21Aprel | Ana Səhifə - Yazılar - “Milyonerlər məhəlləsi” - 1
“Milyonerlər məhəlləsi” - 1

Hidayət Elvüsal

 


Yox, bu, siz deyən Bakıdakı həmin o məhəllə deyil. Oranı hər kəs tanıyır. Mən özgə məhəllədən danışıram. Burda da milyonçular yaşayır. Bunların da pulu var.

...Və nəvəsi deyəndə ki, gedirəm Almaniyada dişimi çəkdirməyə, nənəsinin qulağı az-maz eşitdi. Özünü atdı qonaq otağına:

- Bu hara gedir?

- Germaniyaya!

- Nə?! Otur oturduğun yerdə! Hitlerin yanında nə işin var? Baban hələ də ordan qayıtmayıb. İndi də səni gözləyək?

Nəvə barmağını şalvarının “cırıq” yerinə soxdu:

- Nənə, Hitler ölüb!

- Kimdən eşitdin?

- Sovet informasiya bürosundan. Özü də 1945-ci ildə.

- O, ölən köpəyoğlu deyil. Özünü bijdiyə qoyub.

Nəvə əlindəki telefonu qurdaladı:

- Bəs hara gedim, nənə?

Nənə kresloya oturdu:

- İntaliyaya!

- İtaliya da Mussolinin yeridi. O da faşistdi.

Xalası gözünü süzdürüb:

- Ə, İtaliya demir, Antalya demək istəyir. Eləmi, mama? O qəşəng yeri deyirsənmi?

- Aaz, o urus qızdarının çimişdikləri yeri deyirəm.

- Hə də Antalya!

Kişi duşdan çıxdı:

- Aaz, bu “fauri”di, nədi, gözəl şampundu.

Xala dik atıldı:

- Ə, onnan çimirdin?

- Noulub, aaz, ona? Çiyələk iyi verir.

Xala əlini dizinə vurdu:

- Evin tikilsin sənin! Ə, o şampunla qab yuyurlar e, qab!

- Nə qab, aaz?

Evin xanımı gəldi:

- Sənə görə fərqi yoxdu! Üstünə milçək dərmanı püskürdüb işə getmirdin? Bu da elə bir şeydi.

Kişi çaydan bir qurtum alıb, oğluna döndü:

- Ə, o “Mersedes”lərin “Jiquli” motoruynan olanı var?

Oğlan qulağındakı brilyant sırğanı sığalladı:

- Yox! Amma motosqlet matoruyla var, - deyə hirslə atasının görməmişliyinə deyindi.

- Hardadı?

- Nə?

- O motosqlet matoruyla olan “Mersedes”?

Oğlan bir anlıq dondu. Sonra ağır-ağır dilləndi:

- Hələlik birini düzəldiblər. Ona da Merkel minir.

- Merkel kimdi?

- Almaniyanın konsleri!

Nənə sanki yuxudan ayıldı:

- Ə, kiri! Demədim Germaniyadan danışma mənim yanımda! Baban oralarda itkin düşüb.

Kişi kövrəldi:

- Orda itkin düşməyib, mama!

- Bə harda düşüb?

- Sibirdə! Yüz dəfə demişəm sənə.

- Orda nə işi varmış?

- Müharibədən qaçıb. Gələndə də tutub göndəriblər Sibirə. Orda da…

İstədi desin ki, “evlənib”. Demədi. Anasının könlünü qırmadı. Bir dəfə ögey qardaş-bacısı ilə görüşmüşdü. Amma bunu gizlədirdi.

Nənə:

- Sibir uzaqdı? - deyə soruşdu.

Oğul telefonu qurcaladı:

- Yox, bizim kəndin yanındadı.

- Soğannı tərəfdə?

- Yox, nənə! Sarımsaqlı tərəfdə!

- Bizdə elə kənd yoxdu.

- Təzə salıblar!

Kişi oğluna göz ağartdı:

- Duraram ayağa, sənin o cırıq şalvarını boynuna qalstuk elərəm!

Xanım şokolatı dişləyib, ərinə tərəf döndü:

- Sabah toya çağırblar.

- Kim?

- Pəltək Həsən!

- Kimnən qohum olur?

- Oğru Hüsüylə!

- Beləə! Toyda kim oxuyacaq?

- Faiq!

- Hansı Faiq?

- Xalq artisti.

Kişi bir xeyli fikirləşib, dilləndi:

- Aaz, o Faiq, muğamat-zad oxuya bilir?

Oğlan gülümsündü:

- Yox! Amma “Yanıq Kərəmi”ni yandırır.

Kişi ağır-ağır başını tərpətdi:

- Yandırar, yandırar! Xalq artistidi, zarafat deyil. “Yanıq Kərəmi” də oxuyar, “Baş Sarıtel”i də, - deyib cibindəki dollarları xışıldatdı, - “Ala bula, boz keçi”ni də, hələ desən, “Ay pipiyi qan xoruz”u da oxuyar… Oxumasa, oxudaram!

 

(ardı olacaq)

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34