12 İyun 2016, 10:48 | Ana Səhifə - Yazılar - "Çöl Qala"
"Çöl Qala"

Məhsəti Şərif

Vahid Qaziylə bəlkə bir və ya iki dəfə rastlaşmışam. O tanınan yazar, mən isə tanınmayan gənc jurnalist olduğum üçün bəlkə də realda məni diqqətə almayıb. Amma mən nədənsə hər zaman Vahid Qazi deyəndə ürəyimdə bir sıcaklık olurdu. Sonra sosial şəbəkədə ara-sıra söhbət edirdik. Özünün xəbələri olmasa da, onun blokunun oxucusuyam. "Çöl Qala" əsərini yazdığını duyanda da, duyğusal insan hər halda Şuşadan yazıb dedim. Çünkü Şuşada Çöl Qala məscidinin olduğunı bilirdim.

Kitabın təqdimatı keçrildi. Mənsə onun çap olunmamış variantını oxudum. Texniki səbəblərdən əsəri oxumaq bir az gec oldu. Bir neçə saata oxudum. Aramla, sindirə-sindirə. Əslində Şuşaya bu əsərin yalnız duyğusal bağı varmış. Anladım, əslində yazar başqa araşdırma arxasınca gedib, amma tam başqa əsərlə qarşımıza çıxıb.

Mən hansısa əsəri müzakırə etməmişəm indiyədək. Oxumuşam ya bəyənmişəm ya da əksinə. İstənilən halda susmuşam. Vahid Qazidə başqalarında olmayan cəsarəti gördüm. “Mənə oxuyun, fikirlərinizi bilmək maraqlı olar” dedi. Əsəri oxuyub tək kəlmə yaza bildim ona: “Mənə bir gün vaxt verin. Əsərin təsirindən çıxım”.

Amma bir az zor gəlir. Dünəndən ya rəssam oluram ya da rejissor qadın. Görmədən, toxunmadan sevilməyi öyrənirəm. Əslində düşünürəm yaxşı ki, Vahid Qazinin qəhrəmanları görüşməyib. Yoxsa hər şey bu qədər saf olmazdı. Qəhrəmanların söhbətindən o qədər bol informasiya aldım ki, əslində nədən bu insanlar özlərini gizlədib deyə də düşündüm. Amma bır tərəfdən də Azərbaycanda dul qadın reallıgı canlanıb bu əsərdə. Daxilinidə cəsarətli, virtual olaraq hər şeyi danışa bilən, amma realda cəmiyyətin müzakirə və qınağından çəkinən xəyanətə uğramış Azərbaycan qadını...
Bir tərəfdə də hər kəsin gözəlliyinə valeh olduğu bir qadınla ailə quran amma daxili yanlızlığından qurtara bilməyən, evindəki qadınla yalnız intim bağlantısı olan, həmsöhbət ola bilməyən Azərbaycan kişisi...

Əsər bu iki insanın yarışmalarından ibarətdir. Amma o qədər incə məqamlar var. Məsələn, dünyanı gəzən məhşur rəssamın mənəvi ehtiyacını yalnız üzünü görmədiyi qadın ödəyə bilir. Rəssam əslində bizik. Hər birimizin içində bir rəssam düşüncəsi var. Mən məsələnin virtual həyatla əlaqəsindən yazaraq, olayı primitivləşdirmək istəmirəm. Sadəcə ürəyimin bir küncündə də virtual xəyanətə uğramış bir qadın daha var. Əslində hər şeydən xəbəri olan rəssam ərinin son,  tamamlamadığı əsərinin ona həsr edilmədiyini bilən, yalnız hələ də qürurla dayanan qadın! Bizim içimizdə o qadından da var. Ərinin xəyanət əsərini dünyaya tanıdan qadın qədər möhkəm deyilmiyik?..

Vahid Qazinin bu povesti içimdə o qədər qarmaqarışıq duyğular oyatdıki... ilk işim həyat yoldaşının sosial şəbəkələrdəki şifrlərini necə ələ keçirə bilərəm oldu.  Sadəcə, ərinin yarımçıq tablosunu gəzdirən qadın olmamaq üçün mənəvi yükümü ölçmək üçün...

Vahid Qazi, bir daha masaların üzərindəki cızmaqaraları araşdırmayın... Qəhrəmanınızın dediyi kimi,  "Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir”.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan dilinin orfoepiya normaları təsdiq edildi 21 İyun 2021, 18:27 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15 Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...” 21 İyun 2021, 16:07 Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşünün TƏFƏRRÜATI 21 İyun 2021, 15:58
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?