8 İyun 2017, 17:27 | Ana Səhifə - Yazılar - Sabir nə istəyir ?
Sabir nə istəyir ?

Anar TURAN


Söhbət bu millətin böyük mirzəsi Ələkbər Tahirzadədən gedir. O Mirzədən ki, bütün şıltaqlıq, cahillik, vecsizliyimizə səbrlə sinə gərdiyindən özünə Sabir təxəllüsünü götürüb.  Bu günlərdə 155 illiyi keçirildi. Bu qədər bayramlarımız, qan yaddaşımızla bağlı tarixi günlərimiz var. Amma onların arasında Sabir poeziya günləri də bir bayram əhval-ruhiyyəsi yaradır. Hər bir azərbaycanlının könlündə yuva qurmuş bu görkəmli şəxsiyyətin şərəfinə təsis edilmiş poeziya günləri, əslində, ədəbiyyatı sevən, poetik fikri qiymətləndirən, cahillə aqilin fərqini anlayan hər kəsdə maraq doğurur. Çünki Sabir şeiriyyətində insan fitrətinin eybəcərlikləri, nəfsani istəklərini hər şeydən üstün tutması elə qırmaclanıb ki, nə bəraətə, nə şərhə, nə izaha ehtiyac var.

 

Gün kimi aydın, su kimi pak, hava kimi zəruridir Sabir poeziyası. Heç kim incimir Sabirdən. Niyə də incisinlər axı ? Hər kəsin əməllərində Sabir satiralarına  hədəf olmuş hansısa naqislik tapmaq olar. Böyük şair elə bir söz xiridarıdır ki, hər kəsi öz arşınına görə ölçə bilib və bu biçimlərin içində bütöv bir millətin gələcəkdə qamətini düz saxlaması üçün ciddi tutalğalar var.

 

Sabir yüz il, bəlkə də, üç yüz sonranı görən şair idi. Ona görə də yaşayır. O bilirdi ki,  ha yazsa da, bəlalar millətinin hansısa kəsimində qalacaq. O  özü də cəmiyyətin tamamilə şəffalığa, dürüstülüyə  çatacağına ümid bəsləmirdi. Bunu ancaq utopiyaçılar arzulaya bilər. Sabir utopiyadan uzaq idi. Realist idi. Axı elə idealist düşüncələrin həyata keçməsinə heç bir mütəfəkkir nail olmayıb.

 

Lakin pisliklərin azaltmasını hədəfə almağı, cəmiyyəti var-gücü ilə düzlüyə, haqqa-ədalətə, elmə, təhsilə təşviq etmək kimi ağır bir yükün altına girməyin özü də bir insanın bacara biləcəyi işdən çox-çox ağır idi. Hətta, bu iş Fərhadın Bisütün dağını yarıb yol çəkməyindən də çətin və ağır bir missiyadır. Bu baxımdan, Mirzə Ələkbər Sabir ədəbi qüdrəti, əsrarəngizliyi onun “Hophonamə”sinin hər bir səhifəsində qərarlaşmışdır.

 

Götürək elə, öz möhtəmliyi ilə seçilən bu siqlətli misraları:

 

Dindirir əsr bizi, - dinməyiriz,

Açılan toplara diksinməyiriz.

Əcnəbi seyrə balonlara çıxır,

Biz hələ avtomobil minməyiriz.

 

Və yaxud:

 

Turanlılarız, adiyi süğli-sələfiz biz,

Öz qövmümüzün başına əngəlkələfiz biz.

 

Və ya:

 

Çırmanırıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş.

 

Bundan başqa, lap elə hamının əzbər bildiyi:

 

Millət necə tarac olur olsun nə işim var ?

Düşmənlərə möhtac olur-olsun nə işim var ?!

 

Bugünümüzlə heç bir ziddiyyət təşkil etməyən, bu çərxi-fələk tərsinə dövran edir indi, fəhlə də özünü daxili insan edir indi. Axı bunlar hamısı həqiqətdir. Hansı deyim bizim zəmanəmizlə səslənmir? Yoxsa, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!” kimi bu cəmiyyətin bir qisminin gündəlik həyat tərzi ilə səsləşən bu  misralar yanlışdırmı ? Hansı qinaq yanlışdır, töhmət yersizdir axı ?

 

Bu ittihamların heç biri öz qüvvəsini itirməmişdir... Heç biri... Elə Sabirin böyüklüyü, ölməzliyi də bundadır. Üzərindən yüz il keçsə də, onun fikirləri aktuallığını itirmir, vacibliyini, gündəmin əsas mövzuları kimi qoruyub saxlayır.

 

Mirzə Ələkbər sorağı lap  qədimlərdən gələn milli poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə – özünəbaxış və özünüdərk mərtəbəsinə gətirib çıxardıb... Bunu kimsə inkar eəd bilməz. Sadəcə bilmirəm ki, Sabirə yenidən Azərbaycanda doğulmaq şansı verilsəydi o bunu qəbul edərdimi ? Axı üstündən 100 il keçsə də, çox şey dəyişməyib. Az-çox uğurlara çatsaq da  milli yetkinliyə hələ də qovuşmamışıq. Hətta deyərdim ki, Sabirin dövrü  milli idealları seçmək, ucaltmaq baxımından daha işıqlı idi, nəinki indi. Çünki o zaman Sabir, Mirzə Cəlil, Haqverdiyev, Qənizadə, Vəzirov kimi məfkurə fədailəri, ziyalılar bu millətin qaranlıq dünyasına işıq salırdılar. Varmı indi onlarla müqayisə olunacaq maarif, söz, fikir xadimləri. Var, ancaq etiraf edək ki, onlar səviyyəsində deyillər.

 

İçimdə yalnız bir inam var ki, Sabirə yenidən doğulmaq imkanı verilsəydi, o yenə də Azərbaycanı seçərdi. Axı ona  ömür vəfa etsəydi sümüklərini də xalqının yolunda qoyacağına andını verib getmişdi. Axı o bu yolda öz ömrünü çıraq kimi yandırmışdı ? Axı Sabir bu millətə nifrət etmirdi, o soydaşlarını dərin məhəbbətlə sevirdi.

Sözün düzü acı olar. Sabirin arzu- istəklərinin üstünü pas atmayıb axı.  Onun istədikləri xalqın tarixi hədəflərinin ön sıralarında gerçəyə çevrilməsini gözləyir.   Bax buna görə içimdə bir sevinc duyğusu var ki, Sabir yenidən doğulacaq və bu milləti zəmanənin xabi-qəflətindən yenidən oyatmaq üçün Haqq deyib hayqıracaq!..                                                      

Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28 Ermənistanda YOLUXMA 2 Dekabr 2021, 11:22
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?