25Avqust | Ana Səhifə - Yazılar - “Ac qurd”ların ağzına düşə bilmək qorxusu...
“Ac qurd”ların ağzına düşə bilmək qorxusu...

Vəfa Allahverdiyeva

 

26 illik ömrü olan test sisteminin ləğvinə hazırlıq anonsu  ictimai rəydə, həm aqressiyadan uzaq, normal qarşılanır, həm də açığı xeyli narahatedici və düşündürücüdür:

 

Məleykə Abbaszadə hansı çevrələrlə bizi necə bir modelə sarı aparır! 

 

Dəyəri ilk növbədə, rüşvət yollarını bağlamaq, kasıb təbəqənin qiymətli gövhərinə çevrilməklə ölçülən təhsilinuğurlu modeli bu uzun illərdə heç bir təkmilləşmə, ictimai iradlar üzrə düzəliş olmadan irəlilədisə də, ürəkaçan sonucları getdikcə məhdud nəticə almağa başlayırdı;axsamanı  hər kəs dərk edirdi.

Əslində ən gözəl islahat belə, müəyyən zamandan sonra reformaya məhkumluq ortaya çıxarır, lakin bu istiqamətdə qərarsızlıq sistemə olduğu kimi saxlanması üçün gərəksiz yerə uzun ömür yazdı.

 

Doğrudur, bu sistemin əksər qüsurları təhsilin özü ilə birbaşa bağlılıq təşkil edir.

 

Tədrisin sistemli mürəkkəbləşməsi, təhsilə marağın çoxsaylı sosial-ictimai səbəblərdən ölməsi, cəmiyyətdə mənəvi mühitin zəifləməsi kimi psixoloji faktorlar  buraxılış və qəbul prosesində illərdir,  biabırçı mənzərə və təhsil siyasətini həyata keçirənlərlə qəbula cavabdeh instansiya arasında  gizli-açıq ziddiyyət, bəzən qarşıdurma yaradır.

 

İslahat birbaşa təhsil proqramları, dərsliklər əsasında aparılmalıykən, üstəgəl, cəmiyyətdə təhsilin gücü ilə bağlı müxtəlif piar üsullar gündəmdə olmalıykən, üstəgəl, ailə nəzarəti vacib səviyyəyə qalxmalıykən, elə məhz  test sisteminin üzərinə tənqidlər, gileylər yüklənməli olurdu.

 

İlk baxışdan haqlılıq da var idi.

 

Şagirdin, tələbənin test modelində dürüst cavaba “ya bu, ya o” dilemmasıyla, “hansı olar olar” ciddiyətsizliyi ilə  yaxınlaşması təxmin yanaşma olduğu üçün savad, zəka itiliyi, dünyagörüş   kriteriyası ilə bağlılıq daşımır.

Ona görə də əksər hallarda ironik bir sitiuasiya ortaya çıxır: əsl oxuyan, ya kodlaşma, ya başqa nədənlərdən kənarda qalarkən, oxumayan məhz təxminlərin “güc”ü sayəsində “zəfər” qazanmış olur. 

 

Test bütün detallarıyla çağdaş gəncliyikim olmaq xəyallarından uzaqlaşdırır, kim olmanın məcburiyyəti içərisində yekəldir.

 

Digər tərəfdən, hər dəfə qəbul  ballarını dəyişmək tələbə yetişdirmək siyasətini primitivləşdirirdi.

Ucdantutma böyük əksəriyyətə bu aşağı ballar hesabına ali təhsil auditoriyası vermək test sisteminin özünə hörməti azaldır, çəkisini aşağı salırdı.

 

Amma Dövlət İmtahan Mərkəzi nədən belə edir, imtahan siyasətini səviyyəsizləşdirirdi-bu dabəllidir.

 

Həqiqətin böyüyü budur ki,  pedaqoji kontingentə qayğıkeşliyi önə qoymaq, quruca divarın, cansız partanın-lövhənin dərdini çəkmək, birtərəfli təəssübkeşliklə təhsilə yanaşmaq təhsilin mahiyyətinə, hədəflərinə, əhəmiyyətinə xəyanət yaradır. 

 

Beləcə bir-birinə bağlı səbəblər ucbatından təhsil çox etibarsız, eybəcər bir platforma üzərinə gəlib çıxır.

 

Təbii ki, bu acı reallığı hamı görməsəydi, test sisteminin yerinə alternativ modelin hazırlanması mesajı Məleykə Abbaszadəni elə anındaca ictimai nifrətə, kin-küdurətə rast gətirəcəkdi.

 

Çünki söhbət,   qüsurlar bir tərəfə, aşağı zümrənin xəzinəsi kimi ictimai dəyər qazanmış,  bütüniqtidarlara nüfuz gətirmiş bir modeldən gedir.

