29 Avqust 2017, 11:35 | Ana Səhifə - Yazılar - Qara çadra, cırıq şalvar
Qara çadra, cırıq şalvar

Hidayət Elvüsal


Qapqara bir səhnə idi. Uzağı 19-20 yaşlarında olan, qara çadralı gəlin hamının diqqətini cəlb edirdi. Ona görə yox ki, qara çadrada idi. Ona görə ki, qucağındakı südəmər körpəni də qapqara çadraya bürümüşdü.

Metronun “Koroğlu” stansiyasında vaqondan çıxanda gördüyüm tablo heyrətamiz idi. İlanmələdən bu istidə qara çadraya bürünmüş körpə ağlayanda, o arıq, qaraçadralı gəlin, qara çantasından çıxardığı “sosqa”nı onun dodaqlarına yapışdırırdı. Bir anlıq fikirləşdim ki, bu “sosqa”nın qapqarası yoxdur, olsaydı…

Körpə “sosqa”nı əmib, bir anlıq kiriyirdi. Amma isti onu darıxdırırdı, nəfəsini kəsirdi və o, çırpınıb, hava almağını istəyirdi, ya daha nə dərdi vardı, Allah bilir.

Heç kəsin geyim-geciminə qarışmaq istəmirik. Amma son illər elə tablolar görürük ki, bunun nə qədər aşırı, qabardılmış, əndazədən çıxmış olduğunu görməmək mümkün deyil. Südəmər körpəni qara çadraya bükmək harada görünüb? Hətta, fanatizmin ən şiddətli, tüğyan etdiyi bir ölkədə, məkanda, təriqətdə belə şey yoxdur. Südəmər körpənin qara çadrası, qara hicabı… yalnız bizdə, Bakıda, paytaxtda görünən bir səhnədir. Biz hər şeyi təqlid edirik və həm də ağlagəlməz bir səviyyədə. Çünki biz… küyə gedənik. Gedirik və hara getdiyimizi də bilmirik.

Sosial şəbəkələrdə görmüsünüz. Barmaq boyda bir körpə qız uşağın yenə də hicabda, işarət barmağını qaldırıb, süni görüntü yaradanlar, şəkilin altında bu körpənin dilindən yazırlar: “Təkbir desəm, Allahu Əkbər deyərmisiniz?”

O körpə “təkbir”i, “Allahu Əkbər”i nə bilir? Niyə İslamı, müsəlmanlığı, dinimizi, imanımızı bu qədər süniləşdirir, saxtalaşdırırsınız? Niyə bu qədər günah işlər görürsünüz, Allahdan qorxmursunuzmu? Axı, hər şey, hər bir hərəkətimiz ona əyandır. Nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, sənin yolunda o cür saxtakarlıq, sünilik, yalançılıq… yaratmışıq?

Allahın yolundan azma, İslama gərəksiz, süni yamaqlar vurmağa çalışma, aşırı, şişirdilmiş, uydurma, ətürpədən radikallığa meyl etmə, yetər. Yəni kimlərisə təqlid etməyin bəs etmirmiş kimi, heç olmasa küyə getmə! Sosial mediada bir körpə fotosu (özü də quraşdırılmış şəkildə) yayıb, “Buraya “Amin!” yazmayan müsəlman deyil” kimi şeytanı zorakılıq etmə!

Məhz sizin kimilərin ucbatından nəinki bir müsəlman ölkələrinin, eyni şəhərin, eyn məhəllənin, hətta eyni evin İslam anlayışları bir-biri ilə uzlaşmır, düz gəlmir, bənzəmir. Səbəbi isə, əlavə edilmiş saxtakarlıqlar, qəbuledilməz ayinlər, səviyyəsiz, süni yozmalar, xeyir güdmək, qazanc əldə etmək daha nələr və nələrdir.

Kiril, yaxud latın əlifbası ilə yazdıqları duaları qəbristanlıqlarda, hətta bəzən hüzr məclislərində camaata sırıyan şeytan balaları görməmisinizmi? “Ucuz yasin oxuyuram” sözləri yazılmış “reklam” lövhəsinə bənzər karton parçasının yanında mürgüləyən mollaçaya rast gəlməlisinizmi? Toyuq, keçi, at oğurladığı üzündən türmədə yatıb-çıxan dələduzu molla qiyafəsində, qəbristanlıqda bayquşluq etdiyinə rast gəlməmisinizmi?

Niyə inanırıq? Küyə gedirik!

Əlində Quran tutub, qapı-qapı dilənən dələduzlar yoxdurmu? Var! Niyə dinmirik? Niyə müqəddəs kitabı belələrini əlindən alıb demirik ki, bu, dilənmək üçün nazil edilməyib?

“Medalın” başqa üzünə də baxaq. Göbəyiaçıq, “şalvarıcırıq” gənc qızlar necə, xoşunuza gəlirmi? Şortikdə gəzə-gəzə, qılçalarının uzun-uzun qıllarını göstərən oğlanlar necə? Sırğaları, üzükləri başlarına dəysin. Qız kimi danışır, işvə-nazla dillənirlər.

Qızları dedik. Dizləri cırıq şalvarlara dözmək olardı. Amma şalvarların cırıqları yavaş-yavaş üzüyuxarı gedir, harada dayanacağına zəmanət yoxdur. Çünki…

İndi bu şalvarlar… arxa tərəfdən cırılır. Bəzi gözəlçələrin arxa ayıbları küçələrdə, barlarda, orda-burda sərgilənir. Qabaqlar ana olan kəslər qızlarına:

- A bala, dizini ört! - deyərdilər.

İndi bu arxa tərəfi görüb, qıza:

- A bala… ört! - demirlər?

Küyə gedirik.

Biz nə çadranın, nə də normal geyim-gecimin əleyhinəyik. Biz deyirik ki, südəmər körpəni qara çadraya büküb, bağrını çatlatmayın. Şalvarınızı cırıb göbəyinizi küçələrdə göstərməyin. Deyirik ki, Qurandan danışmaq dili təzə-təzə açılan körpənin işi deyil. Şalvarı dizdən üzüyuxarı, yaxud arxa tərəfdən “cırıb” olan-qopanınızı sərgiləməyin.

Quran dəryadır, elmdir, bilikdir, dünyanı az-çox dərk etməmiş, o kitabdan heç nə anlamaq olmaz. Barmaq boyda körpə “Təkbir”in nə olduğunu bilməz, öyrədərsən, təkrar edər, amma bilməz, qardaşım, bilməz. Küyə getməyin!

Və bir də…

Yadıma ərəb şeyxləri düşdü. Yox, bunlardan yox. Dünyaya İslam, müsəlmanlıq dərsi öyrətmək istəyən şeyxləri və onların “tərbiyəli” övladları. O övladlar ki, Bodrumda, Antalyada lüt soyunub, rus və digər ölkələrdən gəlmiş yüngül əxlaqlı qadınlarla yaxtalarda, barlarda kef məclisləri qurub, şərab içə-içə şəkil çəkdirirlər.

Onların küyünə getməyin! Saxta, yalançı, din pərdəsi altında zinalıq, qaniçənlik eləyən… şeytanlardır.

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı 31 İyul 2021, 23:04 Fəlakət zonasının sakinləri dövlətdən yardım alacaq - Ərdoğan 31 İyul 2021, 22:55 Əli Hüseynli: "Azərbaycanın İslam və Türk dünyasında nüfuzu artmaqdadır" 31 İyul 2021, 22:39 “Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51