12 May 2017, 12:58 | Ana Səhifə - Yazılar - Atatürkü təhqir etdilər
Atatürkü təhqir etdilər

Hidayət Elvüsal


Soyu-kökü bilinməyən, ailə arxivində qaranlıq bucaqlar olan şərəfsizlər növbəti dəfə, “növbətçi” mənəvi terrorçular iyrənc sifətlərini bir daha göstərdilər. Zamanında Fətullah Gülənin ayaqlarına döşənən Mustafa Ərməğan adlı birisinin TV-də aparıcısı olduğu “Dərin tarix” adlı proqramda bir sürü yenə səs-səs vermişdi.

Əvvəla onu deyək ki, Fətullah Gülənin keçmiş müridi Mustafa Ərməğan “Yeni Şafak” qəzetində çalışır. Apardığı proqram da həmin holdinqə aiddir. Yəni Albayraqların media qrupuna daxil olan bir sahədir. Prezident Rəcəb Tayyub Ərdoğanla qohum-qudası olan bu maqnatlar zaman-zaman Azərbaycan, onun rəhbərliyi haqqında da iftiralar yayırlar. Bəzilərini cavabını vaxtında vermişik. Amma Türk Dünyasının ən parlaq şəxsiyyətlərindən olan, hamı tərəfindən hörmətlə yad edilən Atatürkün bu və başqa yandaş-yaltaq media tərəfindən təhqir olunmasına da göz yuma bilmərik. Yaşadıqları ölkədə vəzifə, çağdaş yaşam tərzi qazanan qədirbilməz soysuzlar Cumhuriyyəti, onu quranları, yaşadanları gözdən salmaq üçün gecə-gündüz çabalayırlar.

Bu Ərməğanın etnik kökənli olması danılmazdır. Cumhuriyyət,  Atatürk, Türk düşməni olan bu canlının iftiraları Türkiyəni ayağa qaldırdı. İqtidarda olan AKP-dən tutmuş digər partiyalara, adi vətəndaşlara kimi hər kəs bütün bunları qəzəblə qarşıladı. Bu Ərməğan lazdırmı, ermənidirmi, kürddürmü, ərəbdirmi… deyə bilmərik. Amma bir ölkənin, bir millətin çörəyini yeyib, onun dəyərlərini iftiralarla hədəf almaq ən azı şərəfsizlikdir.

Həmin proqramda Atatürkün anası Zübeydə xanımın, mənəvi qızının ünvanına söylənənlər ən azı alçaqlıqdır. Bəs, orada çıxış edən “qonaqlar” Həsən Akar və satqınlığı, əxlaqsızlığı ilə tanınan Süleyman Yaşılyurd kimdir?

Həsən Akar ötən dəfə bəhs etdiyimiz Nurçular təriqətilə məxsus dəstədəndir. Məqsəd, zehniyyət baxımından FETO-çülərdən fərqlənməyən Cumhuriyyət düşmənidir. İlbər Ortaylı - Türk tarixinin ən mükəmməl bilicilərindən olan alim bu qarğa haqqında belə dedi:

- Mənim anam bir kəndçi qadın idi. İşi-gücü çalışmaq, bizə tərbiyə vermək, oxumağımız üçün özünü oda-közə atan bir varlıq idi. Və biz elə bilirdik ki, ANA məhz belə olmalıdır, belədir. Anaların hamısını öz anamıza bənzədirdik. İndi özlərini tarixçi kimi uyduran bu təhrifçilər Zübeydə xanımdan söz açanda onu… öz analarına bənzədirlər. Yəni onların anası necə olmuşsa, bütün anaları belə görürlər.

Yəni onların kolvizion düşüncəli olmalarını alim belə izah edir.

Bəs, bu Süleyman Yaşılyurd kimdir? Atatürkün mənəvi qızından danışan bayquş. Bu “tarixçi” keçmiş polis işçisidir. Çirkin əməllərinə görə o sistemdən qovulub. Növbəti işi MİP lideri Dövlət Bahçəliyə çay süzmək olub. Məcazi mənada yox, həqiqətən oralarda çay işinə baxıb. Sonra da lotoreya oyunlarına rəhbərlik edən bir adamın ailəsinə soxulub. Qadını yoldan çıxarıb. Onunla gizli görüşləri olub və… başlayıb sevgilisini şantaj eləməyə. Guya (və bəlkə də həqiqətən) yataq epizodlarına aid videolar, səs qeydləri və s. olduğunu deyib, qadından pul istəyib. O da əlacsız qalaraq çayçı Süleymana pullar verib. Amma get-gedə çayçı qudurub, çox pul istəyib. Qadın hər şeyi ərinə etiraf edib. Çayçı Süleyman, keçmiş polis elə cinayət üstündə, növbəti dəfə şantaj yolu ilə pul alanda tutulub. Salıblar qoduqluğa. Bir xeyli türmədə avtoritetlərə çay verib… birdən olub tarixçi. Yəni bu keçmiş polis, çayçı, “türemşik” növbəti dələduzluğa əl atıb və əlbəttə, özünə bab olan Mustafa Ərməğanı tapıb.

Bu hadisə ilə bağlı bütün TV-ləri izlədim. Bu iki şərəfsizin ağzından çıxan sözləri heç birisi tam vermədi, verə bilmədi, eşidiləcək, ağıza alınacaq sözlər deyil, deyə.

İndi bu Ərməğan o gün İstanbul Universitetində məruzə etmək istəyirdi. Bütün tələbələr ayağa qalxdı, nümayiş keçirdilər və ona “Rəd dol!” dedilər. Təsəvvür edin, iş o yerə çatıb ki, Atatürkə qarşı düşmənliklərini gizlətməyən HDP-lilər də bu hadisəni qınadılar. Xalqın təpkisini görən AKP-lilər də dilə gəldilər. Baş nazir Bikəli Yıldırım da qınadı. Amma bir prezident Ərdoğanın da təpkisini görmək, eşitmək istərdik. Hələlik olmadı.

Prokurorluq isə çayçı Süleymanın və molla Akarın həbsinə qərar verib. Olar da qaçıb nur-çuların qaranlıq yerlərdə gizləniblər.

Amma bütün aydınlar - ən çox hörmət bəslədiyim isimlər bu şərəfsiz sürüsünə sözlərini dedilər. “İzmir marşı”nın ən gözəl ifaçılarından biri Haluk Ləvənd də “Yaşa Mustafa Kamal paşa!” nidalarını dünyaya yayan Haluk bəy!

Bəlkə də yeri deyil, amma gərəkli sanıram. Halukun bu möhtəşəm ifasından sonra, bəziləri mətnin sözlərinə dəyişiklik etmək istədilər. Ərdoğanın yurdunda, Rizədə “Yaşa, Rəcəb Tayyub Ərdoğan, yaşa” deyə küçədə-zadda oxudular.

Olmadı!

Trabzonda isə daxili işlər naziri Süleyman Soylunun şərəfinə söylədilər: “Yaşa Süleyman Soylu paşa, yaşa” deyə qışqırdılar.

Yenə olmadı!

Olmaz, arkadaş, olmaz! Tarixdə yaşamaq, millətin sevgisini, Türkün qələbəsini, bir müstəqil dövlət yaratmaq görəvini Allah-təala Qazi Mustafa Kamal Atatürkə verib!

Buradan özünüzə pay çıxarmayın!

Qabınız da, adınız da boş qalar.

MÜƏLLİFİN DİGƏR YAZILARI
MİQ üzrə müsahibə mərhələsi nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox şəxsə vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42