24May | Ana Səhifə - Yazılar - Analiz və ya zorən boşananlar
Analiz və ya zorən boşananlar

Mahir QABİLOĞLU,
10may.az saytının baş redaktoru 

 

–  Sərvinazın qızını Abbasəlinin oğluna nişanlayıblar. Avaranın biridir. Hayıf o qızdan. Yaxşı qızdı. Hamamda görmüşəm.

 – Yenə başladın, ay arvad?..


Bu, 1977-ci ildə çəkilən “Arxadan vurulan zərbə” filmindən bir parçadır – Rasim Balayevin oynadığı sürücü İmaşın anasıyla dialoqu. Sovet dövrü olmasına baxmayaraq, analar hələ də hamamda subay qızlara göz yetirirlərmiş. Əlbəttə ki, subay oğlanlarını evləndirmək fikrində olan analar.

      
Bəs lap qədim zamanda, qadınların çarşabda gəzdiyi dövrlərdə necəymiş? “Arşın mal alan” filminə istinad etsək, o vaxt da subaylar üçün qız bəyənmək ana, xala, bibilərin vəzifəsiymiş. Hardansa bir arşınmalçı qoçaq çıxaraq, soxur bəyin papağını yerə. Üzeyir Hacıbəyov da tez bunu əsərə çevirib yayıb Azərbaycana. Daha doğrusu gənc oğlan və qızların beyninə yeni ideya salır. Amma demə hamamda qız görüb bəyənmək, sonra oğluna bəyəndirmək 1977-ci ilə qədər gəlib çatırmış. Əgər yazıçı Elçinə inansaq.

      
Deyəcəksiniz ki, Mahir indi də keçib kinoşünaslığa. Yox, sadəcə yadıma 2015-ci il iyunun 1-dən etibarən nikaha girənlərin məcburi həkim nəzarətindən keçmək haqqında Səhiyyə Nazirliyinin qərarı yadıma düşdü. Elə o vaxtdan da  başladılar mütəmadi olaraq statistik məlumatları KİV, qəzet-saytlarda car çəkməyə. Bəs təzə evlənmək istəyənlər arasında filan qədər SPİD, sifilis tapılıb, irsi xəstəliklər aşkar olunub. Bu faktlar həm də bu qanunun vaxtında tətbiq olunmasına və uğur gətirdiyinə dəlalət edir. Alqışlansın? Hə. Gəlin hamılıqla alqışlayaq.

     

Mən çoxdan evliyəm. Həyatda da çox evlənənlər görmüşəm. Bir az pərdə vardı onda hələ.  Qızın qaşının alınıb-alınmamasından bilirdin ki, bu gəlindir, yoxsa qız? Bakirəlik isə yalnız toy gecəsi bilinirdi. “Bəyin oğurlanması” filmində olduğu kimi:

 

 –  İndi güllə açılacaq. Bütün kənd gözləyir...

 –  Nə güllə?

 –  Bəydadaşın gülləsini deyir də...

 

Hə, hörmətli oxucu. Yaxşı adət-ənənlərimiz vardı. Yaxşı ki, kinolarımızda az da olsa əksini tapıb.  İndi bakirəlik də bir problem deyil axı. Əgər “xəta” törətsən, bunu plastik əməliyyat yoluyla bərpa etdirmək olur. Özü də rəsmi fəaliyyət göstərən klinikalarda. Mən hardan bilirəm? Saytlarda yazılmışdı.

 

DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır. 

Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri - müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.
 

Bu yazıda məqsədim bakirəlik və ya bakirəliyin bərpası, el diliylə desəm “tikdirib ərə gedənlər” deyil. Bəs nədir?

   
Təsəvvür edin ki, cavan bir oğlan bir qıza rast gəlir. İlk baxışdan vurulur ona. Başlayır arxasınca “sürünməyə”. Qızın da oğlandan xoşu gəlir. Dərsdən evə ötürəndə bir dəfə qızın qardaşı tutub çırpır, iki dəfə məhlə uşaqlaırının tələsinə düşüb döyülür. Bu, gənclərin sevgisini soyutmur. Aralarında yaxınlıq yaranır. Yuxusuz gecələr, mesajlı məktublar, feys-də, daha harda yazışmalar, selfilər-melfilər. Bu da bir altı ay çəkir. Təsadüfən qızın telini külək oğlanın qulağına dolayır. Təsadüfən oğlanın dodağı qızın üzünə dəyir... Arxasını danışmıram. Bəlkə şair Qabilin 26 yaşında qələmə aldığı şeirin diliylə deyim?

