ölkə ilə ticarət əlaqəsi var

Ölkə

9 Sentyabr 2009, 19:22

2009-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası 126 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 10.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 7.2 milyard dollarını (68.8 faizini) ölkədən ixrac olunmuş mallar, 3.2 milyard dollarını (31.2 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 4 milyard dollarlıq müsbət saldo yaranıb. İxrac-idxal əməliyyatlarının 52.4 faizi Avropa, 32.8 faizi Asiya, 13.6 faizi Amerika, 1.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.7 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Fransa, İsrail, Türkiyə, Almaniya, İndoneziya, Kanada, Ukrayna, Böyük Britaniya, Tayvan (Çinin əyaləti), Gürcüstan, Çin, Hindistan və Malayziya dövlətləri ilə aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi