26 May 2017, 14:07 | Ana Səhifə - Yazılar - Orucluqda rüşvət almır
Orucluqda rüşvət almır

Hidayət Elvüsal


Və elə onun da gözəl xasiyyətləri var. Məsəlçün, orucluq ki, gəlib, başlayıb müsəlmansayağı jestlər etməyə. Elə bu sabah işə gələndə maşını saxladıb, dünən aldığı rüşvətdən 1 manat sürücüyə verdi ki, aparıb salsın nəzir qutusuna. Əlbəttə, müdiri işə aparan sürücü idarənin qorumaları ilə çay içəndə yenə təriflədi:

- Çox müsəlman adamdı. Nəzirini-niyazını əskik eləmir. Elə bu sabah da nəzirini verdi. Allah qəbul eləsin!

Müdir də “petimanutka”dan sonra bir az gərməşdi və zəngi basdı. Katibə içəri girdi. O saat kabineti erotik ətir qoxusu bürüdü. Müdirin nəfəsi bir anlıq sıxıldı, sonra özünə gəldi:

- Qapını bağla!

Katibə yalandan nazlandı:

- Müdir olmaz e!

- Niyə?

- Orucam!

- Yox a!

- Papamın canı!

- Papana quzu kəsim! Elə mən də orucam. O deməkdir ki, ac qalaq?

- Yox e, orucum pozular!

- Pozulmaz! Pozular, sonra bir-iki gün artıq tutarsan, Allah günahlarımızı bağışlar.

- Katibə nazlana-nazlana kabinetin arxa qapısından keçib, müdirin istirahət otağına girdi və o saat da başladı köynəyinin düymələrini açmağa…

…Günortadan sonra həmin adam gəldi. Orucunu “pozub”, biskvitlə kofe içən katibə gözünü süzdürdü:

- Keç! Səni gözləyir!

O da keçdi içəri. İtaətkar görkəm alıb, əllərini ovuşdurdu. Müdirin masasına tərəf getdi və salamlaşıb, əlini cibinə saldı. Bir dəstə pulu çıxaranda müdir dilləndi:

- Nəğayrırsan, ə?

Adam çaşdı:

- Müdir, amanatı gətirmişəm.

Müdir kresloya yayıldı:

- Ə, mən orucam e!

Adam gözlərini döydü. Bilmədi nə desin. Ya da elə gəldiyi kimi də geri dönüb, orucluq ayının çıxmasınımı gözləsin… və donub qaldı. Sonra qeyri-ixtiyari geri dönüb, qapıya tərəf gedəndə, müdir onu səslədi:

- Hara gedirsən, ə?

- M… m…üdir, dediniz ki, orucam.

- Noulsun?

- Yəni… amanatı verimmi?

- Ver!

Adam da təzədən pulu çıxarıb, ona uzadanda dilləndi:

- Ə, demədim orucam?

- Dediniz…

- Dedimsə əlimi o pula nətəhər vurum? Gətir qoy bu sürməyə.

Adam da yaxınlaşıb sürməni çəkdi və pulu qoydu oraya. Müdir dilləndi:

- Allah qəbul eləsin!

- Amin, müdir! Allah sizi başımızın üstündən əskik eləməsin!

- Gedəndə katibəyə denən ki, müdir çağırır.

- Baş üstə!

Katibə içəri girdi. Müdir barmağı ilə onu yaxına çağırdı:

- Bayaq deyirdin maşını ustaya göstərəcəksən.

- Hə!

- Sən niyə göstərirsən? Bu qapıda duran gədələr ölüb? Al bu pulu! O gədəyə də beş-on dollar ver, maşını ustaya aparsın.

- Yaxşı! - sonra da uzaqdan öpüş göndərdi, - Canım mənim!

Bir azdan dostu zəng elədi:

- Axşamı neynəyirik?

- Ə, mən orucam e.

- Mən də orucam. Acından ölək?

Müdir o biri müdirin sözünü yerə salmadı:

- Ölməyək! Elə orda görüşək də. Onların kababı-zadı yaxşı olur.

- Bir-iki masqa da çağırım?

- Mən o sarıdan orucumu açmışam.

…Axşam görüşdülər. O biri müdirin yanında iki qız da vardı. Bu müdir iki dəfə “orucunu” aça bilməyəcəyindən, payına düşən qızın sinəsinə iki-üç dənə yüzlük dollar taxıb, konyakı çəkdi başına…

…Səhər işə gələndə yenə sürücüyə bir manat vermək istədi ki, nəzir qutusuna salsın. Xırdası yox idi.

- Ə, orda saxla, o nəzir qutusuna bir manat sal, sonra verərəm.

Sürücü tez dilləndi:

- Bu nə deməkdi, müdir? Qurbandı sizə! Allah razı olsun!

Və işə gələndə yenə güvənlik işçilərinə deyirdi:

- Çox müsəlman adamdır. İnanın özü ac qalsa da, nəzirini, niyazını əskik eləmir. Yetim atasıdır, çörək verəndir.

Güvənlikçilərdən biri dilləndi:

- Görəsən bizim də maaşımızı verəcək? İki aydır, evə bir qəpik apara bilmirəm. İndi də ki, orucluq başlanıb…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
NATO-dan üçüncü baza 24 Oktyabr 2021, 14:07 Saakaşvilinin son durumu: ürək çatışmazlığı... 24 Oktyabr 2021, 13:58 DÇ-2022-nin siması müəyyənləşdi 24 Oktyabr 2021, 13:49 Ermənistanda virusa yeni yoluxanlar 24 Oktyabr 2021, 13:40 Sərnişin avtobusu "KamAz"la toqquşdu 24 Oktyabr 2021, 13:30 Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək? 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14