Vaxt ötüşür, gecә keçir bayaqdan,

İndi anam qalmış evdә nigaran;

Daha bәsdir, gәl ayrılaq, ay oğlan!

Tәklifimi rәdd edәrәk bu dәm sәn:

– Olmaz – olmaz, – deyirsәn.

 

Yenә qaldı ürәyindә söz daha?

Әllәrini әllәrimdәn üz daha,

Sabahadәk hicranıma döz daha;

Yalvarışla tez boynunu әyirsәn:

– Olmaz – olmaz, – deyirsәn.

 

Bir az sonra Dan ulduzu gülәcәk,

Dövrәmizdәn qaranlığı silәcәk,

Bütün dünya sirrimizi bilәcәk.

Gәl çәkilәk, gәl qorunaq tәnәdәn!

– Olmaz – olmaz, – deyirsәn.

 

Biz sәdaqәt timsalıyıq, elәmi?

İki qәlbin vüsalıyıq, elәmi?

Cәsarәtin timsalıyıq, elәmi?

De onda gәl lap günәş dә doğanda,

Qaranlığı ziyasilә boğanda

Bir addım da çәkilmәyәk bu yerdәn

Tәәssüf ki, köks ötürüb yenә sәn:

– Olmaz – olmaz, – deyirsәn.

 

Televiziya diliylə desək, bu o vaxtın  +16 idi. Elə yuxarıda yazdıqlarım da təmiz məhəbbətli, ciddi fikri olan gənclərimizə aiddir. Amma sərhədi keçib toy gecəsini yengəsiz qabaqlayanlar da olur. (Tez-tələsik toy edib, 6 aydan sonra dünyaya 3-4 kiloluq “nedonoşkalar” – yarımçıq uşaq gətirənlər də...)

Xülasə bir il, iki il keçir. Hamı da bilir ki, bunlar “gəzir”. Sonra gənclər bu haqda evdəkilərə deyirlər. Analar, xalalr fəaliyyətə keçir. Elçilik, nişan, bayramlıqlar. Və ən nəhayət 2-3 ildir ki, biri-birini sevən bu gənclərin toy günü təyin olunur. O saat da gedib Nikah evinə ərizə verirlər ki, bəs biz rəsmi nikaha girmək istəyirik. Onlara da deyirlər ki, bəs yeni qanunlara görə, icbari-tibbi müayinədən keçməlidirlər. Keçirlər də...

İndi öz-özümə sual verirəm: bir-birilərini gerçəkdən sevənlər arasında bir xəstəlik aşkarlanarsa, görəsən nə baş verir? Əlbəttə ki, toy olmamış hər şey pozulur. Hər şey acı tarixə və statistikaya çevrilir. “Şükür ki, əvvəlcədən bildik”, “Şükürlər” sözləri könülsüz şəkildə dilləri dolaşır. Bir təsəlliyə çevrilir.  Bu sığorta proseduruna hələ ad qoyulmayıb. Hələlik, “evlənməmiş boşananlar” qoyaq adlarını. Əlbəttə ki, qeyri-rəsmi. Nişan qayıdır, toy ləğv olunur. Bir sözlə, iki gənc “xoşbəxt” olmamış,  bədbəxt olur. Nişanda, elçilikdə çəkilən fotolar, videolar yandırılır. Deyilən sağlıqlar qarğışa dönür. Bəs ürəyə vurulan yara bununla sağalırmı? Qıza yeni elçilər gəlmir, oğlana da qız verənlər azalır. Çünki heç bir tərəf öz xəstəliyini boynuna almır.

İndi fikirləşirəm ki, təki, qədim dövrlər olardı. Nə oğlan qızı tanıyardı, nə də qız oğlanı. Bax onda bu icbari tibbi-müayinələrin bir əhəmiyyəti olardı. Psixoloji travma almamış. Çünki psixoloji travma SPİD, sifilis, irsi xəstəliklərin hamısından ağrılı, həm də ki, ömürlükdür.

İndi bu analiz götürmənin adını nə qoyaq? Toydan sonra nağara? Yox. “Arxadan vurulan zərbə”.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47 İsmayıllıda piyada vuruldu 18 Yanvar 2020, 09:41 Türkiyədə reytinq rekordları qıran “Yemin” serialının azərbaycanlı ulduzu - FOTOLAR 18 Yanvar 2020, 09:31 Cəbhədə düşmən TƏXRİBATI 18 Yanvar 2020, 09:19 Ən çox və ən az namizədlə seçkilərə qatılan PARTİYALAR 18 Yanvar 2020, 09:08 Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29
SORĞU Yeni parlamentdə kimlər olsun?