10 İyun 2016, 14:04 | Ana Səhifə - Yazılar - Damaqdakı regionçuluq dadı...
Damaqdakı regionçuluq dadı...

Vəfa Allahverdiyeva

Məhbus kimi unikal xarakter sahibinə çevrilmiş, hazırda müxtəlif məhkəmə instansiyalarında adı keçən  Əli İnsanovun ismi  gələcək hansı siyasi məsələdə hallanır-hallansın, ilginc bir xəbər əyləncəsidir, əhəmiyyətsizcəsinə  üstündən keçib getmək olur.

Amma damağında regionçuluq dadı qalanların gözlərini məhkəmə qapılarına dikərək, onun ismi ətrafında siyasi təşkilat xəyalları qurub ermənistanlıların partiyasının başında  görəvləndirmək planları, yaxud bunun bir mətbuat versiyası olması, nəzəri götür-qoylar, gümanlar  səviyyəsində belə, ictimai qıcıq yaradır.

Dediyimiz kimi, kimlərinsə fəhmi, üstəlik özülsüz ehtimal halında da ara-sıra gündəmə gələn bu məsələ ciddi bir xətadır.

Məsələ yaşlaşmış, sabiq bir məmurun  məsələsi deyil. Belə planların gerçəklik daşıyıb-daşımaması da deyil.

Məsələ odur ki, regionçuluq, klanizm, traybalizm kimi tendensiyaların çağdaş dönəmdə ictimai reallıq şansı  bir yana, sadəcə leksikona gəlməsi halı bədxah və nanəcib cəhddir,  qəti yolverilməzdir.  

Müasir zəmanənin multukultural dəyərləri, tolerantlığı təbliğ etdiyi bir vaxtda təmtəraqlı günlərini itirmiş bir qrup ermənistanlı insanın  həbsxanadan “milli lider” kimi çıxacaq Əli İnsanovun “siyasi imkanları” üzərindən regional separatizm eşqinə düşməsi, yaxşı günlərə bununla yaşıl işıq axtarması gülünc olardı və perspektivsizdir. Bəsit, yersiz  bir təbliğat, hətta zarafat da lüzumsuzdur və ciddi yasaq tələb edir.

Çünki Azərbaycan arxada qalan illərdə regionçuluq, tayfabazlıq kimi bölücü amillərdən kifayət qədər əziyyət çəkib. Əziyyət çəkilən problemi adicə bu kəlmənin ucunda şüurlarda dirçəltmək bizim fobiyamız olmaq yerinə, deyəsən, ictimai nəbzi təftiş xarakteri daşıyır. 

Keçmiş bu fikirlər arasında, nə qədər ağır olsa da, bir xatırlanma tələb edir.



Hər tərəfi sarmış bu “epidemiya” onun yayılmasında maraqlı olanları cəmiyyətdə güclü nəslə, qol-qanad açmış tayfaya, sarsılmaz ailəyə çevirməklə, insanlar arasında uçurumu dərinləşdirmişdi ki, yerdə qalanlar onların üstün mövqeyi, topladığı imkanlar altında mənəvi-psixoloji cəhətdən əzilirdi. Regionçuluq güclü klanı vətənin daimi sahibi, başqalarını sanki bu torpaqda müsafir kimi təqdim edirdi.

Köhnə vəziyyətin hakimiyyətə iddialı siyasi qruplar simasında olsa da belə, geri dönüşünə cəmiyyət rüsxət və dəstək verə bilməz.  Regionçuluğun zəifləməsi ilə siyasi partiyaların formalaşma prinsipindəki bu məqamlar çoxdan itib-batıb.   

Bir regionun digər regionların fövqünə qaldırılıb qoyulması bütün güclü bölgələrin içində fərqlənmək və siyasi baxımdan güclənmək hissini doğurmuşdu. Onların lider axtarışı  və ya dövlət pilləsində mövqe sahibi kimi yerləşmiş həmşəhərlisi, həmkəndlisinə dikilən iddialı gözlər cəmiyyətdə regional bölücülük yaratmışdı ki, toplumu əhəmiyyətli məsələlərdə ortaq fikrə gətirmək olduqca çətin idi.
  

Ermənistanlılar elm, təhsil, dövlət vəzifələrini inhisara alanda, bakılılar Ermənistandan qovulmuş həmvətənlərimizin paytaxtın görkəminə,  mədəni səviyyəsinə vurduğu zərəri uzun illər hərdən pıçıltı, hərdən ucasəsli bir tənqidə çevirirdilər. Zəifləyən regonçuluqla artıq bu hisslər, ögey rəftarın ağırlığı da arxada qaldı.   