 

Yeni modelə transformasiyada hamı Dövlət İmtahan Mərkəzi rəhbərinin məlum açıqlamasının yanındadır.

Fəqət, hər kəsi nigaran qoyan, düşündürən mühüm bir sual var: alternativ necə bir modelin müzakirəsi aparılır?

Qapalı çevrələrdə təklif edilən variantlarda aşağı zümrənin maraqları necə qorunur?

Yeni üsul rüşvət amilinə can verməyəcək,  tələbə qəbulunda kasıbın şansına sədd çəkməyəcək ki?  

Bu əndişənin cavabı hətta sentyabr ayında da deyil, məhz yeni sistemin tətbiqini öhdəsinə alan zamandan etibarən veriləcək. Çünki bu gündən hər verilən təsəllinin sonunda əsassız nigarançılıq yox, təəssüf ki, elə məhz haqlı emosioal gərginlik özünü təsdiqləyir.

 

Həm də ali məktəblərin daxilində hazırlıq və qəbul haqqında yazda parlamentdə müzakirəyə gələn fikir heç də yaxşı olmayan bir düzənin simptomlarını göstərir.

 

Məlum anons təhsilin pul mənbələri uğrunda hissə-hissə gedən bir mübarizənin tərkibi də ola bilər. 

 

Arxalı adamların, əməlli mövqe sahiblərinin “ac qurd” kimi bu sferanın üzərinə saldıra bilməsi,  qəbul prosesini şəffaflıqdan qoparıb, maddi maraqları nüvəsində daşıyan yeni bir modelə çevirmək mücadiləsinin vergül-pauzası bəlkə başa çatır, iri bir bədxah nöqtəyə yaxınlaşma baş verir-bilmirik.

Ali məktəblərinin daxilində görünən-görünməyən müəllim-tələbə qarşıdurması, kütləvi aksiyalar  zaman-zaman birincilərin test üsuluna nifrətindən doğmurdumu?

 

Bunları bilə-bilə müdrik qərarlara arxayın olmaq çətindir və pis ehtimallar bədbinləşməyə, qorxuya əsas yaradır.

 

ASAN xidmət modeli və bəzi nazirliklərin elektron qaydada vətəndaşla təmas qurması, rüşvətin yolunu kəsmək, tamahın, nəfsin qapısını bağlamaq kimi pozitiv  addımlar ən yuxarıdan start götürən reformalar kimi, təhsilə göz dikən “ac qurdlar”ı da bu  karlı “ov”da, arxaik metod üçün çarpışmada  uduzdura bilər. İçimizə bir qədər ümid qığılcımı isə burdan gəlir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Mingəçevir su anbarı yaxınlığında yanğın 19 İyun 2019, 22:40 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56 Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu 19 İyun 2019, 21:40 Elmar Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi 19 İyun 2019, 21:27 Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək? 19 İyun 2019, 21:13 Yaponiya ilə Azərbaycan arasında viza rejimi sadələşdirilir 19 İyun 2019, 20:59 İmperatorun taxta çıxma günü Bakıda qeyd olundu 19 İyun 2019, 20:50 Azərbaycanda hər gün 45 ailə dağılır 19 İyun 2019, 20:33 İsmayıllıda itkin düşən qadın tapıldı 19 İyun 2019, 20:18 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI 19 İyun 2019, 20:03 Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər 19 İyun 2019, 19:42 Bakıda iki marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi 19 İyun 2019, 19:34 Luis Enrike istefa verdi 19 İyun 2019, 19:22 İcra başçısı vətəndaşları qəbul etdi 19 İyun 2019, 19:13 Rusiyada İŞİD-ə maliyyə vəsaiti toplayan şəbəkə aşkarlandı 19 İyun 2019, 19:07 Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb 19 İyun 2019, 19:00 Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir 19 İyun 2019, 18:51 Cəlilabadda 3 kiloqramdan artıq narkotik aşkarlandı 19 İyun 2019, 18:46 Ərdoğan: Mursini öldürüblər 19 İyun 2019, 18:35 DİN sürücülərə müraciət etdi: Avtomobilləri səkidə saxlamayın 19 İyun 2019, 18:21 İlham Əliyev: “Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir” 19 İyun 2019, 18:14 Nazirlik: 72 abidənin pasportlaşdırılması planlaşdırılır   19 İyun 2019, 18:02 Zaqatalada din xadimləri birgə vəhdət namazı qıldılar 19 İyun 2019, 17:51 Ümumqoşun poliqonunda təlim keçirildi - VİDEO 19 İyun 2019, 17:23 UNİCEF: “Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur” 19 İyun 2019, 17:18 Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56