Siyasi partiyalar, ictimai təşkilatlar üçün də regionçuluq bir meyara çevrilmişdi. AMİP ermənistanlıların, ADP Rəsul Quliyevə görə naxçıvanlıların partiyası kimi ictimai fikirdə möhkəmlənəndə, Qarabağ bölgəsi Müsavatı siyasi qibləsi seçdi və onu dərinləşmiş regionçuluq dövründə hakimiyyətin  güclü alternativinə çevirdi, siyasi mübarizə regionlararası mübarizə şəklini aldı.   

“Qarabağı qarabağlılar xilas edəcək” şüarı olduqca  zərərli bir mövqe idi ki, bu, dərinləşmiş regionçuluq amilindən tərbiyə alırdı.

Və Qarabağ üçün bu gün aparılan uğurlu mücadilə, fədakarlıq  sübut edir ki, itirilmiş torpağın taleyi ayrıca bir bölgənin, onun ön cərgəyə çıxardığı liderin  deyil, bütün xalqın çiyni üzərində dayanır.     

“Haralısan” sorusu və bu soruya saxtakarcasına, daha dəqiqi, bicliklə məlum populyar bölgənin adının çəkilməsi ilə verilən cavabdan iyrənc mənzərə yox idi.  Çünki regionçuluq yaltaqlıq, məddahlıqla hibridləşmişdi. İndi nə belə bir soru soran var, nə də bu soruya təmənnalı cavab axtaran.

10 ildən artıqdır ki, cəmiyyətdə regionçuluq amili zəifləyib. Ermənistanlılar əvvəlki inhisarçı mövqelərini  itirib, bu isə, məqsədyönlü xarakter daşımayıb, çünki hakimiyyət budaqlarında bütün bölgələrin layiqli təmsilçilərinin yerləşməsi ilə regionçuluq xəstəliyi öz-özünə müalicə olunub.

Cəmiyyətin zədələnmiş monolitliyi bərpa edilib. Azərbaycan öz daxilində bütünləşib, o, tamdır. Əks təqdirdə regionçuluq etno-separat amillərə, dini qruplaşmaya da fürsət və bəslənmə bəhanəsi   verə bilərdi. Azərbaycan belə bir mənzərənin doğulma sancısını çəkmir.   

Çağdaş dönəm siyasi iddiası olan hər bir kəsi partiya quruculuğunda modern, bəşəri prinsiplərə sarı istiqamətləndirir. Regionçuluq artıq o qədər arxaik metod səviyyəsinə enib ki, onunla siyasətdə artmaq deyil, yalnız qısır qalmaq mümkündür.   

Ədaləti zədələyən, sosial-psixoloji kataklizmlərə əsas verən  regionçuluq sıradan çıxıb hafizələrdə zəifləsə də, traybalizm, qohumbazlıq, bütün sahələrdə öz nəslini irəli aparmaq faktları, təəssüf ki, hələ də  qalır.

Bu epizodlarla mücadilə, tayfabazlığa qarşı ictimai qınaq situasiyasını aktuallaşdırmaq  əvəzinə, regionçuluq həvəsi, siyasi gələcəyi regional prinsiplər üzərində bərqərar etmək axtarışları cahillikdən və rəzillikdən  başqa bir şey deyil.      

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram günləri AÇIQLANDI 5 Dekabr 2020, 11:00 Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı 5 Dekabr 2020, 10:52 Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 10:44 Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO 5 Dekabr 2020, 10:36 Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 5 Dekabr 2020, 10:28 Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu 5 Dekabr 2020, 10:20 Neft yenidən bahalaşdı 5 Dekabr 2020, 10:12 Bakıda restoranda ad günü keçirən model CƏRİMƏLƏNDİ 5 Dekabr 2020, 10:04 Köçəryan Ermənistanın Türkiyə ilə bağlı xain planından danışdı 5 Dekabr 2020, 09:56 Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı 5 Dekabr 2020, 09:48 Goranboyda şəhid ailələri və qazilərlə görüşlər davam edir 5 Dekabr 2020, 09:40 Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ 5 Dekabr 2020, 09:32 Zəkanı və yaddaşı artırmağın 15 yolu 5 Dekabr 2020, 09:24 İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər 5 Dekabr 2020, 09:16 Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı 5 Dekabr 2020, 09:08 “Lexus” hasara çırpılıb yandı 5 Dekabr 2020, 09:00 Kələmin faydaları 5 Dekabr 2020, 08:57 Moskvada daha 74 nəfər koronavirusdan öldü 5 Dekabr 2020, 08:48 Ömrü 10 il uzatmağın yolu 5 Dekabr 2020, 08:38 Çində 18 mədənçi öldü 5 Dekabr 2020, 08:26 Sarımsağın zərəri 5 Dekabr 2020, 08:12
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?